Kamil İnsan Müdrikləşir
Zulfiyyə Vəliyeva
Respublikanın Əməkdar müəllimi
ADPU ETM-nin elmi işçısı
Akad.M.Mehdizadə mükafatı laureatı
Elm – işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Elm işığında öyrənmək, işığın içində işığı aramaq elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”. İnsanların sağlam, mənəvi cəhətdən daha güclü olması, onun özünə hörməti, özünün, döğmalarının və ətrafının qorunmasına məhz saf niyyəti, təmənnasız xidməti təminatdır.
Ömrü boyu yol gedirık.Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan insanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündür. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona kömək də göndərir. Rastına çıxan xeyirxah xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqadı onu ən yaxşı keyfiyyət göstəricisidir. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Hər kəsin ürəyində bir ümdə arzusu olur.Haqqın yolu: İlahi eşqidən, mənəviyyatdan, halal və düz yolda olmaqdadır.
65 yaşı müdrikliyin başlanğıc dövrü adlandırırlar. Yaşanmış bu illər bir tərəfdən ömrün çox, digər tərəfdən az hissəsi hesab edilir.
İnsanın mənəvi yetkinlik dövrünə qədəm qoyduğu, özü qarşısında hesabat verdiyi 65 il həm də böyük zaman kəsiyidir. Həmçinin, şərəflə yaşanan ömür yolundan asılı olmayaraq, insan həyatında iz qoyan əbədi keyfiyyət möhürüdür.
İnsan ömrü… Harada başladığı və harada bitəcəyi bizdən asılı deyil. Amma vaxt bizimdi, fürsət bizimdi.
Vaxtı dəyərləndirmək bizdən asılıdır, dəyişdirmək isə Allahdan.
“Bu, mənəm, mənim yolumdur, mənim imzam, mənim amalımdır” dediyiniz o gün hansı ildə olub? Cəfər Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980–1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Cəfərov Cəfər Məmməd oğlu Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, "Tarix, insan və cəmiyyət" adlı elmi-nəzəri və elmi-metodik jurnalın baş redaktorudur.
Əmək fəaliyyəti
Cəfər müəllim 1987–1994-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində böyük laborant, "Azərbaycan tarixi" kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990–1994-cü illərdə BDU-da tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992–1994-cü illərdə tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.
-1994–1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır;
-1998–2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin "Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi" birgə layihəsinin milli koordinatoru olmuşdur;
-2003–2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir;
-2004–2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin "Azərbaycan Respublikasında yoxsulluğun azadılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm nazirliyinə institusional yardım" birgə layihəsinin milli koordinatoru olmuşdur;
-2013-cü il 17 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adi verilib;
-2006–2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun rektoru, 2014–2016-cı illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilmişdir;
-2017-ci ildə Applied Sciences Krems IMC Universitetinin təqaüdçüsü adına layiq görülmüşdür;
-2017-ci ildə "Humanist Pedaqogika Beynəlxalq Mərkəzi" tərəfindən "Humanist pedaqogikanın cəngavəri — "Ürək və Qu quşu" qızıl nişanı təqdim edilib;
-2018-ci ildə Əbu-Dabidəki Paris-Sorbon Universitetinini ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsindəki səylərinə görə fəxri fərmanına layiq görülmüşdür;
-2019-cu ildən Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası: Azərbaycan tarixi üzrə Elmi Şurasının üzvüdür;
-2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunmuşdur;
-2020-ci ildə Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici Qiymətləndiricisi (ekspert) seçilmişdir;
-2021-ci il 17 dekabr tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir;
-2023-cü il mayın 20-də mədəniyyət və incəsənət, elm, təhsil və beynəlxalq əlaqələrin inkişafındakı səmərəli xidmətlərinə görə Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru adı ilə təltif olunub;
-2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib;
-2024-cü ilin oktyabr ayından Avrasiya Universitetlər Birliyinin (EURAS) idarə heyətinin üzvüdür;
-“Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının Türkiyə təmsilçiliyinin təqdimatına əsasən, Fondun Ağsaqqallar Şurası və jurnalın İdarə Heyətinin 14 noyabr 2024-cü il tarixli qərarı ilə Türk Dünyasının “Qızıl ürək” ordeni ilə təltif edilib.
Azərbaycanda keçirilmiş bir sıra, o cümlədən də xaricdə keçirilmiş 100-dən çox beynəlxalq seminar, konfrans və simpoziumların iştirakçısı olmuşdur. Müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi, turizmin inkişafı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunmuş 90-a yaxın elmi əsərin müəllifidir.
Mənəvi saflıq, hər kəsin ömür yolunda qazandığı hörmət və nüfuz!
Yəni, bu yaşa kimi neylədim? Nəyi edə bildim, nə qaldı? İnsan yaşlaşdıqca həmişə tələsir. Hər bir insanın həyatı və taleyi obrazlı şəkildə desək oxunmamış kitaba, seyr edilməyən maraqlı bir filmə bənzəyir. 65 yaş əslində insan ömrünün müdriklik, ikinci gənclik, yaşın üstünə yaş gəldikcə onun yeni zirvələrin fəthinə doğru addımladığı bir dövrdür. Bu yaşdan sonra insan həyatı əvvəlcə kükrəyərək sonsuz dənizlərə can atan, sonra isə sakit axan bir çaya bənzəyi. İnsanı Allah yaradır, müəllim kamala yetirir.Bu həqiqəti bildiyinə görədir ki, xalqımız müəllim adına həmişə hörmətlə yanaşır. Hər bir insan Allahın ona bəxş etdiyi bir ömür yaşayır. Dünya yaxşı adamlardan xali deyil.
Zaman ötür, illər bir-birini əvəzləyir. Həyatda çox şey dəyişir. Dəyişməyən və qazanılıb qalan isə əməl, ləyaqət, hörmət və xeyirxahlıqdır!
Həyat kredosunda daim harada olursa-olsun əsl ziyalı və şəxsiyyət olmaq başlıca meyarı olub. Olduqca sadə və səmimiliyi ilə isə hər zaman özünü ətrafdakılara sevdirə bilmək, İNSAN olmaqdır!
65 İLLİK YUBİLEYƏ SAYILI GÜNLƏR QALIR
Ötən doğum günlərində birində arzulamışdıq ki, gün o gün olsun ki, növbəti ad gününüzü Qarabağımızın azad olunması ilə birgə qeyd edək. Bu gün elə həmin gündür. Qarabağımız işğaldan azad olunmuşdur -tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfərov Cəfər Məmməd oğlunun yubileyi günləridir!...
Yubiley yaşınız mübarək! Təbrik edirik! Sağlamlıq, xoşbəxtlik nəsibiniz olsun!
Səmərəli fəaliyyətinizdə uğurlarınız davamlı olsun!
Tarix: Dünən, 12:50