Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"Yaşıl dünyanın Qarabağ modeli” – elmi müsabiqə başa çatıb

 






  

Dekabrın  25-də   "Yaşıl dünya naminə həmrəylik ili" və "Yaşıl UNEC ili" çərçivəsində UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi və Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin (TMİƏT)  təşkilatçılığı, "Baku Steel Company" QSC-nin dəstəyi ilə   "Yaşıl dünyanın Qarabağ modeli" adlı ümumrespublika elmi məqalə müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin universitetdəki büstü önünə və Şəhidlərin xatirəsinə həsr olunmuş Memorial-Xatirə Kompleksinin önünə gül dəstələri qoyub dərin ehtiramlarını ifadə ediblər. Daha sonra tədbirdə Dövlət himnimiz səsləndirilib və şəhidlərimizin xatirəsi yad edilib.
Tədbirin moderatoru - UNEC TMİƏT şöbəsinin müdiri Rəna Hüseynova bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili və “Yaşıl UNEC ili” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə UNEC Tədqiqat Mərkəzləri tərəfindən bu il ərzində bir çox silsilə tədbirlər təşkil olunub. Bu tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.
 Daha sonra çıxış edən  UNEC-in Elm və innovasiyalar  üzrə prorektoru professor  Rövnəq Rzayev qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları  Vüqar Bayramov və Tural Gəncəliyev Qarabağın yaşıl iqtisadiyyat quruculuğunun iqtisadi-siyasi aspektlərini xüsusilə vurğulayıblar. Çıxışlarda  ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, gənc tədqiqatçıların  müsabiqədə iştirakı yüksək qiymətləndirilib. Qarabağda yaşıl iqtisadi zonanın yaradılması, infrastrukturun bərpası yollarına həsr olunmuş elmi tədqiqatların əhəmiyyətindən bəhs edən natiqlər Azərbaycanın yaşıl  dünya modelinin bütün dünya üçün örnək olduğunu, bir sıra xarici qüvvələrin riyakar səylərinə baxmayaraq ölkəmizdə COP29 tədbirinin böyük uğurla həyata keçirildiyini qeyd ediblər.
 UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev və “Baku Steel Company” QSC-nin nümayəndəsi Şeyla Hacıyeva Universitet-sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyindən, gənclərin elmi tədqiqatlara cəlb olunmasının stimullaşdırılmasının əhəmiyyətini bildiriblər.   
  Musabiqədə baxılan elmi istiqamətlər ilboyu Azərbaycanda   ugurla  reallaşdırılan və qlobal iqlim dəyişkilikləri ilə bağlı problemlərə həsr olunan COP29 kontekstində müstəsna əhəmiyyət kəsb edib. Müsabiqə iştirakçılarının təqdim etdikləri məqalələrdə alterativ enerji resurslarının formalaşdırılması, yaşıl iqtisadiyyat quruculuğunun tərkib elementlərinin müəyyənləşdirilməsi, Qarabağın yaşıl iqtisadiyyat və yaşıl enerji sahəvi strukturunun formalaşdırılması, xüsusilə günə ş enerjisindən səmərəli istifadə edilməsi, su mənbələrinin ehtiyatlarının qiymətlə endirilməsi, regionun ekoloji problemlərinin həll olunması problemləri və həlli yolları daha çox aktuallıq təşkil edib.
Müsabiqənin Təşkilat Komitəsinin ünvanına ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən, tədqiqat institutlarından və mərkəzlərindən, müstəqil tə dqiqatçılardan 90 məqalə daxil olub.  
Müsabiqədə iştirak edən müəlliflərin coğrafi dairəsi ölkəmizin əksər universitetlərini və elmi-tədqiqat müəssisələrini, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Biznes Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutu, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, Azərbaycan Tibb Universiteti, İqtisadiyyat Nazirliyinin İqtisad Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Dövlət Gömrük Akademiyası, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunu əhatə edib.
Müsabiqənin yekunu olaraq, professor-müəllim heyəti və doktorant, magistr və t ələbələr üçün iki nominasiya üzrə hər bir nominasiyada ilk 3 yeri tutanlara pul mükafatları verilib. Bundan əlavə, hər iki nominasiya üzrə 13, cəmisi 26 nəfər elmi məqalə müsabiqəsi iştirakçılanı sertifikatlara layiq görülüblər. Ümumilikdə 80 məqalənin toplu şəkildə elektron - kitab formatında nəşr edilməsi və UNEC-in rəsmi saytında yerləşdirilməsinə qərar verilib.
Qeyd edək ki, müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Qarabağın iqtisadiyyat quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətinin öyrənilməsi, regionun təbii resurslarından qənaətlə istifadə edilməsi, yaşıl enerji infrastrukturunun yaradılması və qlobal ekoloji problemlərin həlli yolları üzrə tədqiqatların aparılmasının təşviq edilməsindən ibarətdir.
 
Oruc MUSTAFAYEV


Tarix: Dünən, 15:05

Xəbəri paylaş