Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblilərimiz Avropa Fizika Olimpiadasında uğur qazanıblar



Sloveniyanın paytaxtı Lyublyanada keçirilmiş Avropa Fizika Olimpiadasında Azərbaycan məktəbliləri uğurla çıxış edərək 4 bürünc və 1 həvəsləndirici mükafat qazanıblar.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan akademik Zərifə Əliyeva adına Liseyin XI sinif şagirdi Eşqin Alıyev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə, BDU-nun nəzdindəki “Gənc İstedadlar” liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev və Bakı şəhəri 147 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Vaqif Əliyev bürünc medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Nicat Abbasov isə həvəsləndirici mükafata layiq görülüb.


Tarix: 25-05-2022, 13:12

Xəbəri paylaş