Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2017-ci il tarixli 2597 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2017-ci il tarixli 2597 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali təhsil müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas təhsili və yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri:
2.1. Molla Pənah Vaqifin yubileyi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər.
2.2. əmrin icrası ilə bağlı görülmüş işlər barədə 20 dekabr 2017-ci il tarixədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, əmrin əlavəsi ilə birlikdə Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 aprel 2017-ci il


Tarix: 8-05-2017, 10:51

Xəbəri paylaş