Unudulmaz elm fədaisi
Görkəmli alim Turan Turabovun 90 illik yubileyinə
90 illik yubileyi ərfəsində yaddaşlarda dərin iz qoymuş alimin uğur hekayəsinə yenidən nəzər salmaq və bu unudulmaz elm fədaisini xatırlamaq yerinə düşər.
T.Turabov 1934-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə M.Ə.Sabir adına 5 saylı orta məktəbi bitirmiş, həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) Zootexnik fakültəsinə daxil olaraq, 1957-ci ildə institutu alim-zootexnik ixtisası üzrə bitirmişdir. Təyinatıla Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunun heyvanların genetikası və morfologiyası şöbəsinə kiçik elmi işçi vəzifəsinə göndərilmışdır.
1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və genetikası kafedrasında aspiranturaya daxil olmuş, 1963-cü ildə aspiranturada hazırlıq dövrünü başa vuraraq, həmin kafedrada assıstent vəzifəsində işləmişdir.
1964-cü ildə Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, professor A.O.Ağabəylinin rəhbərliyi ilə «Azərbaycan camışlarının məhsuldar cinsdaxili tiplərinin qiymətləndirilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, 1964-cü ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komıssiyası tərəfindən kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1966-cı ildə müsabıqə yolu ilə dosent vəzifəsinə seçilmişdir.
T.M.Turabov 135 elmi kitabın, kitabça və məqalənin, həmçinin genetikadan dərsliyin, camışçılığa dair monoqrafıyanın, 7 ədəd dərs vəsaitinin və bir sıra tədris proqramlarının müəllifidir. O, zoomühəndislik üzrə silsilə elmi əsərlərin nəşri ilə məşğul olan redaksiya heyətinin üzvü, «Zoologiya və ovçuluğun əsasları» adlı ali məktəb tələbələri üçün dərs vəsaitinin redaktoru olmuşdur.
1988-ci ildə «Camışçılıq süd və ətdir» adlı elmi populyar kinofilmin məsləhətçisı, 1989-cu ildə İtaliyada ingilis dilində çap olunmuş «SSRİ-də heyvanların genetik resursları», «Camışlar» adlı beynəlxalq əhəmiyyətllı monoqrafiyaların, 1991-ci ildə Sofıyada (Bolqarıstan) camışçılıq üzrə keçirilmiş IV Beynəlxalq konqresdə «Azərbaycanda camış cinsinin seleksiyasının müasir vəziyyəti və cinsin təkmilləşdirilməsi yolları» adlı elmi məqalələrin müəllifı kimi tanınmışdır. Turan Turabov 1988-ci ildə Sankt-Peterburqda keçirilmiş Ümumittifaq Elmi-Tədqiqat Heyvanların
Genetikası və Seleksiyası İnstitutunda «Qafqaz camış cinsinin südlük istiqamətdə seleksiyasının nəzəriyyəsi və təcrübisi» mövzusunda doktorluq dissertasiyasını müdafıə edərək, kənd təsərrüfatı elmlər doktoru alimlik dərəcəsinə yüksəlmişdir.
1992-ci ildə T.M.Turabova professor elmi rütbəsi verilmişdır. 1997-ci ildə Asiya, Yaxın Şərq və Latın Amerikası ölkələrinin Birləşmiş Millətlər Təşkilatının FAO xətti üzrə İtaliyada keçirilən camışçılıq üzrə V Beynəlxalq konqresinin iştirakçısı olmuşdur. Həmin konqresdə «Azərbaycanda camışçılığın elmi əsaslarla inkişaf etdirilməsi və təkmilləşdirilməsi yolları» mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə ingilis dilində 1000 səhifəlik külliyyatda çap olunmıışdur.
Professor T.M.Türabov heyvandarlığın əsas sahələrindən olan və camışçılıqla məşğul olan dünyanın bir çox alimləri ilə sıx elmi əməkdaşlıq edir, onun səyi və bilavasitə iştirakı ilə respublikada camışçılığın elmi əsaslarla inkişafının, xüsusilə də damazlıq işinin təşkilində, mövcud araşdırmaların ümumiləşdirilməsi sahəsində aparılan tədqiqat və seleksiya işləri öz bəhrəsini vermişdir. T.Turabov ömrünün sonunadək çalışdığı ali təhsil müəssisəsinin Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasına rəhbərlik etmişdir.
Professor T.M.Turabov ölkənin yeganə ali aqrar təhsil müəssisəsinin elmi metodiki mərkəzi sayılan kafedraya rəhbərlik etmiş, elmi kadrların hazırlanmasında böyük əməyi olmuş alimlərdəndir. Onun rəhbərliyi ilə 4 nəfər namizədlik dissertasiyalarını müdafiə etmişdir. Görkəmli alim 3 doktorantın doktorluq dissertasiyasının elmi və metodiki məsləhətçisi olmuşdur. İstər tədrıs, istərsə də elmi-tədqiqat işlərinin istiqamətinin yeni, XXI əsrin tələblərinə uyğun həyata keçirilməsinə, tətbiqi mümkün olan proqramların geniş yayılmasına nail olmuşdur.
Professor T.M.Turabov Respublika Kənd Təsərrüfatı Nazirliyi yanında Elmi Texniki Şuranın və elmi şuraların, həmçinin Azərbaycan Kənd Təsərrüfatı Akademiyası yanında təşkıl olunmuş namizədlik dissertasiyaları üzrə ixtisaslaşmış müdafıə şurasının üzvü idi. Rektorluğun və Respublika Kənd Təsərrüfatı Nazirliyinin dəfələrlə mükafatçısı olmuş alim həm də əmək veteranı idi. O, 2001-ci ilin oktyabr ayında vəfat etmişdir.
Görkəmli alim, gözəl insan Turan Turabovun tələbləri olmuş, hazırda ali məktəblərdə çalışan alimlər öz müəllimlərini xoş xatirələrlə yada salır, onun yarımçıq qalmış elmi-tədqiqat işlərini davam etdirirlər.Bu sırada mərhum alimin oğlu Urfan Turabov da var.
Atasının işıqlı yolunu uğurla davam etdirən U.Turabov 1990-cı ildə Moskvada Ümumittifaq Elmi Tədqiqat Heyvandarlıq Institutunun əyani aspiranturasına daxil olmuş, 1993-cü ildə aspiranturanı bitirərək, namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1994-cu ildə aqrar elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 1997-2010-cu illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə şöbəsində baş müfəttiş, baş məsləhətçi vəzifələrində çalışmışdır. 2003-cü ildə ona kiçik dövlət qulluqçusu, 2004-cü ildə 3-cü dərəcəli dövlət qulluqçusu adı verilmişdir.
2010-cu ildən ADAU-nun heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrasında baş müəllim, 2012-ci ildən 2020-ci ilədək Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində dekan müavini vəzifəsində çalışmlşdır. 2021-ci ildən Zoomühəndislik fakültəsinin Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasının müdiri vəzifəsində çalışır. 54 elmi əsərin, 1 dərsliyin, 30 elmi məqalənin, 23 fənn proqramının və metodiki göstərişlərin müəllifidir.
Urfan müəllim də atası kimi xalqımızın xidmətindədir. Onun rəhbərliyi altında gənc magistrlər yetişir. Apardığı elmi-tədqiqat işləri fermer təsərrüfatlarında uğurla tətbiq edilməkdədir. Necə deyərlər,ot kökü üstə bitər. Urfan müəllim atasının yarımçıq qalmış işlərini yaradıcılıqla davam etdirməkdədir.
Arif Tağıyev, professor,
Maarif Məmmədoğlu, ADAU-nun “Aqrar mütəxəssis” qəzetinin baş redaktoru
Tarix: 3-04-2024, 14:12
Xəbəri paylaş