Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Maarifləndirmə: DİN-də polis əməkdaşlarının fiziki qüvvə tətbiq etməsinin hüquqi və taktiki əsasları

                                                          
                                                                                                   

                                                                                                   Natiq Eminov, 
                                                                                                   DİN-nin Polis Akademiyasının   
                                                                                                   “Fiziki hazırlıq” kafedrasının    
                                                                                                   müəllimi, “İdman ustası”,

                                                                                                   Polis kapitanı  
                                                                                                   [email protected]                     
                                                                                                    mob - 055 577 93 83


Davamı..

Düzünə vurulan əl və ya ayaq zərbələrindən müdafiə texnikası – yuxarıda göstərdiyimiz texnika ilə eynidir. Fərqlilik vurulan zərbələri, sağa, sola (Şəkil 22.), yuxarı (Şəkil 27.) və yaxud aşağı (Şəkil 28.) yayındırmaqla həyata keçirilməsidir.

 

            İzah 2.

            Tərksilah etmə üsulları iki yerə bölünür:

            1. soyuq silahı tərksilah etmə;

            2. odlu silahı tərksilah etmə;

  Bıcaq, taxta, armatur parçası və s. kimi əşyalar soyuq silaha aiddir.

 Bunların icində insan həyatı üçün ən çox təhlükəli olan silah bıçaqdı. Bıçaqla düzünə, aşağıdan yuxarı, yan tərəfdən gövdəyə, yan tərəfdən başa, yuxarıdan aşağıya doğru başa, yelletmə üsulu və s . kimi zərbələr endirilə bilər. İlk növbədə bıçaqlı şəxslə qarşılaşdıqda ən azı 1 m-1,5 m məsafə saxlamaq lazımdı.

        Düzünə vurulan bıcaq zərbəsindən müdafiə texnikası – hücum xəttindən kənara yayınmaqla eyni vaxtda rəqibin zərbə endirən əlini daxilə əks etdirilməsi ilə yerinə yetirilir. Rəqibin biləyindən tutaraq, qolun üzərinə tam fırlanmaqla, qoltuğun altına sıxıb ağrıverici fənd işlətmək, sonra xaricə buraraq yerə atma fəndi həyata keçirmək, yerə yıxıldıqdan sonra bıçağı almaq və qolun kürək arxasına bükmək lazımdır (şəkil 1-12)

   

                         


                                                                              Şəkil 1                  



Şəkil 2                 

                                                     


                                                                             Şəkil  3

Şəkil  4

Şəkil  5

Şəkil 6
Şəkil 7
Şəkil 8
Şəkil 9

Şəkil10
Şəkil11
Şəkil 12

   

                           

             Aşağıdan yuxarıya vurulan bıçaq zərbəsinə qarşı müdafiə texnikası – dərhal zərbə vurulan əlin qarşısına qolun mil sümüyü ilə blok qoymaq, eyni zamanda hücüm xəttindən yayınmaqla bir qədər içəriyə doğru hərəkət edərək, zərbəni çölə çıxardırıq. Bununla yanaşı digər əlimiz ilə, zərbə vurulan qolun dirsəyindən tutub ayağımız ilə qasıq nahiyəsinə zərbə endiririk, sonra isə qola ağrıverici fənd işlətməklə bıçağı əldən alırıq, qolunu kürək arxasına bükərək tutub saxlayıb müşayiətetmə hərəkətini həyata keçiririk (şəkil 13-20) 

 

şəkil 13          


şəkil 14

şəkil 15           
şəkil 16

şəkil 17           
şəkil 18


şəkil 19

şəkil 20

   

 Bıçaqla yan tərəfdən gövdəyə vurulan zərbəyə qarşı müdafiə texnikası – bu texnika da yuxarıda göstərilən texnika ilə eynidir. Burada fərq bıçağın yandan gövdəyə dairəvi şəkildə vurulmasıdır (şəkil 21,22,23,17,18,19,20).

   

                          

şəkil 21    

 şəkil 22   

                                                                                                       

                                                                       şəkil 23

Bıçaqla yan tərəfdən başa vurulan zərbəyə qarşı müdafiə texnikası – bu zaman digər müdafiə texnikalarında olduğu kimi zərbənin hücum xəttindən yayınaraq içəriyə doğru hərəkət etməklə eyni zamanda qolun mil sümüyünün bilək tərəf qutaracağı ilə zərbəyə blok qoyub bilək tutulur, bununla bərabər digər əl ilə, zərbə vurulan qolun dirsəkdən yuxarı tərəfindən tutub, ayağımızla qasığa zərbə vurub özümüzə çəkirik. Qola ağrıverici fənd tətbiq edərək bıçağı əldən alırıq (şəkil 23,24,25,17,18,19,20).

   

                        

şəkil 23      


 şəkil 24


Şəkil 25
 

Yuxarıdan aşağıya doğru bıçaqla başa endirilən zərbəyə qarşı müdafiə texnikası – bu texnika da digər texnikalar ilə eynidir. Burada fərq vurulan zərbənin qarşısına qol dirsəkdən yarım bükülü vəziyyətdə baş üzərinə qaldırılaraq blok qoyulur, digər əl ilə (əlin tini, yumruq və s.) başda və boyunda yerləşən zəif nöqtələrə zərbə endirilir ( şəkil 26,27,17,18,19,20).

   

                                                                                      

şəkil 26          


şəkil 27         
    Beləliklə, bıçaq ilə vurulan zərbələrin hamısında ən birinci hərəkət hücum xəttindən yayınmaqla eyni zamanda əllə blok qoyub, rəqibə tərəf irəliləmək və eyni anda da zəif nöqtələrə (baçardığımız qədər baş, boyun və qasıqdakı nöqtələr) zərbə endirmək əsas və vacib amillərdən biridir.

    Odlu silahı tərksilah etmə:

   Qeyd etmək istəyirəm ki, odlu silahı əldən almaq üçün birinci amil, əlin silaha çatacaq qədər yaxın məsafədə olmasıdır. Silahı alarkən, silahı tutmaqla yanaşı silahın lüləsindən sağa və ya sola yayınmalısan.


   İrəlidən yaxın məsafədə tapança ilə hədələməyə qarşı tərkisilah etmə: sağa və ya sola çəkilməklə silahın lüləsi daxilə çölə və ya yuxarı yönləndirilir. Digər əlimizlə rəqibin biləyinə yuxarıdan aşağıya doğru zərbə vururuq, tapancanı rəqibin əlindən alırıq. Tapançanı aldıqdan sonra, tapançanın lüləsi ilə, əlimizlə və ya ayağımızla rəqibin zəif nöqtələrinə zərbə endiririk. (şəkil 28-33)




şəkil 28      
şəkil 29

şəkil 30           
 şəkil 31

şəkil 32   


şəkil 33

 

                           

 Arxadan başa yaxın məsafədə tapança ilə hədələməyə qarşı tərksilah etmə: burada rəqibin silahı hansı əlində tutduğunu bilmək şərtdi. Bu zaman silahın lüləsindən yayınaraq silah tutulan qolun içərisinə və ya çölünə tərəf fırlanmaqla yanaşı əlimizlə silahın lüləsindən və ya rəqibin biləyindən tuturuq, digər əlimiz ilə rəqibin baş nahiyyəsindəki zəif nöqtələrin birinə zərbə endiririk. Sonra zərbə vurduğumuz əlin köməyi ilə silahı rəqibin əlindən alırıq (şəkil 34-39).

 

şəkil 34   

şəkil 35

şəkil 36      

şəkil 37

 şəkil 38  

şəkil 39 
 

                        

İzah: 3. 

 

Ağrıverici fəndlər - tutub saxlama və müşayiət etmə üsulu qismində çıxış edir. Həmçinin hücuma qarşı cavab hərəkətləri kimi tətbiq olunur. İlk növbədə, qeyd etmək istəyirəm ki, qolun kürək arxasına bükülmə hərəkəti bir sonluqla bitir. Bu texnika işlənən zaman kürək arxasına burduğumuz qolun dirsəyini çanağımızı cüzi irəli verərək, böyrəyimizdən arxaya keçiririk, fənd işlətdiyimiz qol tərəfində olan ayağımızı, rəqibin həmin tərəf ayaq pəncəsinin xaric tərəfinə qoyuruq, digər əlimiz ilə rəqibin digər qolun dirsək bükəcəyindən tutub Çəkərək özümüzə sıxırıq. (şəkil 1-6)

 

                         


Şəkil 1  


Şəkil 2 



Şəkil 3 
Şəkil 4
Şəkil 5
Şəkil 6

  Beləliklə, 752 saylı əmrə əsasən 7 cür tutub saxlama var. Onların adları aşağıdakı kimidir:

            1. Arxadan yaxınlaşaraq qolun kürək arxasına bükülməsi;

            2. İrəlidən yaxınlaşaraq surətli dartma ilə qolun kürək arxasına bükülməsi;

            3. İrəlidən yaxınlaşmaqla qolun altından keçərək kürək arxasına bükülmə;

            4. İrəlidən yaxınlaşaraq qolun qıfılbənd üsulu ilə, arxaya bükülməsi;

            5. Biləyi xaricə burmaqla (yerə atma fəndi);

            6. Biləyi daxilə burmaqla;

            7. Qolu dirsəkdən qoltuq altı sıxmaq (mil sümüyünü biləkdən özünə tərəf buraraq ağri vermə)”.

            Bu əsas fəndlərdən başqa bilək və barmaqlara müxtəlif cür ağrı verməklə tutub saxlama fəndləri də var.


Arxadan yaxınlaşaraq qolun kürək arxasına bükülməsi – fəndin icrası bir addım irəli atmaqla, rəqibin addım atdığımız tərəf biləyindən eyni əl ilə (sağ qoludursa sağ, sol qoldursa sol əl ilə) tutulur və geriyə - yana tərəf dartılır. Eyni zamanda ayaqla rəqibin ayağına zərbə endirib müvazinətdən çıxarıb, digər əlin ovucu ilə dirsək oynağına güc tətbiq etməklə, qolun kürək arxasına bükülmə texnikası, həyata keçirilir. (şəkil 1-6)


        İrəlidən yaxınlaşaraq sürətli dartma ilə qolun kürək arxasına bükülməsi - fəndin icrası, sol və ya sağ ayaq irəli addım atmaqla, addım atdığın tərəf əl ilə, rəqibin həmən tərəf əlinin daxilindən biləyinə qoyulur, eyni zamanda digər əlimiz ilə rəqibin tutduğumuz qolunun dirsəyindən və ya paltarının qol tərəfindən tutulur, dizlə qasıq nahiyyəsinə, ayağın pəncəsi və ya ayağın qamış sümük hissəsi ilə, rəqibin diqqətini yayındırmaq müvazinətdən çıxarmaq və fəndi daha effektiv yerinə yetirmək üçün, aşağı nahiyədəki zəif nöqtələrinə zərbə endirməklə sürətli özünə çəkərək və qolun kürək arxasına bükülərək həyata keçirilir ( şəkil 7-12)


   Şəkil 7 
   Şəkil 8
   Şəkil 9
   Şəkil 10
   Şəkil 11
   Şəkil 12

                               

 “İrəlidən yaxınlaşmaqla qolun altından keçərək, qolun kürək arxasına bükülmə” - bu fənd sol və ya sağ ayaq irəli-yana addım atmaqla rəqibin addım atdığın tərəf qolun biləyindən iki əllə tutulur, ayaq  ilə qasıq nahiyyəsinə zərbə endirilir. Rəqibin qolunu kənara və aşağı dartaraq rəqib müvazinətdən çıxarılır, sonra irəli addım atmaqla rəqibin qolunun altından fırlanaraq arxa tərəfinə keçirilir və qolun kürək arxasına bükülmə hərəkəti ilə həyata keçirilir (şəkil 13-18)


                 şəkil 13
 şəkil 14

şəkil 15


şəkil 16
şəkil 17

şəkil 18


   “İrəlidən yaxınlaşaraq qolun qıfılbənd üsulu ilə arxaya bükülməsi” – hərəkət sol və sağ ayağın irəli qoyulması ilə yerinə yetirilir. Addım atdığın tərəf əl ilə rəqibin içərdən dirsək bükəcəyinə, digər əl isə xaric tərəfdən dirsək oynağından azca yuxarıdan keçirilir və barmaqlar rəqibin qolunun arxasında qıfıl-bənd üsulu ilə birləşdirilir. Tutulmuş əl yuxarı özünə tərəf dartılaraq dirsəkdən tutulur və diz ilə qasıq nahiyyəsinə zərbə endirilir. Sonra dərhal rəqibin yan tərəfinə kecərək qolun kürək arxasına büküb hərəkəti sonlandırırıq. (şəkil 19-21)


Şəkil 19  
Şəkil 20 
                                                                            

                                                                                Şəkil 21

 

            “Biləyi xaricə burmala (yerə atma fəndi)” – irəli addım atmaqla rəqibin addım atdığımız tərəf əlinin biləyi elə tutulur ki, əlimizin baş barmağı rəqibin ovcunun arxa tərəfindən, çeçələ barmağının başlanğıc oynağında olsun, sonra ayağın qamış sümüyü (dizdən topuğa qədər olan baldırın üst sümüyü) ilə qasığa zərbə endirilir. Eyni zamanda, digər əlimizin köməyi ilə, yan tərəfə aşağı dartıb rəqibin müvazinətini pozmaqla, fırlanaraq rəqibin içərisinə doğru giriş edirik və tutulmuş əlin xaricə burulması hesabına yerə yıxırıq. Sonra qolu kurək arxasına bükməklə hərəkəti yekunlaşdırırıq (şəkillər 22-33)


             Şəkil 22     
    Şəkil 23
   Şəkil 24
    Şəkil 25
   
   Şəkil 26
Şəkil 27

Şəkil 28
Şəkil 29
Şəkil 30

 Şəkil 31


Şəkil 32 

Şəkil 33

             “Biləyi daxilə burmaqla” – irəli addım atmaqla, rəqibin addım atdığımız tərəf əlin üstündən həmin tərəf əlimiz ilə tuturuq, üstdən tutan zaman elə tutmalıyıq ki, bizim baş barmağımız rəqibin şəhadət barmağının başlanğıc oynağının üstündə dursun. Sonra ayağın qamış sümüyü ilə rəqibin qasıq nahiyyəsinə zərbə endiririk, rəqibi müvazinətdən çıxartmaq üçün digər əlimizlə rəqibin qolundan tuturuq, eyni zamanda onu özümüzə tərəf cəkir və çöl tərəfdən fırlanaraq qolun kürək arxasına bükülmə fəndini yerinə yetiririk (şəkil 34-39).


Şəkil 34 
 Şəkil 35
Şəkil 36

Şəkil 37
Şəkil 38
Şəkil 39
                                                                                                                                     

          “Qolu dirsəkdən qoltuq altı sıxaraq” (mil sümüyünü biləkdən özünə tərəf buraraq ağrı vermə) – rəqibə tərəf addım ataraq rəqibin addım atdığımız tərəf qolun biləyindən (bir az içəri tərəfdən) eyni əlimizlə (tutacağımız bilək sağdırsa sağ, soldursa sol əlimizlə) tuturuq. Həmin əl xaricə burularaq özümüzə tərəf çəkirik, digər əlimizin ovucunun içi ilə rəqibin çənəsinə yayındırıcı zərbə endiririk, eyni zamanda rəqibin qolunun üstünə fırlanırıq və yan tərəfinə keçirik, tutduğumuz qol tərəf ayağın pəncəsinin yanına həmən tərəf ayağımızın pəncəsini qoyuruq. Tutulmuş qolun dirsəyini buraxmadan möhkəm qaydada qoltuğumuzun altına sıxırıq. Sonra yayındırıcı zərbə vurduğumuz əlimizi rəqibin qolunun üstündən gətirib mil sümüyünün altından keçirərək, rəqibin biləyindən tutduğumuz digər əlimizin biləyindən tuturuq və biləyi özümüzə tərəf buraraq ağrı verməklə tutub saxlayırıq(şəkil 40-45).


Şəkil 40  

Şəkil 41

    Şəkil 42
Şəkil 43

  Şəkil 44  
  Şəkil 45
                   

 

Arxadan yaxınlaşaraq biləyə ağrıverici fənd: Fəndin icrası rəqibə arxadan yaxınlaşaraq sağ əlimiz ilə rəqibin sağ əlindən tutmaqla, sol əlimiz ilə isə  tutduğumuz qolun dirsək bükəcəyinin iç tərəfindən tutub özümüzə sürətlə çəkməklə, sonra sol əlimiz ilə sağ əlimizə dəstək olaraq tutduğumuz qolun biləyini sinəmizə doğru sıxmaqla həyata keçirilir (şəkil 46-49).


Şəkil 46

Şəkil 47

 Şəkil 48

Şəkil 49

                          

 

Öndən yaxınlaşaraq biləyə ağrıverici fənd: Fəndin icrası, rəqibə öndən yaxınlaşaraq, sağ əlimiz ilə rəqibin sağ əlindən tutmaqla digər əlimiz ilə tutduğumuz qolun dirsək pükənəcəyinin iç hissəsindən tutub sürətlə özümüzə tərəf çəkməklə, rəqibin arxasına fırlanaraq biləyi sinəmizə doğru sıxmaqla həyata keçirilir (şəkil 50-53).



    Şəkil 50   

      Şəkil 51 

Şəkil 52  

  Şəkil 53
                        

Barmaqlara ağrıverici fənd: Bu fənd irəlidən yaxınlaşaraq sağ əlimiz ilə rəqibin sağ əlinin barmaqlarından tutub, sol əlimiz ilə isə tutduğumuz barmağın biləyindən tuturuq, sonra ayağımızla yayındırıcı zərbə vurub rəqibin barmaqlarını rəqibə tərəf sıxaraq, biləkdən tutduğumuz əlimizə ötürürük bu zaman eyni vaxtda rəqibin tutduğumuz qol tərəfinə fırlanırıq barmaqdan tutduğumuz əlimiz ilə rəqibin dirsəyindən tutub sinəmizə tərəf sıxib ağrı veririk (şəkil 54-59).

 

Şəkil 54 

    Şəkil 55

   Şəkil 56 

Şəkil 57

Şəkil 58

Şəkil 59
                     

 

        Xüsusilə qeyd etmək istərdim ki, ağrıverici tutub saxlama və müşayiət etmə fəndlərini yerinə yetirərkən rəqibin diqqətini yayındırmaq və daha tez effektiv şəkildə zərərsizləşdirmək üçün rəqibin zəif nöqtələrinə yayındırıcı zərbə endirmək şərtidi.

            

 

                                                                       NƏTİCƏ

 

  Yuxarıda qeyd etdiyimiz qanunvericilik aktlarına və taktiki xüsusiyyətlərin tələblərinə düzgün, tam və hərtərəfli riayət edilməsi aşağıdakı müsbət nəticələrə səbəb ola bilər.

            - müqavimət göstərən şəxsə qarşı fiziki güc tətbiq edərkən onun sağlamlığına ciddi zərərin vurulmasının qarşısının alınması;

            - xüsusi vasitələrin və odlu silahın tətbiqinin minimuma endirilməsi;

            - polis əməkdaşının özünə vurulan zərərin azaldılması və ya sıfıra endirilməsi;

            - xüsusi vasitələrin və odlu silahın tətbiqinə nisbətən daha çevik və effektiv zərərsizləşdirmənin mümkünlüyü;

            - xüsusi vasitələrin və odlu silahın tətbiq olunmasını istisna edən yerlərdə və şəraitdə rahatlıqla tətbiq olunması;

            - fiziki gücün tətbiqi, xüsusi vasitələrin və odlu silahın tətbiqi kimi   xeyli sayda prosessual sənədləşmə tələb etmir.

 Qeyd olunan müsbət nəticələrin əldə olunması ölkədə polisin ictimai nüfüzunun daha da güclənməsinə səbəb olacaq.

          

 
 

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT:

 

            1. AR Konstitusiyası. Mad: 12,28,31.

            2. AR CPM. Maddə: 7.0.39; 7.0.40; 147.

            3. AR CM. Maddə: 37.

            4. AR “Polis haqqında” Qanun. Maddə: 26

            5. AR DİN-in 24.12.2009-cu il tarixli 752 nömrəli əmri.

          6. Böyük Britaniyada tətbiq olunan “ The law on police use force Worldwide” (şəraitdə uyğun olaraq polisin fiziki güc tətbiq etməsi) Qanunu. Maddə: 2

          7. Əlbəyaxa döyüş və silahsız özünü müdafiə etmə üzrə metodiki vəsait (DİN-in Polis Akademiyasının “Fiziki hazrılıq” kafedrası) Bakı -2015.

            8. Rusiya Federasiyasının “Polis haqqında” Federal Qanunu. 5-ci fəsil, maddə: 20.

            9. Səməndərov F.Y. “Cinayət hüququ”. “Hüquq” yayın evin nəşriyyatı. Bakı, 2017, 10-cu fəsil. Səh: 279-280, 294,298,304,313,318,321.

            10. Türkiyə Cümhuriyyətinin “Polisin vəzifə və səlahiyyət qanunu”, maddə:16.

            

            

            

            

            

            

            

            

 


Tarix: 24-06-2022, 13:30

Xəbəri paylaş