Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yeni Məşğulluq Strategiyasının prioritet istiqamətləri

 
 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 iyul tarixli Sərəncamı ilə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq olunub.
Tədbirlər planının prioritet istiqmətlərindən biri işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi ilə bağlıdır.

Tədbirlər Planına əsasən, peşə təhsili müəssisələrində təhsilverənlər üçün təkmil ixtisasartırma proqramlarının tətbiqi yolu ilə 2026− 2030 -cu illərdə müasir texniki bilik və bacarıqlar üzrə təlim keçən təhsilverənlərin sayının minimum aralıq mərhələdə 250, hədəf ilinin sonundak isə minimum 300 nəfərə çatdırılması nəzərdə tutulur.

Bundan əlavə peşə təhsili müəssisələrində müasir tələblərə uyğun sənaye yönümlü ixtisasların tədrisinin genişləndirilməsi məqsədilə yeni sənayeyönümlü peşə təhsili ixtisaslarının müəyyən edilməsi və tədrisin təşkili, sənaye sektorunun ixtisaslı kadrlarla təminatının gücləndirilməsi təmin olunacaq.

 Planda həyata keçiriləcək prioritet istiqamətlərdən biri “Yaşıl iqtisadiyyat”a keçid kontekstində müasir bacarıqların əldə olunması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi ilə bağlıdır. Bu istiqamətdə yeni peşə hazırlığı proqramlarının hazırlanması, mövcud proqramların məzmununa yenidən baxılması, “Yaşıl iqtisadiyyat”ın inkişafı üçün zəruri bacarıqlara malik kadr potensialının gücləndirilməsi nəzərdə tutulub.
 
İqtisadiyyatın prioritet sahələri üzrə əmək bazarının tələblərinə uyğun peşə təhsili proqramlarının hazırlanmasına gəlincə, bu istiqamət üzrə əmək bazarının tələblərinə uyğun müvafiq ixtisaslar üzrə beynəlxalq sertifikat proqramlarını mövcud peşə təhsili proqramları ilə uyğunlaşdırma imkanlarının müəyyən edilməsi, təhsil proqramlarının beynəlxalq sertifikat proqramlarına uyğunlaşdırılması və pilot layihələrin (2 təhsil proqramı) tətbiqi və onların tədris nəticələrininə əsasən tədbirlərin müəyyən edilməsi təmin olunacaq. 

Bundan başqa, əmək bazarının tələblərinə uyğun olaraq ali və orta ixtisas təhsili  proqramlarının yenilənməsi,  ali və orta ixtisas təhsili pillələri üzrə yenilənməsinə ehtiyac olan proqramların müəyyən edilməsi, dual peşə təhsili proqramına cəlb olunan tələbə sayının ilkin mərhələdə 1400, aralıq mərhələdə  1500,  hədəf ilində isə 1600 nəfərə çatdırılması və əmək bazarında praktik bacarıqlara malik işçi qüvvəsi sayının artırılması nəzərdə tutulub. 

Eyni zamnda qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə olunmuş bacarıqların tanınması sisteminin təkmilləşdirilməsi nəzərdə nəzərdə tulub. Bu məqsədə müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi, təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi, nəhayət qeyri-formal və informal təhsil vasitəsilə əldə edilmiş bacarıqların tanınması və əmək bazarında istifadəsi imkanlarının genişləndirilməsi təmin olunacaq.

 Həmçinin peşəyönümünə dair məsləhət xidməti üzrə rəqəmsal həllərin tətbiqi istiqamətində rəqəmsal həllərin tətbiqi üçün müvafiq texniki bazanın yaradılması, rəqəmsal həllər tətbiq olunmaqla peşəyönümünə cəlb edilmiş şəxslərin sayının artırılması nəzərdə tutulub.


Tarix: Dünən, 15:39

Xəbəri paylaş