Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da “Elmi irsin salnaməsi və universitetimizin elmi simaları” adlı dəyirmi masa keçirilib




Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Elmi irsin salnaməsi və universitetimizin elmi simaları” adlı dəyirmi masa keçirilib.
Tədbir Kitabxana-İnformasiya Mərkəzi tərəfindən hazırlanmış, universitet alimlərinin elmi və pedaqoji fəaliyyətini əks etdirən “Biblioqrafik göstərici” nəşrlərinə həsr olunub.
Dəyirmi masanı giriş sözü ilə açan Kitabxana-İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova çıxışında bildirib ki, 2020–2026-cı illər ərzində universitetin 11 aliminə – Minirə Ağahüseynova, Qafar İsmayılov, Ələkbər Həsənov, Ələsgər Əliyev, Nəriman Babayev, Keykavus Əcəmov, Rafiq Əliyev, Pərviz Məmmədov, Hüseynbala Mirələmov, Səlahəddin Yusifov və Kamal Abdullayevə həsr olunmuş “Biblioqrafik göstərici” hazırlanaraq nəşr edilib.
Səlahət Mahmudova qeyd edib ki, bu “Biblioqrafik göstərici” nəşrlərində Kitabxana-İnformasiya Mərkəzi ADNSU-da müxtəlif elm sahələrinin inkişafında mühüm xidmətləri olan görkəmli alimlərin həyat və fəaliyyətini, onların elmi xidmətlərini, əldə etdikləri nailiyyətləri və elmi irsini əks etdirən dəyərli məlumatları toplayaraq xronoloji ardıcıllıqla təqdim edib. O, həmçinin vurğulayıb ki, fakültə nümayəndələrinin və alimlərin iştirakı ilə hər bir “Biblioqrafik göstərici” nəşrinin ayrıca təqdimat mərasimi də keçirilib.
Daha sonra Milli Mətbuat Gününə və “Biblioqrafik göstərici” nəşrlərinin təqdimatlarına həsr olunmuş videoçarx iştirakçılara nümayiş etdirilib.
Tədbirdə rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, fakültə dekanları və nümayəndələri, həmçinin universitetin görkəmli alimləri Qafar İsmayılov, Səlahəddin Yusifov, Ələkbər Həsənov, Ələsgər Əliyev və Minirə Ağahüseynova çıxış edərək nəşr olunmuş “Biblioqrafik göstərici”lər barədə fikirlərini bölüşüb, bu nəşrlərin universitetin elmi irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  




Tarix: Dünən, 13:59

Xəbəri paylaş