2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib
2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib. Bu müddət ərzində ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri üzrə birinci mərhələ başa çatıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, ibtidai sinif üzrə 31 min 859 nəfər, Azərbaycan dili və ədəbiyyat üzrə 9892 nəfər, riyaziyyat üzrə 8807 nəfər, xarici dil üzrə 13 957 nəfər sertifikasiya prosesində iştirak edib. Eyni zamanda, biologiya - 3 544 nəfər, kimya - 3 629 nəfər, fizika - 3 487 nəfər, coğrafiya - 3 432 nəfər sertifikasiyada iştirak edib”. Nazir vurğulayıb ki, müəllimlərin qiymətləndirilməsi mərhələli şəkildə həyata keçirilir və 2026-cı ilə qədər bütün fənlər üzrə yekunlaşdırılması planlaşdırılır.
Tarix: Bu gün, 11:00