Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə infotur təşkil olunub





İyulun 9-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi ilə yaxından tanış olmaq məqsədilə ictimaiyyət nümayəndələri üçün infotur təşkil olunub.
 
İnfoturda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova, nazirlik yanında İctimai Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İnfotur iştirakçıları imtahan mərkəzində yaradılan şəraitlə, namizədlərin qeydiyyatı və imtahana buraxılış prosedurları ilə tanış olublar. İştirakçılar test imtahanlarının gedişini izləyərək şəffaflığın və obyektivliyin praktikada necə tətbiq olunduğunu müşahidə ediblər.
 
Prosesi izləyən iştirakçılar imtahanların müasir texnologiyalarla təşkili və ictimaiyyətə açıq şəkildə aparılmasının təhsildə şəffaflıq və etimada əsaslanan mühit formalaşdırdığını bildirib və bunu yüksək qiymətləndiriblər.
 
Daha sonra geniş fikir mübadiləsi şəraitində keçən “dəyirmi masa”da iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, təklif və rəylər səsləndirilib.


Tarix: Dünən, 16:00

Xəbəri paylaş