Maarifləndirmə: DİN-də polis əməkdaşlarının fiziki qüvvə tətbiq etməsinin hüquqi və taktiki əsasları
Natiq Eminov,
DİN-nin Polis Akademiyasının
“Fiziki Hazırlıq” Kafedrasının
müəllimi, “İdman ustası”,
Polis Kapitanı
[email protected]
mob- 055 577 93 83
Davamı
Əlin tini ilə zərbə - bu zərbənin hərəkət texnikası yuxarıda qeyd olunan zərbələrin texnikası ilə eynidir. Fərq bu zərbəni rəqibin həm yandan boğaz nahiyyəsinə (şah damarın üstü) dairəvi şəkildə,həm də qırtlağa düz şəkildə endirilməsindədir.
(şəkil 5)
şəkil 5
Gövdəyə vurulan zərbələrin texnikası:
Başqa zərbələrdə olduğu kimi, gövdəyə aşağıdan və yan tərəfdən endirilən zərbələrin texnikaları da eynidir. Burada fərq ondan ibarətdir ki, aşağıdan gövdəyə zərbə zamanı yumruq birbaşa günəş kələfi (mədənin üstü (Şəkil 6.)) və sidik kisəsinin üstünə (gövdə ilə qasıq arası (Şəkil 7.)) yan tərəfdən zərbələr isə, böyrək (Şəkil 8.) və qara ciyərin üstünə (Şəkil 9.) endirilir.
şəkil 6
şəkil 7
şəkil 8
şəkil 9
Ayaq zərbələri – çox effektiv və hücumdan müdafiə vasitəsi kimi tətbiq olunur.
Ayaq ilə zərbələr və ayağın zərbə endirmə səthləri: – 1 - pəncə, 2 – ayağın üstü (topuqdan barmaqlara qədər olan hissə); 3 – daban; 4- diz; 5 - qamış sümüyü (dizdən topuğa qədər olan baldırın üst hissəsi); 6 – ayağın tini.
Düzünə endirilən zərbələrin texnikası. Bu zaman budun yuxarı sinəyə tərəf qaldırılması, eyni zamanda çanağın qismən döndərilməsi ilə başlayır. Ayağın pəncəsi və ya daban ilə vurulur. Dayaq ayaq dizdən cüzi bükülür, pəncə üzərinə qalxılır, zərbə endirilən zaman daban yerə otuzdurulur.(şəkil10,11.)
şəkil 10
şəkil 11
Yan tərəfdən endirilən zərbələrin texnikası: Bu zərbə budun yuxarı sinəyə tərəf qaldırılması (Şəkil 12.), eyni zamanda çanağın tam döndərilməsi ilə yarım dairəvi şəkildə başlayır. Dayaq ayaq pəncə üzərinə qalxır, diz cüzi bükülərək, zərbə istiqamətinə fırlanılır(Şəkil 13.). Zərbə endirilən zaman diz açılaraq daban yerə otuzdurulur(Şəkil 14.).
Şəkil 12
Şəkil 13
Şəkil 14
Yan tərəfdən endirilən zərbələr baş (şəkil 15.) və bud nahiyyəsinə də (çöldən və ya içəridən(şəkillər 16,17).) endirilə bilər.
Şəkil 15
Şəkil 16
Şəkil 17
Ayağın qamış sümüyü ilə (dizdən topuğa qədər olan baldırın üst hissəsi) vurulan zərbənin texnikası: Bu zərbə yan tərəfdən vurulan zərbənin texnikası ilə eynidir. Burada fərq zərbənin rəqəbin bud nahiyyəsinə (çöldən və ya içəridən (şəkil 17,18)) və ya gövdəyə endirilməsidir (şəkillər 19).
Şəkil 17
Şəkil 18
Şəkil 19
Diz zərbəsinin texnikası: Bu zərbə rəqibin əsasən qasıq (Şəkil 20.) və günəş kələfinə (Şəkil 21) endirilir. Zərbənin endiriləcəyi yer istiqamətinə budun yuxarı qaldırılması, eyni zamanda çanağın qismən döndərilməsi və irəli çıxarılması ilə başlayır. Dayaq ayaq dizdən cüzi bükülərək yerə tam bərkidilir.
Şəkil 20
Şəkil.21
Ayaq zərbələri – diz və bud oynaqlarında ayağın çevik açılması hesabına yerinə yetirilir. Dayaq ayağı isə dizdən cüzi bükülmüş vəziyyətdə olur.
Xüsusi ilə qeyd etmək istəyirəm ki, yuxarıda göstərilən ayaq zərbələrinə aid şəkillərdə göründüyü kimi, ayaq zərbələri endirərkən öz təhlükəsizliyinizi təmin etmək məqsədilə hər iki əl baş nahiyyədə bloklanmış vəziyyətdə olmadı.
Müdafiə:
Hücuma qarşı müdafiələr, blokqoyma, əks etdirmə, geri çəkilmə, yayınma, yanqaçma və qabaqlayıcı əks zərbələrlə tətbiq edilir.
Blok qoyma və əks etdirmə - əllərlə müdafiə. Zərbəni ovucla (şəkil 22.), qolun mil sümüyü (şəkil 23.), əlin tini (şəkil 24.) və dirsək (şəkil 25.), ilə dayandırmaq olur.
Şəkillərdə göründüyü kimi, blok qoyma əl diaqonal üzrə zərbəyə doğru və cuzi yan tərəfə hərəkət edir. Beləliklə, rəqibin zərbəsinin istiqaməti dəyişdirilmiş olur.
şəkil 22
şəkil 23
şəkil 24
şəkil 25
Əks etdirmənin təyinatı – rəqibin zərbə endirən əlini əks zərbə ilə kənara (Şəkil 26.), yuxarıya (Şəkil 27.) və yaxud aşağıya (Şəkil 28.) yayındırmaqdır. Əks etdirmə qol və gövdənin eyni vaxtda döndərilməsi ilə həyata keçirilir.
şəkil 26
Şəkil 27
Şəkil 28
Manevretmə - bu müdafiəyə geriçəkilmə (Şəkil 29,30,31), yayınma (Şəkil 32.), əyilmə (Şəkil 33.), qarşıdan qabaqlayıcı əks zərbələr (şəkil 34.), daxildir.
Şəkil 29
şəkil 30
Şəkil 31
şəkil 32
Şəkil 33
Şəkil 34
Geri çəkilmə - döyüş manevridir, onun məqsədi əks hücüm hərəkətlərinin inkişaf etdirilməsi üçün daha əlverişli çıxış vəziyyətini almaq, müvazinəti itirməmək və rəqibin boşluğundan istifadə edərək fəal hücum hərəkətlərinə keçmək üçün hazır olmaqdır.
Əyilmə və yayınmalar - başa vurulan zərbələrdən müdafiə vasitəsidir. Bu hərəkətlər baş və gövdənin sağa, sola (Şəkil 32.), geriyə (Şəkil 35.) və ya aşağı əyilməsi (Şəkil 33.) ilə yerinə yetirilir. Bu zaman bədənin bütün tarazlığı hər iki ayağın üzərində bərabər bölüşür.
şəkil 35
Qabaqlayıcı zərbələr - bu müdafiə üsulu blok qoyma ilə yanaşı eyni vaxtda əl (Şəkil 34.) və ya ayaq zərbələrini (Şəkil 36.)rəqibin zəif nöqtələrinə edirməkdir.
Şəkil 36
Başa yan tərəfdən vurulan əl və ayaq zərbələrindən müdafiə texnikası – bu zaman əl və ayaq zərbələrindəki kimi ayağın biri öndə dizdən cüzi bükülü, digəri isə arxada olmaqla bədənin ağırlığını hər iki ayağa salmaqla, rəqibin zərbə endirdiyi əlin və ya ayağın qarşısına əlin pəncəsi (Şəkil 37.) və ya qolu dirsəkdən bükülü formada başa sıxmaqla(Şəkil 38.) müdafiə olunur, eyni zamanda digər əl və ya ayaqla rəqibin zəif nöqtələrinə zərbə endirilir.
Şəkil 37
Şəkil 38
Gövdəyə yan tərəfdən vurulan əl və ayaq zərbələrindən müdafiə texnikası – bu texnika bir ayaq öndə dizdən cuzi bükülü, digər ayaq arxada olmaqla endirilən zərbənin qarşısına ovucun içi, (Şəkil 40.), yumruğun əzələ hissəsi (Şəkil 41.)və yaxud da qolun mil sümüyü (Şəkil 42.) ilə blok qoymaqla həyata keçirilir, digər əl və ya ayaqla rəqibin zəif nöqtələrinə zərbələr endirilir.
Şəkil 39
Şəkil 40
Şəkil 41
Ardı var...
Tarix: 18-06-2022, 14:00