İnklüziv təhsildən inklüziv cəmiyyətə
İnklüziv cəmiyyət sosial ədalət prinsiplərinə əsaslanaraq yaşından, cinsindən, etnik mənsubiyyətindən, irqindən, qabiliyyətindən, dinindən və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün fərdi və qruplarla cəmiyyətə giriş və tam iştirak etmək imkanı verir. İnklüziv cəmiyyətə doğru hərəkət mütərəqqi xarakter daşıyır və tədricən baş verir. Təəssüf ki, inklüziv cəmiyyətlərə nail olmaq üçün maneələr yaratmaqda davam edən dərin köklü normalar mövcuddur. İnklüziv cəmiyyətlərin inkaşıfına mane məsələlərə sənədsiz miqrantlar kimi insan hüquqlarının inkişaf etdirilməsi, təhsil, səhiyyə kimi sahələrin əlçatmaz olmaması və s. daxilidir. Xüsusi ilə əlilliyi olan şəxslərin çıxışı çox zaman qapalı qalır. İnklüziv əlilliyi olan şəxslərin gündəlik fəaliyyətlərə cəlb edilməsi və onların əlil olmayan həmyaşıdlarına bənzər şəkildə resurslar və imkanlara çıxışını təmin edilməsi kimi müəyyən edilir.
Başqa sözlə inklüziv cəmiyyət fərdin özünü sağlam mühitdə tapması və potensialının cəmiyyət tərəfindən tanınma və cəmiyyətdə sosial əlaqələr qurub inteqrasiya edə bilmə qabiliyyəti hesab edir. Bu inkişafyönümlülük, könüllülük, təhsil və başqa formalarda ola bilər.
İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarının uyğunlaşmasına əsaslanan inkişaf prosesidir. Bu sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasını da təmin edir.
İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu qəbul edən metodoloqiyaları inkişaf etdirməyə yönəlir.
İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşmasına çalışır. İnklüziv təhsil sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaradılmış olur.
May ayının 14-də ADPU-nın Quba filialında “Riyaziyyat və təbiət elmləri” fakltəsinin “Coğrafiya müəllimliyi” ixtisasının III kurs tələbələrinin “İnklüziv təhsildən inklüziv cəmiyyətə” tədbiri keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət himninin surdo pedaqoqikanın nümayəndələrinin işarət dili ilə ifası ilə başlamışdır. Sonra görmə qüsurlu uşaqlar rəqs etmişlər. Tədbirdə tələbələr məruzələrlə çıxış edərək 3 bölmə üzrə: Ümummilli Lider Heydər Əliyev, ölkə başçısı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun İnklüziv təhsilin yaradılması və inkişafı üçün gördüyü işlərdən ətraflı danışdılar. Onların çıxışları tədbir iştirakçılarını heyran etmişdir. Bu tələbələrin adlarını xüsusi qeyd etmək yerinə düşər: Üzeyir Abdullayev, Məkan Ağaverdiyev, Günel Bəybalayeva, Aytac Hüseynova, Nisə Xankişiyeva, Əminə İmamhüseynova, Afət İsayeva, Tamara İsmayılova, Fərid Mustafayev, Xəyal Mütəllimov, Gülşən Poladova, Selcan Rəşidli, Sahil Süleymanov, Gülyaz Şirinova, Aytən Teymurova, Röya Zülfüqarova vətənpərvər, incə duyğulu çıxışları ilə iştirakçıların rəğbətini qazandılar. Tələbələr özləri bir çox videolar, videoçarxlar çəkmişlər. İnklüziv təhsildən inklüziv cəmiyyətin məktəblərdə inteqrasiyası, əlil uşaqlara olan diqqət, onlara mənəvi dayaq olmaq, əlil uşaqlara qayğı hər bir vətəndaşın borcu olmalıdır fikri, ən başlıca məqsəd idi.
Daha sonra çıxış edən filialın direktoru, dosent Yusif Alıyev inklüziv təhsilin yaradılması və inkişafı üçün gördüyü işlərdən danışmış, filialda olan “İnklüziv Mərkəz”də əlilliyi olan şəxslərin və onlarla tədris prosesini həyata keçirəcək müəllim və tələbə heyətinin yaradılması məqsədilə tədris resurslarının toplandığı xüsusi kitabxana və kitabxanada bu sahədə mövcud olan 4 dildə (Azərbaycan, rus, türk və ingilis) dərslik, metodiki vəsaitlər, elmi kitablar, jurnal, qazet tövsiyyələri haqqında məlumat vermişdir.
Direktor tədbirdə iştirak edən tələbələrin işlərindən çox razı qaldığını bildirmiş və bütün tələbələri Fəxri sertifikatla qiymətləndirmişdir.
Tədris zamanı “İnklüziv Mərkəz” də görmə əlilliyi olan şəxslərin istifadəsi üçün nəzərdə tutulan xüsusi avadanlıqlar nümayiş etdirilmişdir.
Tədbirdə LOQOS Xaçmaz filialının nümayəndəsi Ülviyyə Əlifxanova, Quba Mərkəzi Xəstəxanasından Şahbaba Vahabzadə, “Regional İnkişaf” İctimai Birliyinin Quba nümayəndəliyinin əməkdaşı, əlilliyi olan uşaqlar və valideynləri iştirak etmişlər.
Tədbirin sonunda filialın müəllimi və tədbirin təşkilatçısı Günel Şadlinskaya, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı vəzifəsini müvəqqəti icra edən Nübar Bayramova, Tədris şöbəsinin müdiri Mələk Bağırova çıxış etmiş, fəal tələbələr fəxri fərmanlarla təltif olunmuş, tədbirə dəvət olunan əlilliyi olan uşaqlara hədiyyələr verilmişdir.
Günel Şadlinskaya,
ADPU-nun Quba filialının humanitar
elmlər kafedrasının inklüziv tədris
və fərdiləşdirilmiş təlim müəllimi
Haşiyə
Günel Arzu qızı Şadlinskaya, Bakı Slavyan Universitetində “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə təhsil almışdır.
O, inklüziv təhsildən inküziv cəmiyyətə inteqrasiya ilə 15 ildən artıqdır ki, məşğul olur. Bu tədbiri də Günel Şadlinskaya təşkil edib. Tədbir bu sahədə keçirilən bir ilk idi. Tədbirə baxış keçirilmiş və ona praktik elmi konfrans adı verilmişdir.
"Təhsil"
23 may 2024-cü il
Tarix: 23-05-2024, 23:29
Xəbəri paylaş