NAXÇIVAN-100 Naxçıvan qədim Azərbaycan torpağı, türk yurdudur
Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsiformalaşmışdır.Xalq etimologiyasına və tarixi qaynaqlara görə «Naxçıvan» “Nəqşi -cahan”, yəni “dünyanın naxışı”, “dünyanın bəzəyi” sözlərindən yaranmışdır. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə “Naxçıvan” toponimi Nuh peyğəmbərlə, daha doğrusu “dünya tufanı” ilə bağlı olub “Nuhçuvan” – “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” deməkdir. Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir. Naxçıvan dünyanın ən qədim şəhər məskənlərindən biridir. Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur.
Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan arxeoloji materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr bir daha sübut edir ki, Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı vardır. Böyük Ipək Yolu üzərində yerləşən və buna görə də mühüm ticarət və sənətkarlıq mərkəzi hesab olunub Naxçıvan. Mudros barışığına (1918) əsasən, türk qoşunları bölgədən çıxarıldıqdan sonra, noyabrda erməni-daşnak quldurlarından qorunmaq məqsədilə Araz-Türk Respublikası yaradıldı. Naxçıvan şəhəri onun mərkəzi elan olunmuşdur.
1920-ci il aprelin 28-də Bakıda, iyulun 28-də isə Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR-in yaradılması, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu almasında Türkiyənin böyük rolu oldu. 1921-ci il 13 oktyabrda bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik olmuşdur.
1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrilmişdir. Naxçıvan Muxtar Respublikası yaradıldıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin 5988 km2 –ni əhatə edirdi. 1929-1930-cu illərdə və sonra muxtar respublikanın ərazisinin bir hissəsi Kreml rejimi tərəfindən ermənilərə verildi.
Naxçıvan Muxtar Respublikası mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990–93-cü illərdə ümummilli lider Heydər Əliyevin siyasi təqib üzündən burada yaşayıb-işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Muxtar respublikanın əhalisi müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, vətənimizin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi ali amallara qovuşmaq üçün Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin ön sıralarında getmişdir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında xalqın təkidli istək və arzusu ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öhdəsinə götürdü. 1992-ci ilin noyabrında Azərbaycanın ən görkəmli ziyalıları, elm və sənət adamları, siyasi xadimləri Naxçıvana üz tutdular. Naxçıvan şəhərində Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. XX əsrin 90-cı illərinin əvvəlində SSRI-nin süqutu ərəfəsində yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddialarını açıq silahlı təcavüz yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan diyarı çətin sınaqlar qarşısında qaldı. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsindən 8 saat əvvəl sovet-erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikası ərazisinə hücuma keçdi və erməni quldur dəstələri Naxçıvanın Sədərək rayonunun Kərki kəndini işğal etdilər.
Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsildi, Naxçıvan Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamağa başladı. Azərbaycanın bu qədim torpağını erməni işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Naxçıvan Muxtar Respublikasının Ermənistan təcavüzündən mətanətlə müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə idarə olunmasında ulu öndər Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti, onun bütün Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən bir sıra təşəbbüslər irəli sürərək qərarlar qəbul etməsi Azərbaycanın tarixinin ən parlaq səhifələrindəndir.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət status verilmişdir. Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır və yaşamaqda davam edir. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, son on altı ildə isə muxtar respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoymuşdur.
Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində, ermənilər Qarabağdakı işğalçılıq siyasətini burada reallaşdıra bilməmişlər. Naxçıvan bu gün dinamik inkişaf edən qədim Azərbaycan torpağı, türk yurdudur. Ziyqiymət torpağımız, əzəli, əbədi yerimiz Vətənimiz!
Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.
Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir.
Vətən sevgisinin formalaşması hər bir müəllimi düşündürən vacib məsələlərdən biri olmalıdır. Məktəblərdə milli şüur tərbiyəsinin aktual problem olduğunu dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirir. Belə tədbirlərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında xalqımızın min illər əvvəl dedikləri tarixi kəlamlarda ifadə olunan Vətənə vurğunluq şagirdlərə xatırlanır. . Hər kəsə bəllidir ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu istiqamətdə keçirilən tədbirlər göstərir ki, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir.
Bir insan öz ölkəsi, Vətəni haqqında nə qədər çox məlumat alarsa, torpağını da bir o qədər çox sevər, onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar və onu qorumağı özunə borc hesab edər. Türk Dünyası ailəsində möhtəşəm Azərbaycan dövlətinin uğurlarina hər kəs öz töhfəsini versin! Gələcək nəsillər rahat və firavan olsun! Qalib ölkənin,güclü,sayılıb seçilən ölkənin vətəndaşı olmağımızla Qürurlanaq! Biz veriləni qorumaq üçün məsuliyyət daşıyırıq! Şükür uğur, Qələbə qazanıldı qorumaq və möhkəmləndirmək gərəkdir! Allaha sınıb gücünə güvənmək, bir yumruquq olmaq gərəkdir! Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz!!! Qədrini bilmək,uğuruna imza atmaq hər bir kəsin namus işidir!
Dünya dəyişir.Haqq işi uğrunda can verən Oğullar var! Vətəni canı və qanı bahasına qoruyanlar! Şərəf, qürur yeri, son mənzil olan Vətən naminə məsuliyyətli olaq.
Rəsmiyyə Quliyeva -Sosial pedaqoq, Bakı şəhəri Sabuncu rayonu Rixard Zorge
adına 90 nömrəli tam orta məktəb
Tarix: 17-12-2024, 14:38
Xəbəri paylaş