Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təsviri incəsənət dərslərində vətənpərvərlik tərbiyəsinin formalaşdırılması


 

Rəfail ƏLİYEV, 

Şirvan şəhəri S.Hüseynov adına 

1 nömrəli tam orta məktəb-xüsusi liseyin  hərbi rəhbəri, 

Əməkdar müəllim

 

Təhsilin məzmunu məktəblilərin vətənpərvərlik şüurunun for­ma­laşdı­rılması  prosesində aparıcı yer tutur. Və­tən­­­pərvərlik  isə özündə insanın doğulub  boya-başa çatdığı torpağa - Vətənə məhəbbəti, xalqın inkişaf tarixi bağlı qürurunu  ehtiva  edir. Vətənpərvərlık hissi məktəbəqədər yaşdan  for­ma­laşmağa  başlayır. Hər bir uşaq ailədə və məktəbəqədərki təhsil müəssisəsində vətənpərvərlik sahəsində aldığı biliklərlə məktəbə ilk qədəmlərini atır. 

Baza biliklərini isə o, məktəb təlimi prosesində alır. Məhz məktəbdə təhsil- alanların ölkəmizin inkişaf tarixi və orada yaşayan  xalqların  mədəniyyəti haq- qında təsəvvürləri formalaşdırılır. Şagirdlərə milli məişətimizi, ədəbiyyatımızı, mahnılarımızı öyrətməklə biz onlarda Vətənə  məhəbbət hissini formalaşdırırıq.

Vətənpərvərlik tərbiyəsi üzrə işlər yalnız  dərsdənkənar vaxtlarda deyil, həm də dərs  prosesində aparılır. Bu məqsədlə şagirdlər mahnıları dinləyir və   ifa edir, şeirləri səhnələşdirir, kollektiv fəaliyyətləri  yerinə yetirirlər. 

Məktəblilərin ölkənin  mədəni  rəngarəngliyi ilə tanışlığı, vətənpərvərlik tərbiyəsi üçün əsas fənlərdən biri də “Təsviri  incəsənət” fənnidir. 

  İncəsənət insan psixikasını müxtəlif cəhətlərdən çox geniş və dərindən əha- tə edir. Bu əhatəlilik təkcə təxəyyül və hisslərlə deyil, həm də fikir və düşüncələrimizlə  təsəvvür edilən idrakımıza əsaslanır. Bunun  böyük əhəmiyyəti şüur və özünüdərkin inkişafında, mənəvi hisslərin tərbiyəsində, dünyagörüşünün formalaşmasında özünü gös­tərir. Bədii tərbiyə şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafına təsir göstərən ən  vacib və  mühüm vasitələrdən  biridir.

Ümumtəhsil  fənlərindən biri olmaqla ibtidai və əsas təhsil pillələrində tədris olunan “Təsviri incəsənət” fənninin məzmununun  təlim nəticələri doğma diyarın bədii mədəniyyət materialları  əsasında Vətənə  vətənpərvərlik münasibəti ni  təmin  edən bədii mədəniyyətin əsaslarını formalaşdırmaqdır.

Təsviri incəsənət  dərslərində   vətənpərvərlik  hissinin  inkişafı şagirdlərin bədii yaradıcılıq prosesində həyata keçirilir. Təsviri incəsənət  dərslərində müxtəlif  mənzərələr, natürmortlar, xalça naxışları çəkən şagirdlər bu yaradıcılıq nümunələri  ilə vətənə   məhəbbətlərini  əks  etdirirlər. Müşahidələr  göstərir ki, şagirdlərin  incəsənətin müxtəlif növlərini öyrənərək mənimsəməsi onların  bədii yaradıcılıq fəaliyyətinin formalaşmasını  stimullaşdırır.

“Təsviri  incəsənət” dərslərində  söhbətlər zamanı  şagirdlər öz xalqının  milli  mədəniyyətini öyrənir, sonra isə müvafiq  tematik  süjetlər əsasında  tapşırıqlar icra edirlər. Əsas  təhsil pilləsinin V sinifləri  üçün  buraxılmış  “Təsviri   incəsənət” dərslikləri milli ənənələri, vətənpərvərliyi, eləcə də vətən- pərvərliyin  əsas  tərkib hissəsi olan hərbi  vətənpərvərlik  tərbiyəsinin   for-malaşdırılmasında  daha  böyük imkanlar  yaradır. Müxtəlif  müəlliflər tərə- findən 2 variantda hazırlanmış bu dərsliklər mövzular baxımından qismən fərqlənsə də, eyni məqsədlərə xidmət edir.

 Vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasında xalq sənətinin-dekorativ-tətbiqi sənətinin öyrədilməsi  əsas mövzulardan biridir. Dekorativ-tətbiqi sənət nəsildən-nəslə ötürülmüş informasiyanı qoruyur və zən­ginləşdirir. Xalq sənəti çoxəsrlik ənənələri və mədəni irsimizi mühafizə edir, inkişafına və nəsillərə ötürülməsinə, daim yaşamasına zəmin hazırlayır. 

Cəmiyyətdə baş verən dəyişikliklər  məktəbdən vətənpərvərlik tərbiyəsinin məzmun, forma, metod və vasitələrində müasir sosial-pedaqoji reallıqlara uyğun olaraq adekvat dəyişikliklər aparılmasını tələb edir. Məktəbdə  vətənpərvərlik  tərbiyəsi sisteminin bu istiqamətlərini belə qruplaşdırmaq olar:

a) nəsillərin milli mədəniyyətin inkişaf tendensiyasının qorunması;

b) şəxsiyyətin mənəvi-əxlaqi keyfiyyətlərinin  formalaşdırılması;

c) Azərbaycan  torpaqlarının   vətənpərvərlərinin  tərbiyə edilməsi;

ç) uşaqların hərtərəfli inkişafı, onların yaradıcılıq   qabiliyyətlərinin inkişafı, şəxsiy­yətin özünüifadəsi üçün şərtlərin  yaradılması;

d) səhiyyə mədəniyyətinin, ailə həyatına şüurlu münasibətin formalaşdırılması;   e) əməksevərliyin  formalaşdırılması;

ə) məktəblilərdə təsviri incəsənət dərslərindəki vasitələrlə sosial və kommunikativ səriştəliliyin formalaşdırılması;

f) təbiətə ehtiyatlı münasibətin tərbiyə edilməsi.

 Vətənə məhəbbət tərbiyəsi təsviri in­cəsənət dərslərinin əsas vəzifələrindən biridir. Bu məqsədlə xalqın məişət, tarix və mədəniyyəti, dekorativ-tətbiqi xalq  sənəti, doğma diyarın naturadan peyzajları, yerlilərin portretləri, regionun məişət əşyalarından istifadə etmək olar.

Dərslərdə həmçinin Dövlət gerbi və  bayrağının təsvirlərindən, doğma diya- rın təbiətinə aid şəkillərdən istifadə etmək məsləhət görülür.

Dərsliyin  2016 və 2020-ci illərdə  nəşr edilmiş əsas variantında  bu  mövzuların  tədrisi   ilə  bağlı kifayət qədər  sistemli məlumatlar  var. Dərslikdəki  I və II tədris vahidləri milli vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasında xüsusi   əhəmiyyətə  malikdir. “Azərbaycan daxmasının daxili dünyası” mövzusu-nu  öyrənən  şagird daxmanın  interyerinə   daxil olan “ləmə”, “rəf”, ”taxça”, “camaxatan” anlayışları ilə tanış olur, onları müasir evin interyerləri ilə mü- qayisə edirlər.

“Güləbətin”, “təkəlduz”,  ”muncuqtikmə”, “piləktikmə”  üsulları ilə tanış olan  şagird xalqın bədii tarixindən qürur  duyur, onun Vətən  sevgisi   daha  da zənginləşir.

Daha  sonra  xalq  geyimləri   və onun  elementlərini öyrənən, xovsuz  xalça növləri, onların naxış elementləri, xüsusiyyətləri ilə  tanış olmaqla yanaşı, bu naxışları  çəkmək   üsullarını  mənumsədikcə şagirddə Vətənin  zəngin   bədii tarixinə unudulmayacaq bir  sevgi, heyranlıq yaranır. Azərbaycanın  xalçaçılıq  məktəbləri haqqında aldığı  bilgilər isə zəngin məişətimiz, xalqın tarix və mə- dəniyyətinə  marağı  daha da   artırır.

“Təsviri incəsənət” dərslərində vətənpərvərlik tərbiyəsinin formalaşdırıl- masında Vətənin füsünkar  təbiət gözəlliklərini əks etdirən peyzaj-mənzərələrin, eləcə də Vətən torpağının nemətlərindən   ibarət  natürmortların  çəkdirilməsinin də böyük əhəmiyyəti  var.

Mənzərə şəkilləri çəkdirərkən  təbiətə  ekskursiya   təşkil etmək  də  maraqlıdır: şagird seyr etdiyi  doğma  yerləri müəyyən  görünüşdən çəkərkən təbiətə  vurğunluğunu   rənglərin dili ilə ifadə  edir, natürmort çəkərkən meyvələrdən ibarət  orijinal  kompozisiya   qurmağa çalışır. ”Kürün sahilində”, “Qızıl payız”, ”Şirvanın səhəri” kimi  möv­zularda peyzajlar, “Payız  nemətləri”, “Güllər” kimi mövzularda natürmortların çəkdirilməsi  məqsədəuyğun olardı.

Təhsilalanların dərslərdə vətənpərvərlik  tərbiyəsinin imkanlarını təhlil edərkən aşağıdakı  meyarların nəzərə alınması vacibdir:

*Təhsilalanların konkret sinifdə vətənpərvərlik  tərbiyəsinin bütün sistemi ilə əlaqəsi. Bu tələbi yerinə yetirmək  üçün  müəllim vətənpərvərlik tərbiyəsinin, onun  mərhələlərinin həyata keçirilməsində öz fənninin imkan və   yerini müəyyənləşdirməli  və bunları  digər  fənlərin imkanları ilə əlaqələndirməlidir.

*Dərsdə qarşıya  qoyulmuş konkret  məqsədin   pedaqoji cəhətdən əsaslandırılması. Müəllim müəyyənləşdirməlidir ki, proqramın izahat vərəqində şəxsiyyətin vətənpərvər   kimi  tərbiyəsi  məsələləri   yetərlidirmi?

Təhsilalanların  əldə  etdikləri biliklər aşağıdakıları təmin etməlidir:

- ideya-mənəvi məzmunun  düzgün çatdırılması;

- öyrənilən zəruri  materialların şüurlu mənimsədilməsi;

- vətənpərvərlik istiqaməti; müxtəlif peşələrin təbii və elmi əsaslarının öyrədilməsi.

Beləliklə, incəsənət, o cümlədən təsviri incəsənət, onun bütün növləri böyük tərbiyə imkanları yaradır. O, özündə cəmlədiyi geniş  mənəvi potensialı, estetik və əxlaqi idealı ilə uşaqlarda öz xalqının  mənəvi   mədəniyyətinə  dərin  hörmət və məhəbbət  formalaşdırır.