Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yaponların təhsil sisteminin bütün dünyadan fərqlənən mühüm məqamları

 
Dünya üzrə ən yaxşı akademik uğura malik fərdləri yetişdirən ölkələrdən biri olan Yaponiyadakı təhsil sistemini digər təhsil sistemlərindən ayıran 7 xüsusiyyəti.
Günümüzün akademik sahədə ən uğurlu ölkələrindən biri olan Yaponiyada digər ölkələrə nisbətən xüsusilə yaxşı fərdlər yetişdirməyi hədəf seçən təhsil sistemi var. Bu barədə Dailymotion.com (HD) saytındə məlumat verilib. Həmin sis­temlərlə siz də tanış olun.
1. Hər bir məktəbin geyim forması var.
İngiltərə və ABŞ kimi ölkələrdə adətən məktəblərdə sərbəst geyim tətbiq edilir, ancaq Yaponiya, hər bir məktəbin forması məsələsində israrlıdır. Yaponiyada tələbələrin özlərini bərabər- hüquqlu iqtisadi səviyyədə hiss etmələri üçün hər məktəbdə vahid forma anlayışı izlənilir.
2. Məktəblilər 10 yaşına qədər sınağa girmirlər
Məktəblilərin kiçik yaşda şəxsiyyətlərini formalaşdırdığını və informasiya əsasını qoyduğunu düşünən Yaponiya, 10 yaşına qədər şagirdlərini heç bir şəkildə imtahan etməyərək onların özlərini inkişaf etdirməsinə imkan yaradır.
3. Məktəblərdə xidmətçi heyət yoxdur
Yaponiyadakı məktəblərdə xidmətçi heyət olmur, bunun əvəzinə şagirdlər və müəllimlər məktəbin təmizliyilə məşğul olurlar. Beləliklə, şagirdlərin həm ətraf mühiti təmiz saxlaması, həm də komanda işini anlaması təmin olunur.
4. Yeməkləri məktəb verir və yeməklər sinifdə yeyilir
Dünya üzrə bir çox ölkədə məktəblərdə yeməkxana mədəniyyəti var, ancaq Yaponiyada bütün məktəblilər günorta aralarında eyni yeməyi və məhz öz siniflərində yeyir. Bu zaman müəllim də şagirdlərlə birlikdə yemək yeyirlər. Bu vəziyyət həm şagirdlərin öz aralarında haqqını, həm də müəllimlərini daha yaxşı tanımalarını təmin edir.
5. Tələbələrin universitetdəki gələcəyi tək bir sınağa bağlıdır
Ölkəmizdə də universitetə keçid imtahanının vahid imtahan sistemindən ibarət olması kimi, Yaponiyada da ölkəmizə bənzər bir imtahan sistemi tətbiq olunur. Belə ki, Yaponlar bu imtahanı “cəhənnəm imtahanı” kimi səciy­yələndirirlər. Avropa ölkələri, ABŞ və Kanada kimi ölkələrdə universitetə keçiddə daha fərqli və tələbələrin rahat olduğu bir sistem olsa da vahid imtahan sisteminin tələbələri daha intizamlı olmağa sürüklədiyi deyilir.
6. Mədəniyyət dərsləri keçilir.
Yaponiya, tələbələrin gənc yaşda korlanmış bir mədəniyyətə sahib olmaması üçün kaliqrafi və poeziya kimi dərslərlə heç bir akademik qayğı güdmədən şagirdlərə yapon mədəniyyətini keçirlər və onların mədəniyyətinə sahib çıxmasını təmin edir.
7. Şagirdlər çox ciddi bir səbəb olmasa dərslərə davam edirlər.
  İmtahan sisteminin gətirdiyi intizamla yanaşı, şagirdlər akademik karyeralarına əhəmiyyət verir və çox ciddi bir mənfi cəhət olmadıqca dərsləri davam etdirirlər. Həmçinin yapon şagirdlər arasında aparılan araşdırmaya görə, şagirdlərin 91%-i dərslərə qulaq asır.