Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İlin birinci yarısında elmi ad verilənlərin statistikası açıqlanıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 15 nəfərə professor, 122 nəfərə isə dosent elmi adı verilib.
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 37 nəfərin dosent, 2 nəfərin isə professor elmi adı alması ilə bağlı müraciətinə imtina cavabı verilib. Qeyd olunub ki, dosent elmi adı ən çox filologiya elmləri sahəsində fəaliyyət göstərən 35 nəfərə təqdim olunub. Professor elmi adı isə daha çox iqtisad elmləri üzrə verilib. Hesabat dövründə bu sahə üzrə 3 nəfər professor elmi adına layiq görülüb.
 


Tarix: Bu gün, 15:32

Xəbəri paylaş