Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev: Sertifikatlaşdırma nəticələri peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir


“2025-ci ildə ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlərin nəticələri açıqlanıb. Belə ki, ilk dəfə keçirilən bu test mərhələsində ümumilikdə təxminən 19 min müəllim iştirak edib. Müxtəlif fənlər üzrə aparılan qiymətləndirmə nəticələri müəllimlərin bilik və bacarıq səviyyəsini, eləcə də təkmilləşməyə ehtiyac duyulan istiqamətləri müəyyənləşdirib”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə çıxış edib.
Nazir bildirib ki, bu nəticələr ölkədə təhsilin keyfiyyətinə birbaşa təsir edən müəllim amilini daha sistemli və obyektiv şəkildə analiz etməyə şərait yaradır.

Nazirin təqdim etdiyi statistikaya əsasən, alman dili müəllimləri 100 faiz nəticə ilə fərqlənib. Bu fənn üzrə iştirak edən 19 nəfərin hamısı imtahanı müvəffəqiyyətlə keçib. Ən çox iştirakçı sayı isə ibtidai sinif müəllimlərinə aiddir – 810 nəfər. Onların 92 faizi uğur qazanıb və bu istiqamət üzrə ən yüksək orta nəticə 48 bal qeydə alınıb.

Dil fənləri üzrə nəticələrə baxıldıqda Azərbaycan dili müəllimlərinin 97 faizi uğur qazanıb, yalnız 3 faizi təkmilləşdirməyə ehtiyac duyur. Azərbaycan dili və ədəbiyyat fənnində bu göstərici 85 faiz təşkil edir. Fransız dili üzrə nəticələr nisbətən aşağıdır – iştirakçıların 21 faizi zəif nəticə göstərib.
Sertifikatlaşdırma prosesinə bu il ilk dəfə cəlb olunan biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə nəticələr də açıqlanıb.

Biologiya fənni üzrə 3 436 müəllimdən 83 faizi, kimya üzrə 2 509 müəllimdən 85 faizi, fizika üzrə 3 541 müəllimdən 88 faizi uğur əldə edib. 3 419 coğrafiya müəlliminin 90 faizi,  3 355 informatika müəllimlərinin 86 faizi test mərhələsini uğurla tamamlayıb.
Orta bal göstəricilərinə əsasən liderlik edən fənlər sırasında ibtidai sinif (48 bal), Azərbaycan dili (47 bal) və coğrafiya (46 bal) fənləri yer alır.


Tarix: Bu gün, 13:52

Xəbəri paylaş