Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yeni nəslin vətənpərvər ruhda tərbiyəsi strateji xətt kimi

  
Sevinc  BƏŞİROVA,
İsmayıllı rayonu, Aşıqbayram kənd tam orta məktəbin 
təlim-tərbiyə işləri üzrə 
direktor müavini
 
Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.                            Heydər ƏLİYEV

Ümummilli liderimiz Heydər Əliyev məktəb qarşısında qoyulan əsas vəzifənin vətənini sevən, onu qorumağı bacaran  vətəndaşın yetişdirilməsi olduğunu daim diqqət mərkəzində saxlayırdı. Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu qəbul edilərkən yetişən nəslin vətənpərvər ruhda tərbiyə edilməsi strateji istiqamət kimi müəyyənləşdirildi.
Ümummilli Liderin layiqli davamçısı  Prezident  İlham Əliyev təhsilmizin inkişafını daim diqqət mərkəzində saxlamaqla bu sahədə  mühüm dövlət sənədlərinin qəbul olunmasına nail olmuşdur.
2013-cü ildə  ölkə başçısı tərəfindən imzalanmış  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” buna əyani sübutdur. Strategiyanın uğurla həyata keçirilməsi sahəsində Təhsil Nazirliyi tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil sahəsində həyata keçirilən islahatlar hamımızın iştirakı ilə öz uğurlu nəticələrini verməkdədir. Təlim-tərbiyə prosesinin daha da təkmilləşdirilməsi yolunda Təhsil nazirinin 14 avqust 2018-ci il F-550, 2019-cu il 15 yanvar tarixli F-18, 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrləri ilə təhsil işçiləri qarşısında mühüm vəzifələr qoymuşdur.
İsmayıllı rayonunun Aşıqbayram kənd tam orta məktəbində Azərbaycan hökumətinin təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xüsusi səy göstərilir. Belə ki, dərs ilinin əvvəlində məktəbin illik iş planı tərtib edilərkən məktəb rəhbərliyi keçən dərs ilinin yekunlarına aid pedaqoji şurada məruzə ilə çıxış edir. Hər bir məktəb rəhbəri, sinif rəhbərləri və digər məsul şəxslərin işinin elmi şəkildə planlaşdırılması üçün istiqamətlər müəyyən edir. Məktəb fəaliyyətinin planlaşdırılması zamanı tərbiyə işinin təşkilinə xüsusi diqqət yetirilir. Son zamanlar kütləvi informasiya vasitələrində verilən acı xəbərlər içərisində məktəblilərin də yer alması təəssüf doğurur. Bu baxımdan, məktəbyaşlı uşaqların zərərli vərdişlərə  aludə olmamaları üçün qabaqlayıcı pedaqoji tədbirlərin həyata keçirilməsini zəruri hesab edirəm.
Ona görə də tədris prosesinin düzgün təşkili, fənn müəllimlərinin dərslərinin dinlənilərək  elmi–metodik cəhətdən ətraflı,  sinifdənxaric tədbirlərin təşkili zamanı tərbiyə  işinin düzgün həyata keçirilməsini diqqət mərkəzində saxlayıram. Şagirdlərin elmlərin əsaslarına yiyələnməklə yanaşı şüurlu tərbiyə işi fəaliyyətimin əsasını təşkil edir. Ona görə də məktəb rəhbəri kimi pedaqoji prosesə rəhbərlik zamanı kollektivin hərtərəfli inkişafa malik vətəndaşın yetişməsi üçün  səy və bacarıqlarını istiqamətləndirməyə çalışıram.
Ümumtəhsil məktəbində aparılan tədris və tərbiyə işləri müvafiq icra orqanı tərəfindən təsdiq edilmiş planlar əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər orta təhsil pilləsində elmlərin əsasları barədə şagirdlərə istiqamət vermək məqsədi daşıyır. Elmlərin əsaslarına dərindən yiyələnmək belə, yetgin vətəndaşın formalaşması üçün kifayət deyildir. Danılmaz həqiqətdir ki, mükəmməl təhsillə yanaşı elmi dünyagörüşünün,  təhsilalanın şəxsiyyət kimi formalaşması üçün yaşadığı ölkənin qanunlarını bilməsi vacib şərtlərdəndir. Ona görə də müxtəlif pedaqoji tədbirlər vasitəsi ilə Azərbaycan Respublikasının əlamətdar günlərinin təntənəli şəkildə şagird  və pedaqoji kollektivlə birlikdə qeyd edilməsinə nail oluram. "Milli Qurtuluş Günü",  "Müstəqillik Günü",  "Konstitusiya Günü", "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və s. .kimi tədbirlərin şagirdlərin bilavasitə təşkilatçılığı ilə hazırlanıb həyata keçirilməsini təmin edirəm. Şagirdlərin Azərbaycan rəhbərliyinin işğal altında olan ərazilərin azad edilməsi ilə əlaqədar apardığı daxili və xarici siyasət barədə dolgun informasiya almalarına şərait yaradıram. Məktəbin işləyib həyata keçirdiyi tədbirlərə kəndimizdə yaşayan qaçqın və məcburi köçkünlərin nümayəndələrini dəvət etməklə düşmənə nifrət, vətənə məhəbbət hissinin formalaşmasını təmin edirik. Qaçqın və məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtmaları üçün dövlətimizin apardığı siyasətə əsl vətəndaş münasibətinin yaranması istiqamətində ardıcıl pedaqoji tədbirləri davam etdiririk.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda  qeyd edilir ki,  sosial-iqtisadi həyatın müasirləşməsində təhsilin rolu təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik - əxlaqı norma və dəyərlər hər bir təhsil- alanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır. Onun biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Fəaliyyətimdə əsas götürürəm ki, tədris və tərbiyə işi elmi şəkildə əsaslandırılmış, milli və beynəlxalq miqyasda qəbul edilmiş, müasir pedaqoji nümunələrə uyğun aparılmaqla həyata keçirilsin. Müəllimlərlə aparılan metodik işlərin səmərəli qurulmasını diqqət mərkəzində saxlayıram.
Kurikulun islahatının həyata keçirildiyi hazırkı mərhələdə çalışıram ki, müasir pedaqogikanın tələblərini dərindən öyrənim və tətbiq edim. Məlumdur ki, müəllimlərin dərslərinin dinlənilib təhlil edilməsi onların pedaqoji ustalıqlarının kamilləşməsi sahəsində mühüm vasitələrdəndir. Ona görə də tədris prosesində hər bir mövzunun tərbiyəedici imkanlarından müəllimlərin yetərincə yararlanmalarına üstünlük verirəm. Fəaliyyətim zamanı çalışıram ki, tərbiyə işinə kompleks yanaşmaqla şagirdlərdə şüurlu intizam formalaşsın. Odur ki, tərbiyə sisteminin aşağıdakı tərkib hissələrini kollektivin daim diqqətdə saxlamasına çalışıram:
• 1). Mənəvi tərbiyə, 2). Hüquqi tərbiyə, 3). Siyasi tərbiyə, 4).Əmək tərbiyəsi, 5). Əqli tərbiyə, 6). Fiziki tərbiyə, 7). Bədii tərbiyə, 8). Ekoloji tərbiyə, 9). İqtisadi tərbiyə, 10). Estetik tərbiyə və 11). Hərbi-vətənpərvərlik tərbiyəsi.шаблоны для dle 11.2