Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılır



Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alınaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi martın 20-dək fəaliyyətini dayandırır.
 Təhsil Nazirliyindən bildiriblər ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.
 Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.шаблоны для dle 11.2