YUNESKO: Təhsili düzgün yola necə qaytarmalı?
Məktəblərin yenidən açılması
YUNESKO-nun Beynəlxalq Təhsil Planlaşdırma İnstitutunun direktoru, YUNESKO-nun bu yaxınlarda məktəblərin açılmasına hazırlıq və bu prosesin idarə edilməsinə həsr olunmuş veb-seminarında əsas məruzəçisi Suzanne Qrant Lyuis hesab edir ki, bu mövsüm "məktəbə geri dönüş"dən başqa bir şey deyil. Ölkələr bir neçə həftəlik məcburi bağlandıqdan sonra təhsil müəssisələrinin qapılarını açmağa başlayırlar. Xanım S.Lyuis hesab edir ki, pandemiyanın kəskin mərhələsindən sonra şagirdlərin görünməmiş problemlərlə qarşılaşacaqlarını nəzərə alan təhsil müəssisələri bütün dünyada təcili olaraq tədrisin başlanmasına hazırlaşmalıdırlar. "Biz indi məktəblərin açılmasını planlaşdırmağa başlamalıyıq", - deyən S. Lyuis qarşıda duran həlli vacib vəzifələrdən danışıb.
Üç təxirəsalınmaz məsələ
Koronavirus pandemiyasının ortamüddətli və uzunmüddətli perspektivdə təhsilə ciddi təsir göstərəcəyini etiraf edən S. Lyuis israrla ölkələri xüsusən də qısamüddətli perspektivə diqqət yetirməyə çağırıb. O, öz çıxışında hökumətlərə və digər maraqlı tərəflərə təqdim edilməli olan üç kritik və təxirəsalınmaz məsələni diqqətə çatdırıb.
1. Vaxt: məktəblər nə zaman yenidən açıla bilər?
"Mütləq prioritet insanların həyatını və rifahını qorumaqdır",- deyən S. Lyuis əlavə edib: "Valideynlər, pedaqoqlar, məktəb icmaları məktəb sisteminin şagirdlərin, müəllimlərin və digər təhsil işçilərinin fiziki və psixi sağlamlığını qoruya biləcəyinə əmin olmalıdırlar". Onun sözlərinə görə, bu, məsələn, məktəblərin açılmasının virusun yayılmasına, məktəbin lazımi gigiyena vasitələrinə malik olub-olmaması, fiziki distansiyalaşdırma tədbirləri nəzərə alınmaqla siniflərin ölçüsünü necə azaltmaq və məktəb icmasına hansı psixoloji dəstək lazım olduğu barədə suallar yaradır. Hər bir ölkədə, vəziyyət fərqlidir və məktəblərin işinin bərpası ilə bağlı tədbirlər konkret kontekstdə olmalıdır.
S. Lyuis həmçinin təhsil nailiyyətlərinin qorunması və hər kəs üçün təhsilin davamlılığının vacibliyini vurğulayıb. "Məktəblərin bağlanmasının nəticələri yəqin ki, qeyri-bərabər olacaq və məsələn, tədris proqramının yenilənməsi və ya imtahanların yenidən təşkili ilə fərqləri aradan qaldırmaq lazımdır". O qeyd edib ki, Təhsil nazirlikləri məktəblərin bərpa olunma müddətlərini müəyyən edərkən səhiyyə orqanlarının məktəb təqvimini nəzərə almasını təmin etməlidirlər.
2. Şərtlər: məktəblər yenidən açılana qədər hansı ilkin şərtlər yerinə yetirilməlidir?
Məktəblərin işinin bərpası üçün əsas meyarlar koronavirusa qarşı fiziki müdafiə tədbirləri olacaqdır. Səlahiyyətli təşkilatlar xəstəliyin alovlanmasından ən az təsirə məruz qalan və ya ən uyğun gigiyena vasitələri olan məktəblərin açılmasından başlaya bilərlər. Bundan əlavə, S. Lyuis deyib: "İkinci praktiki müayinə məktəb heyətinin, xüsusilə də müəllimlərin mövcudluğudur. Siniflərdə müəllim və şagirdlərin sayı çox ehtimal ki, dəyişə və tədris gününü yenidən təşkil etmək lazım ola bilər". O, məktəbdə iki növbədə təhsil almaq imkanlarının öyrənilməsini tövsiyə edib.
Üçüncü şərt yerli idarələrin və müəssisələrin lazımi dəyişikliklər etmək qabiliyyətidir. "Submilli təhsilin subyektləri, orta məktəb direktorları təhsili iki növbədə həyata keçirə bilərmi? Yoxsa, onlar bəzi şagirdlərin təhsilə geri qayıtmasını alqışlamaqla digərləri ilə distant təhsil təcrübəsini davam etdirə bilərlər?. Biz işə qayıtmaq istəyən müəllimlərin və təhsildən ayrılmaq riski olan şagirdlərin sayına diqqət yetirməliyik".
3. Dövlətlər məktəblərin praktiki səviyyədə yenidən işləməsini necə təşkil edə bilərlər?
Dövlətlərin vəzifəsi milli və məktəb səviyyələrində hansı strategiya və hərəkətlərin həyata keçirilməli olduğunu müəyyən etməkdir. Onun sözlərinə görə, bu məsələdə ortaya çıxan ilk sual budur: " Kimlər, ilk növbədə, məktəbə gedir?". YUNESKO rəsmisi qeyd edir ki, bəzi ölkələr distant təhsilə çıxış imkanlarını əsas amil kimi nəzərdən keçirərək coğrafi yanaşma haqda qərar qəbul edə bilər, buna əsasən də, ilk dəfə yoxsulluq səviyyəsi yüksək olan rayonlarda məktəblər açılır". Digər strategiyalar da var. Çində, məktəblərin açılışı şagirdlərin daha az sıx məskunlaşdığı ərazilərdə başladı. Digər ölkələrdə, Danimarka və Norveçdə əvvəlcə ən azyaşlı şagirdlər məktəbə geri döndülər, çünki onlar yuxarı sinif şagirdlərindən fəqli olaraq məsafədən təhsil sahəsində daha az bacarıqlıdırlar.
S. Lyuis hesab edir ki, məktəblərin açılması məsələsində " məsləhətləşmək, əlaqələndirmək və ünsiyyət "- problemin həllinə yanaşma açarıdır. "Bütün maraqlı tərəflər arasında etimadı möhkəmləndirmək çox vacibdir. Bu, daimi əsasda təhsil sistemindən ayrılma riskinə məruz qalan uşaqların məktəbə qaytarılması üzrə məktəb icmasında və təhsil qurumlarında ünsiyyət vasitəsilə əldə edilə bilər".
Məruzəçi hesab edir ki, məktəblərin bağlanması, ehtimal ki, təhsil sahəsindəki bərabərsizliyi daha da ağırlaşdıracaq. Bu, Davamlı İnkişaf Məqsədləri sahəsində 4 hədəfinə çatmaq üçün təhlükə yaradır və bütün ölkələr məktəb təhsilində müvəqqəti fasilələrin həssas uşaqlar üçün daimi olmamasını təmin etməlidirlər. Təhsilin yaxın gələcəyini planlaşdırmaq və ona hazırlaşmaq vaxtıdır.
http://www.iiep.unesco.org/en/reopening-schools-how-get-education-back-track-after-covid-19-13424
Oruc MUSTAFAYEVMəktəblərin yenidən açılması

Oruc MUSTAFAYEV
Tarix: 18-05-2020, 19:52