Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Oyunlarla öyrət məni və ya oynayaraq öyrənək?


 
 
XXI əsr sürətli texnoloji dəyişim və  dəyişimdən yaranan ehtiyacların artması ilə əvvəlki əsrlərdən çox fərqlənir. Bu ehtiyacları ödəməkdə texnoloji vasitələr öyrədici təsiri, faydalılığı ilə cəlbedicidir. Öyrənmə texnologiyasında onların tətbiqi təhsilimizdə istifadə gərəkliliyi və mövcudluğuna görə əsrin əvvəlinə nisbətən daha çox əlçatandır. Dövrün tələbləri ilə ayaqlaşmaq məcburiyyəti və istəyi nəinki təhsilalanda, həmçinin təhsilverəndə də hiss olunur.
Bəs bu texnologiyaları necə öyrənək və öyrədək ki, həm şagird, həm müəllim təhsil mühitini ürəkaçan, sevilən, əyləncəli və ən əsası, gözlənilən nəticələrə yönəlmiş hiss etsin.
Oynanılma texnologiyasından asılı olmayaraq kiçik yaşlarımızda tanış olduğumuz oyunlar həyatımızın növbəti mərhələlərinə fizioloji, sosial-psixoloji və  əqli hazırlığın təminatçısıdır. Öyrənmə mühitini oyunlarla zənginləşdirdikdə məktəbəqədər təhsil səviyyəsi və ümumi təhsil pilləsində məktəbəhazırlıq mərhələsi ilə ümumi təhsilin səviyyələri arasında varislik, çeviklik, fasiləsizlik, vəhdətlik prinsiplərini təmin etmiş oluruq. Bu təminat keyfiyyətlilik prinsipinin bünövrəsi, bazasıdır.
Şagirdlərin məqsədyönlü istiqamətləndirilərək oynadıqları istər əyani, istərsə də online oyunlar məntiqi təfəkkürün, zəkanın, yaradıcı düşüncənin inkişafına təkan verir.
Öyrənmə mühitinə inteqrasiya edəcəyimiz oyunları seçmək və ya uyğunlaşdırmaq üçün təlim nəticələrinə istinad etmək önəmlidir. Bəs, daha nələr diqqətdə saxlanılmalıdır?
Oyunların:
- şagirdlərin yaş xüsusiyyətlərinə, temperament və xarakter tiplərinə görə seçilməsi;
- oynanılma texnologiyalarının nəzərdən keçirilməsi;
- dərs mərhələlərindən hər hansı birinə və dərs müddətinə uyğunlaşdırılması;
- araşdırma, informasiya mübadiləsi, müzakirəsi təşkiletmə və dəyərləndirmədə rolunun və s. müsbət təsirlərinin düşünülməsi, sonra təhsil mühitinə gətirilməsi tövsiyə olunur.
Müəllim dərsin istədiyi mərhələsini təlim nəticələrinə və məzmununa uyğun, doğru seçilmiş zəka oyunlarının və ya Web 2 alətlərinin köməyi ilə səmərəli, yaddaqalan və əyləncəli edə bilər. 
Fənn kurikulumlarını məzmun xətlərinə əsaslandıraraq istifadə edə biləcəyimiz web alətləri ilə tanış olaq.
 

Web 2 alətiTəyinatıMəzmun xətti və ya uyğun dərs mərhələsi
1www.geoguessr.comCoğrafiyaCəmiyyət, Təbiət, Coğrafi məkan
2www.radio.gardenCoğrafiya,Təbiət, Cəmiyyət, Coğrafi məkan
MusiqiMusiqi aləmi, Emosianal dəyərləndirmə
FizikaFiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər
Eksperimental fizika və müasir həyat
Xarici dilDinləyib anlama
3www.plickers.comBütün fənlərQiymətləndirmə/Refleksiya
4www.mentimeter.comBütün fənlərDərsin istənilən mərhələsində
5www.geogebra.orgRiyaziyyat və inteqrasiya etdiyi digər fənlərTədqiqatın aparılması,
İnformasiya mübadiləsi, müzakirəsi
6www.Learnıngapps.orgBütün fənlərDərsin istənilən mərhələsində
7www.wordwall.netBütün fənlərDərsin istənilən mərhələsində
8www.getkahoot.comBütün fənlərQiymətləndirmə/Refleksiya
 
         
1. www.geoguessr.com
 

 İstifadəçi Yer kürəsində bəzi xüsusiyyətlərinə görə qruplaşdırılmış təsadüfi bir məkana daxil edilir. Coğrafi ərazini, ümumiyyətlə, obyektləri müşahidə edərək,  gəzərək   harada olduğunu təxmin edir. Həmin ərazi haqqında coğrafi biliklərə malik olur. Əyləncəlidir. Ballarla dəyərləndirilir.
           
 
 
 
2. www.radio.garden 
 
İstifadəçi 3D  görüntülü, fırlanan Yer kürəsi ətrafında səyahətə çıxır. Coğrafi məkan seçərək və ya təsadüfi bir nöqtədə yayımlanan radio siqnalına daxil olur. Radio Garden radionu canlı paylaşır.
 
 
3.  www.plickers.com 
 
Mövzu və ya tədris vahidinin qiymətləndirilməsi zamanı bütün şagirdlərə eyni anda cavab vermə imkanı yaradır. Həmin an cavablar avtomatik yoxlanılır. İstifadəsi asan, vaxt itirmədən, səmərəli qiymətləndirmə və ya refleksiya üçün əyləncəli web alətidir.
 
 
         4.  www.mentimeter.com 
 
Diqqəti dərsdə saxlamaq, müxtəlif qiymətləndirmələr, sorğu və hesabatlılıq, araşdırma nəticələrini sürətli təqdim etmə və s. üçün səmərəlidir. Motivasiya, refleksiya mərhələlərində sözlərdən bulud düzəltmək üçün də əyləncəli web alətidir.
 
5.  www.geogebra.org
 
Riyaziyyatı hərəkətli görmək, toxunaraq öyrənmək, araşdırmaq, alətlərlə fiqurları, anlayışları canlandırmaq, isbatı görünən etmək, bir sözlə, dinamik, əyləncəli dərs. Bu, riyaziyyatın inteqrasiya etdiyi bütün fənlərdə önəmli bir web alətidir.
 
 
 
 
6. www.Learnıngapps.org
 
 Əyləncəli, müxtəlif  oyunlarla dərsi zənginləşdirmək, siniflərlə, qruplarla oyunları təşkil etmək, nəticələri statistik göstəricilərlə saxlamaq və s. imkanları verən, zəngin məzmunu özündə birləşdirən bir web alətidir.
 
 
7. www.wordwall.net 
 
Bu web alətini istifadə edən müəllim şagirdlərin animasiyalı, fərqli tərtib olunmuş uyğunlaşdırma, təsadüfi seçmə, qutu açma, anagram, labirint, tapmaca, etiketləmə, təyyarə və s. oyunları zövq alaraq oynadığını, öyrəndiyini və təhsilə daha həvəslə can atdığının şahidi olur. 
         8. www.getkahoot.com 
 
Əyləncəli, həyəcanlı oynanılan, düşünmə sürətinin, zamanın bilik qədər önəmli olduğunu aşılayan şagirdlərin çox sevdiyi web alətlərindən daha biri də kahootdur. Bu alət müəllimə bilik yarışmalarını, qrup fəaliyyətlərini daha səmərəli təşkil etmək, səriştəli şagird yetişdirmək üçün imkanlar verir.  
 
 
İstər online, istərsə də əyani oyunlarla əldə olunan vərdişlər məktəb mühitində, tərbiyəedici, inkişafyönümlü fəaliyyətlərlə formalaşarsa, bugünkü şagird sabahın səriştəli gənci olar. Vətənimizə səriştəli övladlar yetişdirmək isə biz müəllimlərin vəzifəsidir.
 
 
 
 
Roza QASIMOVA, 
Bakı şəhəri 225 nömrəli  tam orta məktəbin informatika müəllimi, Ankara, Hacettepe Universiteti, “Təhsildə İnformasiya Texnologiyaları” İnstitutunun, magistri