Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müəllim-tələbə münasibətlərinin inkişafına təsir göstərən əsas amillər

 

Zülfiyyə VƏLİYEVA,
ADPU-nun  ETM-nın Tətbiqi tədqiqatlar
bölməsinin elmi işçisi

 
İgid adam başqasının onu incitməsindən in­ciməyən şəxsdir. Kamil insan isə incidilməyə layiq olanı belə incitməyən şəxsdir.
M.Cəlaləddin Rumi


Azərbaycan  ali təhsil sistemində permanent (davamlı) dəyişmələr, yəni modernləşmə həyata keçirilir. Davamlı modernləşmə ali təhsil sisteminin infrastruktunda, xüsusi olaraq onun idarə olunması və maliyyələşdirilməsində, təhsil proqramlarının məzmununda və tipologiyasında, tədris-təlim prosesinin xarakterində öz müsbət təsirini göstərir. Ali təhsil modelinin yeniləşdirilməsi eyni zamanda onun keyfiyyətinin yüksəldilməsi ilə müşahidə olunur. Ali təhsil müəssisələrinin effektivliyinin və keyfiyyətinin qiy­mətləndirilməsi, bu gün pedaqoji ali təhsilə, bütövlük­də hər bir təhsil müəssisəsinə cəmiyyət tərəfindən olan ciddi tələblərlə bağlıdır. Bu gün təhsil strukturlarına cəmiyyət tərəfindən qoyulan əsas tələblərdən biri ondan ibarətdir ki, təhsil sistemi müasir cəmiyyətin inkişafının tələblərinə cavab verən mütəxəssis, eyni zamanda kamil insan formalaşdırmalıdır.. Pedaqoji kadr hazırlığı aparan təhsil müəssisələrinin kadr potensialı və maddi-texniki bazası nəzərə alınmadan, çoxlu sayda təhsil müəssisələrində ilkin pedaqoji kadr hazırlığına icazə verilmişdir. Hazırda ilkin pedaqoji kadr hazırlığı ilə 24-dən çox ali təhsil müəssisəsi, pedaqoji kadrların ixtisasartırması və yenidənhazırlanması ilə isə 14 təhsil müəssisəsi məşğul olur.
Pedaqoji yönümlü ali təhsil sisteminin keyfiyyət təminatında, səmərəli idarə olumasında, maliyyələşməsində və digər sahələrdə islahatın taleyi, birinci növbədə, təhsil müəssisələrinin auditoriyalarında nələrin baş verdiyindən, tədris prosesinin əsas iştirakçıları, yəni müəllim və tələbələr arasında pedaqoji qarşılıqlı təsirlərin xarakterindən çox asılıdır. Təhsilin keyfiyyəti ilə bağlı məsələlərin təhlili göstərir ki, ilk növbədə onun mahiyyət xarakteristikaları nəzərə alınmadan təhsilin yaşaması, mövcudiyyəti mümkün deyildir. Bu xarakter əlamətlər çoxluğu təhsilin unikallığının əsas göstəriciləridir. Belə sistemyaradan əlamətlərin çoxluğu, şübhəsiz, təhsilalanlar və təhsilverənlər arasındakı xüsusi növ münasibətlərin əsasında pedaqoji qarşılıqlı təsirlərin xarakterik xüsusiyyətləri durur. Bu gün belə münasibətlər müntəzəm olaraq müəllim və tələbənin tədris-təlim prosesində roluna, onların kompetensiyalarına xüsusi tələblər qoyaraq dəyişir. Bunların nəzərə alınmaması keyfiyyətin idarə olunması fəaliyyətinin imitasiyasına (təqlid edilməsinə) gətirib çıxara bilər və modernləşməni heçə endirər.
Müasir dövrdə məlumdur ki, müvəffəqiyyətin təminatı tələbələr tərəfindən elmi anlayışların, məlumatların mənimsənilmə sayından deyil, peşəkar va açar kompetensiyaları sistemləşdirmək, mövcud informasiyalar əsasında yeni informasiyaların əldə olunma qabiliyyəti ilə müəyyən edilir. Ona görə də müəllimin yeni vəzifəsi, təhsilalanların sərbəst idrak (dərk etmə) fəaliyyətinin, məhsuldar dialoq əsasında həqiqətin birlikdə axtarışı kimi fərdi tədris prosesinin qurulmasından ibarət olmalıdır. Bu təhsilvermə prosesinin dialoqlu qurulmasına uyğun olub dissensus (sensualizm-idrakın yeganə mənbəyi duyğular olduğunu iddia edən fəlsəfi cərəyan) proses adlanır. Müəllimlərə və tələbələrə tədris prosesində tərəf müqabili və ya tərəfdaş kimi baxılır. Bu işin əsasında, qabaqcadan təhsilalanlara cavabı məlum olmayan məsələlərin həllində birğə fəaliyyətin strateji layihələndirmə və komanda formasında işin təşkili dayanır. Belə sistemdə müəllimin ənənəvi rolunun forması dəyişir. Onun fəaliyyətinə kommunikasiyanın təşkili, sahə və texnoloji ekspert, layihə işlərinin rəhbəri kimi funksiyalar əlavə olunur.
Göstərilən tələblərə uyğun pedaqoji prosesin təşkilində olan çətinliklər təkcə didaktik yeniliklərlə bağlı olmayıb, ali təhsil sistemində tələbə kontingentinin kütləviliyi şəraitində müəllim-tələbə xarakterik xüsusiyyətlərindən, eyni zamanda onların müxtəlif səviyyəli hazırlıqlara malik olmasından da çox asılıdır. Ona görə də səmərəli müəllim-tələbə münasibətlərinin qurulmasında və pedaqoji qarşılıqlı təsirlərin xarakterik xüsusiyyətləri nəzərə alınmasında tələbələr sistemini deferensiallaşdırmaq, bu münasibətlərdə fərdi təhsil trayektoriyasında qurulmasının təmini, mənimsəmədən geri qalan öyrənənlərə pedaqoji köməyin göstərilməsi, istedadlı təhsilalanların fərdi tədqiqatçılıq fəaliyyətinin dəstəklənməsi, onlar üçün müvafiq şəraitin yaradılması təmin olumalıdır. Bu halda müəllim təkcə öz fənnini öyrətməklə kifayətlənməməli, o, tədris-təlim prosesinin təşkilinə dair kompetensiyaların və onun keyfiyyətinin qiymətləndirilməsinə dair bacarıqların formalaşmasını təmin etməlidir.
Hazırda gənclər arasında yalnız diplom almaq həvəsi və məqsədi ilə fəaliyyət gös­tərənlər çoxluq təşkil edir. Onlar tərəfindən nə təhsil, nə gələcək peşə (xüsusi halda müəllimlik peşəsi) dəyər kimi dərk edilmir, qiymətləndirilmir, yalnız öz fəaliyyətinə müvəffəqiyyətli sosial inteqrasiya təminatı kimi baxırlar. Nəticədə dərketmə və peşəkar motivasiyanın ciddi zəifləməsi baş verir. Ona görə də müəllimlər təhsilalanlarda şəxsi-peşəkar inkişafı təmin edərək, dəyərlər sisteminin korreksiyasının təmin olunması istiqamətində öz fəaliyyətini yeniləşdirirlər.
Müasir gənclərin bəzilərində dərketmə qabiliyyətinin və dəyərlər sisteminin istiqamətini, səmtini müəyyən edən dünyagörüşündə baş verən dəyişiklikləri də yaddan çıxarmaq olmaz. İnformasiya texnologiyalarının sürətli inkişafı insanın daha rahat (komfort) yaşamasına imkan verən virtual dünyanın yaranmasına səbəb olmuşdur. Belə tendensiya çərçivəsində gənc insanların təfəkkürü inikasa (əks etdirməyə) deyil, həqiqətin təcrübə yolu ilə model­ləşdirilməsinə istiqamətlənir. Müəllimlər üçün ən ağır “çağırışlardan” biri də nəsillər arasında getdikcə dərinləşən əlaqələrin qırılması və rabitəsizliyidir. Sosial dəyişikliklərin sürətli inkişafı ilə gənclərin müəyyən hissəsi, yaşlı nəsillərin həyat stratergiyası ilə bağlı modelləri, onların gənc nəsillərə qoyub getdikləri müsbət nəticələri qəbul edə bilmir. Bunların əsas səbəbi yaşlı nəslin təcrübəsinə bəzi gənclərin tənqidi və skeptik yanaşmasıdır. Əgər əvvəllərdə müəllimin ali məktəblərdə statusunu onun nüfuzu, gizli saxlanılan biliyi, həqiqətin axırıncı instansiyaya daşınma səviyyəsi təmin edirdisə, hazırda təhsilalanların, gənclərin maraqlarını və etibarını qazanmaları müəyyən edir.
Tədris materialının mənimsənilməsi birbaşa müəllimin nəzəri bilikləri və peşəkarlıq səviyyəsinin inkişafının perspektivləri arasında olan əlaqələrdən asılıdır. Müasir təhsil alanların sağlam praqmatizmi (gerçəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan) təhsil proqramlarının məzmunu onlar tərəfindən qəbul olunmasına inamı azaldır. Bu baxımdan tələbə və müəllimlər arasındakı yeni münasibətlərin təşəkkül tapması üçün pedaqoji qarşılıqlı təsirlərin yeni tip əlaqələrin yaradılmasına olan tələblər ali təhsilin müasir çağırışları kimi dəyərləndirilməlidir.. Eyni zamanda bizim və xarici ölkələrin təhsil sistemində toplanmış pozitiv təcrübənin qəbul olunması və yayılması təqdirə layiqdir. Birinci növbədə belə təcrübəni aşağıdakı kimi dəyərləndirmək olar:
• ali məktəb müəlliminin səriştəlilik (kompetentlik) modelinin və moderinləşdirmənin onun kvalifikasiyasına və müasirləşdirilmə tələblərinə müvafiq yeniləşdirilməsi;
• tədris prosesinin məzmunun, forma və şərtlərinin müasir tələblər səviyyəsində dəyişdirilməsi;
• tələbələrin tədris prosesinin təşkilinə və keyfiy­yətin idarə olumasına geniş cəlb edilməsi.
Ali məktəb müəllimlərinin pedaqoji fəaliyyətinin ənənəvi funksiyasının məzmunu müasir yanaşmalarla zənginləşməli və səriştəlilik səviyyəsi yüksəlməlidir. Bu prosesin didaktik funksiyası, məhsuldar tədris-təlim mühitinin yaradılmasını, təşkilati funksiyası isə müəllimin mövqeyini moderator kimi müəyyən edib, təlim prosesini stimullaşdıraraq kommunikasiyanın inkişafının təmin olunmasını tələb edir. Təlimin elmi-metodiki funksiyası təhsilalanların şəxsi biliklərini daima artıraraq, səriştəlilik səviyyəsinin yüksəldilməsi ilə bağlı bacarıqların formalaşdırılmasını, qiymətləndirmə funksiyası isə təhsilalanların təlim nəticələrinin obyektiv və əsaslandırılmış formada ekspertizasının təmin olunmasını əsas vəzifə kimi qarşıya qoyur.
Səriştəli – səmtləşdirilmiş təhsil modeli tədris-təlim prosesində inteqrativ tendensiyaları gücləndirir. Yeni təhsil standartlarının reallaşdırılması müəllimlərin yaradıcı qarşılıqlı təsirlərinin nəinki kafedralarda, eyni zamanda kafedralararası səviyyədə inkişafını önə çəkir. Səriştəliliyin formalaşdırılması razılaşdırılmış hərəkətlər nəticəsində, ali məktəb müəllimlərinin ümumi məqsəd ətrafında əməkdaşlığı formasında həyata keçirilməlidir. Səriştəli kadrların (xüsusi halda gənc müəllimlərin) hazırlanması kollektiv bir məqsəd ətrafında birləşdikdə və kollektivin bütün üzvlərinin tədris prosesinin ümumi məqsəd ətrafında əməkdaşlığı formasında həyata keçirilməlidir. Səriştəli kadrların (xüsusi halda gənc müəllimlərin) hazırlanması kollektivi bir məqsəd ətrafında birləşdikdə və kollektivin bütün üzvlərinin tədris prosesinin ümumi dəyərini nəzərə alaraq fəaliyyət göstərdikdə təmin oluna bilər. Araşdırmalar göstərir ki, komanda prinsipi əsasında fəaliyyətin bütün mərhələlərində, yəni tədris kurslarının inteqrativ xarakterli planlaşdırılmasından son attestasiyayadək işin reallaşdırılması müvəffəqiyyətin əsasını təşkil edir. Bu isə ümumi bir metodologiya əsasında fənlərin və modulların məzmununun və müəllimin manevrasının birgə refleksiyaya uyğunlaşdırılmasını qarşıya qoyur.
Pozitiv pedaqoji praktikanın genişləndirilməsi və möhkəmləndirilməsi tədris-təlim prosesinin metodiki təminatını yeni yanaşmalarla koordinasiya etməyə geniş şərait yaradır.  Belə fəaliyyət prosesin mərhələlərinin müvafiq səviyyədə detallaşdırlmasını, yəni hər bir mühazirəni, seminarı, praktik məşğələni müasir tələblər əsasında qurmağı yüksək dəyərləndirir. Öyrədən öyrənən arasındakı qarşılıqlı münasibətlərdə nələrin baş verdiyini və verəcəyini, tədris prosesinin məzmunun, istifadə olunan metodika və texnologiyaların qarşılıqlı təsirlərin variasiyalarının qiymətləndirmə prosedurlarının və çətinliklərin modelləşdirilməsi nəticəsində həyata keçirilməlidir. Ancaq bunların hesabına tədris-təlim prosesinin nəzərdə tutulmuş ritmi saxlanılar və inkişaf etdirilə bilər..
Metodiki materialların keyfiyyəti, bütövlükdə təlim prosesinin əsas keyfiyyət göstəricilərindən biri hesab edilir. Standartlar və nümunəvi proqramlar, tədris prosesinin birinci səviyyəsinin layihələndirilməsinə uyğun gələn çərçivə sənədlərdir. Bu sənədlər nəticəyə müəyyən tələblər qoysa da, səmərəli təlimin qurulmasına kifayət etmir. Bu gün təlim prosesinin səmərəli və əsaslandırılmış formada sənədləşdirilməsinin bir səbəbi də müasir təhsil paradiqmalarının və təlim texnologiyalarının tələblərinə cavab verən dərslik və dərs vəsaitlərinin olmamasıdır. Yeni nəsil təhsil standartları ənənəvi mühazirələrin həcmini və təşkilini məhdudlaşdırır və dərslərin inteqrativ formada təşkilinə üstünlük verir. Müasir şəraitdə peşəkar mütəxəssislərin hazırlığı bütövlükdə cəmiyyətin və əmək bazarının, xüsusi halda isə təkcə ona verilmiş informasiyalar əsasında deklarativ xarakterli biliklərin formalaşdırılmasını deyil, həm də sosial və peşəkar əhatə ilə qarşılıqlı təsirlərə dair bacarıq, vərdiş və səriştəlilik formalaşdırılmalıdır. Pedaqoji ali təhsil müəssisələrində tədris-təlim prosesinin təşkili, başqa təhsil müəssisələrindən fərqli olaraq konservativ xarakter daşımalıdır. Həmişə yeniliklərin tədris prosesinə gətirilməsi təmin edilməli, müəllimlərin peşəkarlığı daima yüksəldilməli, pedaqoji səriştəliliyə dair ehtiyacların vaxtında ödənilməsi üçün şərait yaradılmalıdır.
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, təhsilalanlar arasındakı pedaqoji qarşılıqlı təsirlərin səmərəliliyinin artırılmasında ixtisasartırmanın, stajkeçmənin və yenidənhazırlanmanın böyük rolu vardır. Bunlar tədris prosesinə qiymətli praktiki təcrübə gətirir (düzgün təşkil olunduqda) və müəllimin həm elmi, həm də metodiki cəhətdən zəniginləşməsi təmin olunur. Müasir şəraitdə müəllimlərin ixtisasının artırılması sisteminin aşağıdakı ideyalar əsasında qurulması məqsədəuyğun hesab edilməlidir:
• ali məktəb müəllimlərinin hazırlığında və ixtisasartırılmasında məzmunun seçilməsi və strukturlaşdırılması konkret nəticəyə və konkret pedaqoji fəaliyyətin niyyətinə, məqsədinə istiqamətləndirilməli;
• onun funksiyası müəllim tərəfindən həll edilən məsələnin qoyulmasına, onun fərdi-peşəkar inkişafına və gələcək mütəxəssisin hazırlanmasına yönəldilməli;
• pedaqoji ixtisasartırmanın sistemi modul və ünvanlılıq prinsipinə uyğun qurulmalı;
• peşəkar-pedaqoji səriştəliliyin tələblərinə uyğun, fərdi təhsil trayektoriyasının qurulması imkanlarının ekspertizası əsasında müəllimin ehtiyaclarının öyrənilməsini təmin edən yeni sistem yaradılmalıdır.
Qeyd etmək lazımdır ki, müasir dövrdə müəllimlərin ixtisasının artırılması sisteminə dair yanaşmaların dəyişdirilməsi vacibdir, lakin bu yeganə yol deyildir. Hazırda pedaqoji kadrların hazırlanmasında istifadə olunan, əsas təhsil proqramlarının məzmununa yenidən baxılması həyata keçirilməlidir.Bundan başqa, pedaqoji təhsilin modernləşdirilməsi layihələri içərisində xüsusi magistr proqramları çərçivəsində pedaqoji kvalifikasiyanın alınmasına dair modellər əsas yer tutur. Bu modellərin əsas tələbi ondan ibarətdir ki, bu proqramları mənimsəməyən şəxslər pedaqoji fəaliyyətə başlaya bilməzlər. Bundan başqa, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün doktorluq və dissertantura proqramlarının məzmununda da dəyişikliklər aparılmalıdır. Belə yanaşmalarda təhsil alan tələbə hazır informasiyaların passiv, tədris prosesinin təşkili məsələlərinin etinasız, maraqsız, soyuq iştirakçısına çevrilmir.
Müasir gənclər üçün ali təhsil təkcə maddi deyil, ciddi investisiya tələb edən həyat layihəsidir. Ali təhsil müəssisəsinin tələbləri əminliklə müəyyən etməlidirlər ki, aldıqları təhsil, qazandıqları bilik onların potensialının reallaşdırlılmasına imkan verəcəkdir. Digər tərəfdən özlərinin aldıqları bilik səviyyəsinə və keyfiy­yətinə qanuni tələblər, təlimin nəticələrinə şəxsi məsuliyyəti gücləndirir. Təhsilalanların təhsilin təminatı və keyfiyyətin şüurunda başqasının hesabına yaşama hissindən uzaqlaşmağa imkan verir. Gənclərin təhsilin keyfiyyətinin idarə olumasında iştirakı məsələsi yüksək səviyyədə incə məsələdir. Son illərdə tələbələrin tədris prosesində keyfiyyətin idarə olunmasına cəlbi sahəsində xeyli müsbət təcrübə toplanmışdır. Belə yanaşma gənc insanlara, təhsilalanlara imkan verir ki, başa düşərək və məsuliy­yətlə təklif etdikləri təhsil proqramlarını təhlil etsinlər, bütövlükdə ali təhsil sisteminə dair məlumat toplasınlar, müasir mərhələdə onun fəaliyyətinin xüsusiyyətləri haqqında biliklərini artırsınlar. Bu da onların səxsi-peşəkar inkişafında müstəsna rol oynayır.
Səriştəliliyin formalaşması təhsilalanlara şəxsi təhsil maraqlarını müdafiə etməyə, eyni zamanda təlim nəticələrinə münasibətin dəyişməsinə və özünün hazırlıq səviyyəsini qiymətləndirməyə imkan yaradır. Ekspert kimi mövqeyinin artması isə təlim-tərbiyə və inkişafa dair potensialı xeyli yüksəldir. Bunlar təkcə əlavə kompetensiyaların mənimsənilməsindən başqa, mənimsənilən peşənin standartlarına dərk edilmiş münasibətləri formalaşdırır.
Təhsilalanların ali təhsilin keyfiyyətinin qiymətləndirilməsi prosedurlarına aktiv daxil edilməsinin formal əsaslarını təhsilin açıq olması, onun istehlakçıya oriyentasiyası nəinki istiqamətverici tələbləri, həm də onun əldə etdiyi xidmətdən məmnunluğunun nəzərə alınmasına imkan verir. Bundan başqa, səriştəli tədris prosesinin qurulmasına maraq doğuran aşağıdakı prosedurlara formal olmayan yanaşmalar da mövcuddur:
- birincisi, müəllim tərəfindən yaradılan tədris situasiyalarında təhsilalanların əhvalı nəzərə alınır və tələb olunduqda bu vəziyyət korrektə edilir;
- ikincisi, əgər proses ədəblə, nəzakətlə təşkil olunubsa, təhsilalanların refleksiya şərtləri təmin olunur, ümumi və peşəkarlıqla bağlı mədəniyyətin təşəkkül tapmasına köməklik göstərilir;
- üçüncüsü, təhsilalanların tədris prosesində əməkdaşlıq (tərəfdaşlıq) mövqeyi təmin olunur.
Yüksək ixtisaslı, ruh yüksəkliyi ilə işləyən səriştəli müəllimlər və müasir tələblərə cavab verən təhsilalanlar  tələbələr olmadan, tələbə-müəllim pedaqoji qarşılıqlı təsirlərin yeni modellərinin tətbiqi həyata keçirilmədən təhsil öz keyfiyyətini itirir. Azərbaycan təhsil sistemində Dövlət Strategiyasının tələblərinə uyğun yeni səmərəli ideyaların tədris prosesinə gətirilməsinin intensivliyi artırılmalıdır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, tədris-təlim prosesinin məzmununa və şərtlərinə qoyulan tələblərin təzələnməsi, təhsilverənlərin və təhsilalanların fəaliyyətinin müasirləşdirilməsi reallıq olub, zamanın tələbi kimi dəyərləndirilməlidir..


Tarix: 4-06-2020, 14:22

Xəbəri paylaş