Çinin Azərbaycandakı səfiri BDU-da
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Bakı Dövlət Universitetində (BDU) olub.
Qonağı salamlayan rektor Elçin Babayev bildirib ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi BDU-nun İnkişaf Strategiyasının 5 ən vacib elementindən biridir. Bu baxımdan BDU Çinin ali məktəbləri ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Rektor BDU-da çinli tələbələrin çoxluq təşkil etdiyini və onların problemləri, təhsilləri ilə daim maraqlandığını qeyd edib. Çinli tələbələr BDU-nun sosial-mədəni həyatında da yaxından iştirak edirlər. Hətta onlardan bəziləri Azərbaycan dilində danışa, mahnılar oxuya bilirlər. BDU-da həmçinin Konfutsi İnstitutu fəaliyyət göstərir. İnstitut Azərbaycanda Çin dilinin və mədəniyyətinin öyrənilməsində mühüm rol oynayır. Elçin Babayev BDU-nun Çinin bir neçə ali məktəbi ilə əlaqələrinin olduğunu, lakin bunun kifayət etmədiyini vurğulayıb. O, BDU-nun daha çox çinli tələbəni cəlb etməkdə, həmçinin Çinin ali məktəbləri ilə təkcə təhsil sahəsində deyil, elmi-tədqiqatlarla bağlı da əlaqələr yaratmaqda, ikili və ya üçlü diplomlar imzalamaqda maraqlı olduğunu deyib.
Səfir Qo Min isə Azərbaycanın ilk və ən böyük universiteti olan BDU-da olmaqdan məmnun olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda təhsil alan çinli tələbələrin təxminən yarısı BDU-nun payına düşür. Təhsil sahəsində Azərbaycanla Çin arasında böyük perspektivlərin olduğunu deyən səfir çinli tələbələrə göstərilən qayğıya görə BDU rektoruna təşəkkür edib. O, BDU-nun nəzdində Konfutsi İnstitutunun Çin dilinin və mədəniyyətinin təbliğində vacib pəncərə olduğunu diqqətə çatdırıb. O, səfirliyin BDU ilə Çin ali məktəbləri arasında əlaqələr yaratmağa hazır olduğunu bildirib.
Səfir Qo Min BDU-nun nəzdində Konfutsi İnstitutunun fəaliyyəti və kollektivi ilə tanış olub. Daha sonra BDU-da təhsil alan çinli tələbələrlə görüşüb.

Tarix: 10-06-2023, 16:36
Xəbəri paylaş