Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Peşəyönümü üzrə rəqəmsal həllərin tətbiqi genişləndiriləcək



Azərbaycanda peşəyönümünə dair məsləhət xidməti üzrə rəqəmsal həllərin tətbiqi genişləndiriləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, tərəfdaş qurum isə Elm və Təhsil Nazirliyidir. Tədbirin icrası 2026-2029-cu illəri əhatə edəcək.
Sənədə əsasən, peşəyönümünə dair məsləhət xidmətlərində rəqəmsal həllərin tətbiqi məqsədilə müvafiq texniki baza yaradılacaq. Bununla yanaşı, rəqəmsal həllərin tətbiqi nəticəsində peşəyönümünə cəlb edilmiş şəxslərin sayının artırılması nəzərdə tutulur.


Tarix: Dünən, 19:36

Xəbəri paylaş