Montessori təlimində öyrənmə mühitinin təşkili
Uşaq necə qəbul edilirsə, onun təhsili üçün də izləniləcək yol ona görə formalaşır. Bu zaman “uşaq kimdir” sualının cavabı əhəmiyyətli rol oynayır. Bu sualın cavabı əvvəlcə uşağı necə gördüyümüzü müəyyən edir. Uşaq haqqındakı fikirlərimiz açıq bir şəkildə üzə çıxarsa, onun üçün təşkil edəcəyimiz fəaliyyət növlərini müəyyən etmək asan olar. Bunun üçündə Montessori təlimindən istifadə etmək məqsədəuyğundur. Montessori təlimi əslində uşaq mərkəzli təlimdir. Yəni, əsas obraz uşaqdır. Bu təlimə görə valideyn,tərbiyəçi, müəllim uşağın qulluğundadır.
Montessorinin fikrincə, uşağın ətraf mühiti intensiv şəkildə mənimsəməsi təxminən 7 yaşına qədər davam edir. Bu səbəblə məktəbəqədər təhsil dövründə uşağın hiss orqanlarına əsaslanan ilkin biliklərə yiyələnməsi zəruridir və məktəbəqədər təhsil məşğələləri uşaqların inkişaf xüsusiyyətlərini nəzərə alaraq təşkil edilməlidir.
Montessori uşağın inkişafı ilə bağlı olaraq 5 əsas dövrü qeyd etmişdir. Bu dövrlərdən 3-7 yaş sürətli böyümə və duyğu fəaliyyətlərinin ən təsirli olduğu dövrdür.Montessoriyə görə uşağın inkişaf mərhələləri:
1.0-3 yaş -Uşaq şüursuz və özünüküləşdirmə yolu ilə özünü qurur.
2. 3-6 yaş -Uşaq tədricən şüursuz bilikdən şüurlu biliyə keçir. Yaşının sonlarına doğru uşaq itaət və reallığı əldə edir.
3. 6 yaş- Uşağın təxəyyül və yaradıcılığı formalaşmağa başlayır.
4.6 -9 yaş -Uşağın bədii və akademik qabiliyyətləri yaranır. Bu qabiliyyətlərlə o, öz dünyagörüşünü formalaşdırır.
5. 9-12 yaş -Uşaq kainatla bağlı bilikləri almağa hazırdır[2, 34]. O, bu mərhələdə intellektual marağını təmin etməyə səy göstərir və bu mərhələ ömrünün sonuna qədər davam edəcəkdir. Bu mərhələ etibarı ilə uşaq inkişafını daha yaxşı yerlərdə və şüurlu şəkildə həyata keçirməlidir.Valideyn isə bu mərhələdə uşağa müəyyən imkanları verməlidir. Uşaq bu mərhələdə duyğu orqanlarını inkişaf etdirə biləcəyi yerlərə və imkanlara ehtiyacı vardır. Uşaq öz istəklərini hərəkətləri ilə bildirir. Valideyn onu diqqətli bir şəkildə müşahidə edərsə onun istəklərini və ehtiyaclarını rahat bir şəkildə anlaya bilər. Bunun üçündə Montessori təlimini bilmək vacibdir.
Montessori təliminin əsası 1898-1900-cu illərdə Montessorinin zehni qüsurlu uşaqlarla etdiyi çalışmalar dayanır. Montessori zehni qüsurlu uşaqlarla müəyyən qədər çalışma apardıqda onlarında ən az adi uşaqlar kimi müvəffəqiyyət əldə etdiklərini görmüşdür [5]. Onların müəyyən fəaliyyət nəticəsində oxumağı bacarırlar. Mədəniyyət Maria Montessori üçün təlimin əsasını təşkil edir. “Sensor mədəniyyət” anlayışını elmə ilk dəfə Mariya Montessori gətirmişdir [1, 201].
Montessori təliminin 8 prinsipi vardır:
1. Hərəkət və idrak: Hərəkət və idrak bir-biri ilə əlaqəlidir. Hərəkət düşünməyi və öyrənməyi asanlaşdırır.
2. Seçim. İnsanların öz həyatları üzərində nəzarət hissi olduqda, onların öyrənmək qabiliyyəti yaxşılaşır və daha xoşbəxt olurlar. Nəzarət uşaqların konsentrasiyasını artırır və onların məmnunluğunu təmin edir.
3. Maraq. İnsanlar öyrəndikləri şeylərlə maraqlandıqda daha yaxşı öyrənirlər. Uşaqların əvvəlki biliklərinə əsaslanan öyrənmə daha asandır.
4. Xarici mükafatların olmaması: Oxumaq üçün pul və ya testlərdən keçmək üçün yaxşı qiymətlər kimi fəaliyyət zamanı xarici mükafatlardan istifadə etmək, bu mükafatlar geri götürüldükdə həmin fəaliyyət üçün motivasiyaya mənfi təsir göstərə bilər.
5. Həmyaşıdlardan öyrənmə. Əməkdaşlıq öyrənməyə çox kömək edir. Uşaqlar müşahidə etməklə, təqlid etməklə, dərs alaraq və ya öyrətməklə və kiçik qruplarda işləməklə başqalarından daha yaxşı öyrənirlər.
6. Mənalı öyrənmə: Mənalı kontekstlərdə öyrənmək mücərrəd kontekstlərdə öyrənməkdən daha dərin öyrənmə ilə nəticələnir. Uşaqların marağına əsaslanan və ya sinifdə öyrədilənləri real həyatla əlaqələndirən dərslər öyrənməyi daha mənalı edir.
7. Müəllim-uşaq qarşılıqlı əlaqəsi: Həssas, çevik və ahəngdar tədris daha çox arzu olunan nəticələri verir. Uşaqlar etibarlı və mehriban, eləcə də nəzarət baxımından çevik olan valideyn və ya müəllimin rəhbərliyindən faydalanmaq və öyrənmə üçün təhlükəsiz mühitdə olmaq istəyirlər.
8. Ətraf mühit və zehni nizam: Mühit nizamı zehni nizamı dəstəkləyir və uşaq üçün faydalıdır. Montessori sinif otaqları materialların ətraf mühitdə paylanması baxımından çox mütəşəkkildir və uşaqların sistemli istifadəsi üçün hazırlanır.
Məktəbəqədər təlimdə istifadə edilən bu üsulda uşaqlar istədikləri qədər fəaliyyət göstərərək müəyyən qədər biliyə sahib olurlar. Sinif şəraitində gündəlik fəaliyyətlər vardır. Bunlara səbirli olmağı öyrənmək, təmiz olmaq, təkrar-təkrar nəyisə öyrənmək və s. aiddir. Bu çalışmalarhər gün bir iş kimi diqqətlə öyrədilir. Montessori üsulunda uşağın sosial inkişafıda nəzərə alınmalıdır. İlk uşaqlıq illəri bu mühitdə əsasdır. Daha sonra Montessori bağçalarında müxtəlif yaşlardan olan uşaqlarla işləmək sosiallaşma üçün vacibdir. Belə sinif şəraitini Montessori belə təsvir edir. “Hər kəs, bir-biri ilə çətinlik çəkmədən, rəqabət aparmadan fəaliyyət göstərir. Hamı əlindən gələni edir və xoşbəxtdir. 3 yaşındakı bir uşaq 6 yaşındakı bir uşaqla heç çətinlik çəkmədən ünsiyyət edir və birgə işləyirlər. Bu uşaqların hamısı sülh içində böyüyürlər”.
Montessorinin araşdırmalarına görə uşaq inkişafını təbii şəraitdə gərçəkləşdirdiyində o, təbii olaraq gəzməyi, danışmağı öyrəndiyi kimi oxumağı, yazmağı və riyaziyyatıda öyrənə bilər. Montessori təlimində 3 əsas qayda vardır:
1. Fərqli yaşlardan ibarət olan uşaq qrupu.
2. Uşağın ehtiyaclarına uyğun olaraq hazırlanmış təlim materialları.
3.Uşağı hər vəziyyətdə başa düşə biləcək bir təlimçi(məsələn müəllim, valideyn və b.).
Bu qaydaların hakim olduğu bir şəraitdə uşaqlar 4-6 yaş arasında oxumağa başlaya bilirlər.
Montessori təlimində qaydalarla yanaşı uşağa yönələn 4 təməl xüsusiyyət vardır:1. Tək başına etməsinə kömək etmək- Bu xüsusiyyətə görə uşaq təlimin rəhbəridir və yetkin insanın edəcəyi iş isə uşağı diqqətlə müşahidə etməkdir. Belə desək, insan övladı öz –özünü inşa edir. Böyüklərin vəzifəsi isə bu prosesdə onların yanında olmaqdır. Bu işdə uşağın qarşısına çıxan maneələri aradan qaldırmaqdır. Uşağın özünü inşa etmə prosesində fəaliyyət göstərməsi vacibdir. “Uşağın çalışması onun öz varlığını inkişaf etdirməsinə səbəb olur. Bu çalışma zamanı onun özünə aid müəyyən bir yeri olur. Uşaq özünə aid olan bu yerdə bir sıra fəaliyyətlər göstərərək özünü inşa edir” [4, 103].
2. Hər canlının özünə aid fərdi inkişafı vardır- Montessori təlimnidə ən əsas anlayışlardan biri budur. Yəni,hər canlı müəyyən mərhələlələrdən keçərək inkişaf edir və inkişafını tamamlayır. Təlimin ilkin vəzifəsi uşağın inkişaf edəcəyi bir şərait yaratmaqdır. Uşağın müstəqil formada inkişafı üçün maneələr aradan qaldırılmalıdır. Hər bir canlı varlıq kimi uşağın da öz inkişafını tamamlaya biləcək gizli bir gücü vardır. “Uşaq dünyaya gəldiyində öz gizliliyinin açarını da gətirir”. Uşaqda dünyaya gəldiyi gündən bəri inkişaf proqramı vardır və valideynlər bu proqrama hörmətlə yanaşmalıdırlar. Bununla yanaşı valideynlər bu proqrama və uşağın inkişafına uyğun şarait yaratmalıdır.
3-Mərkəzləşmə və diqqət- Təlimçinin ilkin və vacib vəzifəsi uşağın inkişafı üçün məqsədəuyğun bir şərait mühit yaratmağıdır. Ətraf mühit uşağa mərkəzləşmə və seçim imkanı verməlidir. Bu mühitdə olan cisimlər uşaq tərəfindən asanlıqla öyrənilməlidir. Bu cisimlər müəyyən yerə malik olmalıdır. Beləliklə, diqqət də dağılmır. Uşaq bir fəaliyyət seçdiyi zaman bu seçim şüurludur və mərkəzləşmə rahat olur.
4-İnkişaf mərhələləri və təlim- Təlim senzitiv dövrlərə uyğun olmalıdır. Uşağın inkişafı düz xətt kimi deyildir, mərhələlərdən ibarətdir. Təlim uşağa uyğun təşkil edilməlidir [3, 73].
Montessori təlimininəsasında uşaqların hərəkət və davranışlarını müşahidə nəticəsində verilən qərarları həyata keçirməsidayanır. İlk öncə uşaqların yönəlişlərini bilmək və bu yönəlişlər nəticəsində fəaliyyətə keçmək vacibdir. Bu fəaliyyət uşaq tərəfindən olur. Planlı və şüurlu bir şəkildə həyata keçir. Bundan başqa, Montessori təliminin əsasında duyğu orqanlarının inkişafıda dayanır. Duyğu orqanlarının inkişafı birazda təlim zamanı uşağın ətrafında olan materialların, cisimlərin öyrədilməsi və öyrənilməsi ilə də bağlıdır. Mərhələli olaraq uşaq onların rəngini, həcmini, formasını, materialını, ağırlığını öyrənməlidir. Montessoriyə görə ilk uşaqlıq dövründə təlimin məqsədi uşağı biliklə doldurmaqdeyil. Onun öyrənmə həvəsini, arzusunu inkişaf etdirməkdir.
Montessoriyə görə uşaq “əmici ruha” sahibdir. Ətrafındakıları anlamaq üçün duyğularından istifadə edir. Uşaq biliyə açıqdır, maraqlanır və öyrənməyə həvəslidir. Bu dövrdə sanki beyində ayrıca öyrənmə pəncərəsi açılır və bütün diqqət ətraf mühitə və ya müəyyən sahələrə yönəlir. Nəticədə uşaq asanlıqla öyrənir. Beyin məlumatı qəbul edir, emal edir və saxlayır. Əgər uşaq bu müddət ərzində əldə etməli olduğu şeyi əldə edə bilmirsə, sonradan bu bilik və bacarıqlara yiyələnmək asan olmayacaq. Hər bir uşaq üçün bilik və bacarıqların mənimsənilmə vaxtı və müddəti fərqli ola bilər. Məsələn, dilin həssas dövründə uşağın dil bacarıqlarını mənimsəməsi kifayət qədər asan və demək olar ki, heç bir çətinlik çəkmədən həyata keçirilir. Əgər bu müddət keçərsə və uşaq müəyyən inkişaf stimullarına məruz qalmadan bu dövrü ötürərsə, beynin bu bacarığı asanlıqla əldə etmə fürsəti əldən verilir [5].
Bu dövrdə şəxsiyyətin və fərdiləşmənin təməli də qoyulur. Uşaq yaradıcı, konstruktiv və qətiyyətsiz görünür. Bu dövrün ilk mərhələsində 3 yaşa qədər uşaqda təcrübələr vasitəsilə yaradıcı enerjinin inkişafı özünü büruzə verir. Hərəkət üçün həssaslıq qazanan uşaqda əl hərəkətlərinin koordinasiyası, tarazlıq və yerimə kimi davranışlar müşahidə edilir. Hərəkət və eşitmə ilə yanaşı dil inkişafı da baş verir. Daxili və xarici nizam qurulmağa başlayır.
Montessori təlimi ilə ənənəvi təlimin bir sıra fərqli xüsusiyyətləri vardır.
Montessori təlimində sosial və koqnitiv inkişaf | Ənənəvi təlimdə sosial və koqnitiv inkişaf |
|
|
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
Qeyd etdiyim kimi, ənənəvi təlimdə uşağa istənilən qədər sərbəstlik verilmir. Lakin Montessori üsulu ilə təlimdə çox az sayda qayda –qanun ilə, istənilən qədər sərbəstlik verilir. Maria Montessori təliminə vacib bir sıra yeniliklərdə gətirmişdir.
Maria Montessori təlimində vacib yeniliklər:
- Fərqli yaş qrupları ilə iş
- Fəaliyyətin sərbəst seçimi.
- Zehni mərkəzləşmə
- Uşaqların oyun halında işləməsi
- Cəzasız təlim
- Səssizlik eşqi (uşaq səssiz şəraitdə işləyə bilər)
- Öz özünə düzəldilə bilən təlim materialları
- Təkbaşına etməsinə kömək etmək
Montessori üsuluna əsaslanaraq yaradılan bir sinifdə 6 əsas xüsusiyyətə diqqət edilməlidir.
- Uşağın heç nəyə bağlanmaması
- Səliqəli bir şərait(hər əşyanın özünü yeri olmalıdır)
- Təbiətdən ünsürlər(heyvanlar, yarpaqlar, həyət)
- Ətrafın gözəlliyi
- Maria Montessori tərəfindən araşdırılan və inkişaf etdirilən təlim materialları
- Sosial həyatın öyrədilməsi
Montessori siniflərində uşaqla müəllim arasında xüsusi bir münasibət vardır. Belə siniflərdə uşaqlara cəzalara yer yoxdur. Cəzadan istifadə olunmaması uşaqların qaydaları mənimsəməməsi mənasına gəlmir. Cəzanın tətbiq olunmaması, səhvləri özü təyin edib, aradan qaldırması uşaq şəxsiyyətinin inkişafında önəmli yerə malikdir. Montessori siniflərində müxtəlif yaşdan olan uşaqlar vardır. Məsələn: 25 nəfərlik bir qrupda 3, 4 və 5 yaşlı uşaqlar vardır. Montessori siniflərində uşaqlar bir birləri ilə rəqabətə girmədən, bir birlərinin paxıllığını çəkmədən fəaliyyət göstərirlər. Onlar bir-birlərinə hörmət ilə yanaşırlar. Onlar kiçik yaşda (3-4 yaşlarında) oxumaq, yazmaq və s. öyrənirlər. Qısacası, uşağa görə bir mühit dedikdə, maneələr olmayan, yalnızca uşağın inkişafı üçün, onun ehtiyaclarına cavab verən bir şərait olmalıdır. Ancaq belə bir mühitdə uşaq həqiqi bir təlim keçərək inkişaf edə bilər. Montessori təlimi yalnızca məktəbəqədər siniflərdə yox, daha sonradan ibtidai sinif və böyük siniflərdə də istifadə oluna bilər.
Kəmalə Ramazanova,
ADPU-nun Şəki filialı
Ümumelmi fənlər kafedrası
baş müəllim
Ədəbiyyat siyahısı
- N.Çələbiyev. Uşaq psixologiyası. Bakı: ADPU nəşriyyatı, 2005, 341 səh.
- Elizabet Heynstok. Evdə Montessori təlimi. Teas press nəşriyyat, 2019, 124 s.
- Ehriman Topbaş Montessori yöntemiyle çocuk eğitimi. Panama yayıncılık, 2021, 224 s.
- Charlotte Poussin Bana Kendi Kendime Yetmeyi Öğret. Kaknüs yayınları, 2015, 192 s.
- Şahin Danışman. Montessori Yaklaşımına Genel Bir Bakış ve Eğitim Ortamının Düzenlenmesi //Eğitimde Politika Analizi DergisiAralık, 2012, Cilt 1, Sayı, 2, s. 85-113.
- https://tr.wikipedia.org/wiki/Maria_Montessori
Tarix: 28-10-2024, 01:07