Nazir: Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manatdır
Müəllimlərin orta aylıq əməkhaqqı 965 manatdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərənlərin orta aylıq əməkhaqqı (sertifikatlaşdırmada 51 və yuxarı bal toplayanlar, 35 faiz əlavə alanlar) 1320 manatdır: “Uğur qazananlar (30–50 bal aralığında nəticə göstərənlər, 10 faiz əlavə alanlar) – 1010 manat orta aylıq əməkhaqqı alırlar. Sertifikatlaşdırmada iştirak etməyən müəllimlər isə orta aylıq 765 manat əməkhaqqı alır”.
Tarix: Bu gün, 12:26
Xəbəri paylaş