Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Kompetensiyalar və təhsilalanlarda onların formalaşmasının yolları


 
 

Zülfiyyə Vəliyeva,
ADPU ETM-nin elmi işçisi,
Əməkdar müəllim
 
    Müasir dövrdə öyrənənin elm və informasiya tutumlu cəmiyyətdə layiqli yer tutması üçün tədris-təlim prosesində onlarda hansı kompetensiyaların formalaş­­­dırılmasının qabaqcadan müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan kompetensiyaların formalaşmasında inteqrativ xarakterli tənqidi təfək­kürün inkişafında müstəsna rol oynayan fəal təlim metodlarından, yeni yanaş­malardan təhsil sistemində istifadə öz aktuallığı ilə seçilir. Kompetensiyaların formalaşdırılmasında yeni yanaşmalar içərisində təhsildə səriştəli yanaşmanın xüsusi yeri vardır.
 

Son illərdə əmək sferasında gedən köklü dəyişikliklər təhsildə ayrı-ayrı fənlər üzrə biliklərin qazanılması orientasiyasından, müvafıq bacarıqların formalaşmasına, nəticəyönümlü tədris-təlim prosesinin qurulmasına keçidin elmi, pedaqoji-psixoloji əsaslarının işlənilməsini daha da aktuallaşmışdır. Təhsildə səriştəlilik - şərəf, ləyaqət, məsuliyyət; mükəmməl bilik; aldığı biliyi həzm etmək; ondan istifadə edərək xeyir vermək və bunu başqalarına çatdırmaq (ziyalı olmaq); bunlara mane olan əməllərə qarşı barışmaz mövqe tutmaq bacarıqlarını formalaşdırır. Yüksək səviyyədə səriştəlilik, geniş bilik, bacarıq və vərdişlər toplusunun formalaşdırılmasında şəxsi, institusional və ictimai inkişafın əsas amili kimi, tədris-təlim prosesinin keyfıyyətinin yüksəldilməsinə və onun səmərəli idarə olunmasına imkan verən əsas göstərici hesab edilir. Ona görə də insanların səriştəlilik səviyyəsinin yüksəldilməsini və bunun aktuallığını əmək bazarında daimi artan tələblərin, çox böyük sürətlə dəyişən texnoloji yanaşmaların, eyni zamanda akademik və əmək mobiliyinin yüksəlməsi ilə şərtləndirmək lazımdır.

Hazırda təhsildə səriştəli yanaşma, tədris-təlim prosesinin keyfiyyətinin yüksəldilməsi və onun səmərəli idarəedilməsinin vasitəsi olub, dünya təhsil sferasında təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri  kimi qiymətləndirilir. Azərbaycanda islahatın aktiv fazasını yaşayan ümumtəhsil sistemi, eyni zamanda, təhsilin bütün strukturları səriştəli yanaşmadan kənarda qala bilməz. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində ölkəmizdə təhsil sferasında aparılan geniş spektrli islahatların məzmunu və xarakteri belə elmi-pedaqoji tədqiqatların səmərəliliyini bir daha artırdı. Son illərdə ölkəmizdə sosial-mədəni-iqtisadi səviyyədə gedən dəyişikliklər insanlarda tədris-təlim prosesinin keyfiyyətinə, təhsil xidmətlərinin səviyyəsinə başqa formada yanaşmağı, özünütəhsil və özünüqiymətləndirmənin insanın bütün fəaliyəti dövründə həyata keçrilməsini tələb edir. Həyat özü “biliyin verilməsi” prinsiplərindən “tələb olunan bilik və bacarıqların qazanılması” prinsipinə keçməyin elmi əsaslarının işlənməsini aktuallaşdırdı.XXI əsrin təhsil sistemində səriştəli yanaşmanın tətbiqinin geniş miqyasda həyata keçirilməsini tələb edirir.

Araşdırmalar göstərir ki, müxtəlif tip səriştəli yanaşma səviyyəsinin psixo-pedaqoji qiymətləndirilməsi öyrənənlərin, müəllimlərin, məktəbin, idarəetmə qurumlarının səriştəlilik göstəricilərinin müəyyənləşdirilməsinə və ölçülməsinə dair təkliflərin formalaşdırılması təhsildə səriştəlilik probleminin tətbiqi və inkişafı ilə bağlı məsələlərin birgə müzakirəsi və diskusiyaların aparılması yeni səmərəli yanaşmaların tətbiqini tələb edir. Təhsil sistemi qarşısında duran əsas məqsədlərin həyata keçirilməsi üçün səriştəli yanaşmadan istifadə edərək müəyyən edilmiş kompetensiyalar sisteminin tətbiqi nəticəsində bilikli, bacarıqlı, müstəqil düşüncəli və özünüidarəetmə qabiliyyətli şəxslərin yetişdirilməsi məsələləri aktuallaşdırıldı. Ona görə də təhsilini başa vurmuş öyrənən, daimi dəyişən dünyada həyati bacarıqlara yiyələnməli, əmək bazarında öz yerini tutmağa hazır olmalı, öyrənmənin vacibliyini daim başa düşməli, zamanın tələblərinə uyğun müvafıq bilik, bacarıq və vərdişləri qazanmağı bacarmalıdır.

Öyrənənlərdə hansı kompetensiyalar formalaşdırılmalıdır ki, səriştəli yanaşmadan istifadə olunaraq, birinci növbədə insanın fəaliyyətində xüsusi rol oynayan aşağıdakı səriştəlilik göstəriciləri formalaşdırılsın:
  • mürəkkəb formada yazılı mətnləri başa düşmək üçün savadlılıq;
  • ədədlər və ölçülən kəmiyyətlərlə işləmək, onları saymaq və onlar üzərində müxtəlif əməliyyatları yerinə yetirmək üçün ədədi savadlıq;
  • müxtəlif şəraitdə düzgün həyat mövqeyinin seçilməsi və yaşayış tərzinin formalaşdırılması üçün müvafıq bilik, bacarıq və vərdişlərin qazanılması;
  • akademik biliklər sisteminə yiyələnmə.
    Bunlardan başqa müasir cəmiyyətdə harmonik fəaliyyət üçün insanlar  kompetensiyalara da malik olmalıdırlar. Belə kompetensiyalara, əsasən, prosedur, motivasiya və fəaliyyətlə bağlı məsələlər daxil edilir:
  Prosedur kompetensiyalar insana konkret şəraitdə özbacarıqlarını tətbiq etməyə imkan verir. Mühitlə səmərəliqarşılıqlı ünsiyyətə, əlaqəyə və hadisələrə qarşı münasibətlərin formalaşmasında motivasiya ilə bağlı kompetensiyalar xüsusi rol oynayır. Konkret məsələlərin həlli ilə bağlı praktik və psıxoloji hazırlığın, tənqidi təfəkkürün, istənilən situasiyada strategiya və taktikanın seçilməsində isə fəaliyyətlə bağlı kompetensiyaların rolu əvəzedilməzdir. Bunlar eyni zamanda praktik və pramatik (müasir fəlsəfədə gerçəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan) intellektin xüsusi rolu ilə bağlıdır.

Təhsildə səriştəli yanaşma, müasir dövrdə təlimin yalnız ayrı-ayrı fənlər üzrə bilik və bacarıqların verilməsi kimi məqsədindən, həyatı bacarıqların formalaşması üçün tələb olunan kompetensiyalara yiyələnmiş, rəqabətədavamlı şəxsiyyətin yetişdirilməsi kimi əsas məqsədə keçməklə, təhsil paradiqmasının dəyişdirilməsini ən zəruri problem olaraq qarşıya qoyur.

Bundan başqa, təhsildə səriştəli yanaşma öyrənənlərdə formalaşan kompetensiyaların səviyyəsinin ölçülməsi üçün nəzarət-ölçü materiallarının və ilkin  müəllim hazırlığının təkmilləşdirilməsini tələb edir.

Azərbaycan təhsil sislemində artıq uğurla tətbiqinə başlanılmış «Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)» sənədində inkişafetdirici təlim öyrənənin inkişafının təmin olunmasında mühüm təsir vasitəsi kimi müəyyən edilir və tələkkürün inkişafını əqli inkişafın başlıca məqsədi sayır. Təlimin inkişafetdirici xarakteri tədris prosesində tətbiq olunan metodlardan, yanaşmalardan çox asılı olduğundan, öyrədən öyrənənlərin idrak fəaliyyətini fəallaşdıra bilmirsə, təlim özünün başlıca məziyyətini inkişafetdirici xarakterini itirir. Ona görə də məktəb təcrübəsində şagirdlərdə təfəkkürü inkişaf etdirmək üçün nəyi, nə üçün, və necə öyrətmək probleminə diqqət artırılmalı və bu fəaliyyətlər həmişə diqqət mərkəzində saxlanılmalıdır. Müasir dövrdə təlimin əsas məzmununun mənimsənilməsi nəticəsində bacarıqların formalaşmasında təfəkkürün iki tipindən - empirik və nəzəri tiplərindən geniş istifadə olunur. Empirik təfəkkür sadəcə olaraq hadisəni, nəzəri təfəkkür isə mahiyyəti əks etdirdiyindən, nəzəri təfəkkür empirik təfəkkürdən kəskin surətdə fərqlənir və təfəkkürün xüsusi əhəmiyyətə malik növlərindən biri sayılır. Müasir məktəb öyrənənlərdə əsasən nəzəri təfəkkürü, alman fılosofu Hegelin sözləri il desək, ağıllı - dialektik təfəkkürü formalaşdırmalıdır.
 

Məktəbdə öyrənənlərə müəyyən fənlər iizrə biliklər verməkdən daha çox bu biliklərin toplanması yollarını mənimsətmək lazımdır. Bu halda tədris prosesində öyrənənlərdə təkcə biliyin aşılanması getmir, onlarda ilk növbədə nəzəri təfəkkür və ya insan ağlının qiymətli keyfıyyəti olan tənqidi təfəkkür formalaşır. Aparılmış tədqiqatlar göstərir ki, tənqidi təfəkkür ağlın inteqrativ məziyyətidir. 

Təlim prosesində yaradıcılığın səmərəliliyini bilavasitə bu bənzərsiz keyfiyyətlərlə şərtləndirmək lazımdır. Müasir məktəb bu yolda nə qədər elmi- metodik çətinliklərlə rastlaşsa da, XXI yüzilliyin məktəbi təfəkkürün tərbiyəsi problemini öyrənənlərdə tənqidi (yaradıcı) iəfəkkürün formalaşdırılmasından başlamalıdır.

Öyrənənlərdə tənqidi (yaradıcı, divergenl) təfəkkürün formalaşdırılması çox ağır pedaqoji-psixoloji problemlərlə bağlı olsa da, təhsildə səriştəli yanaşmadan istifadə edərək, bu mürəkkəb problemin elmi və pedaqoji əsaslarının formalaşdırılmasına diqqət vermək lazımdır. Dayanıqlı, yaradıcı düşünmə bacarıq və vərdişlərinə malik olmayan öyrənənlərdə (əsasən aşağı sinif şagirdlərində və birinci, ikinci kurs tələbələrində), eyni zamanda yaşlılarda təfəkkürlə bağlı kompetensiyaların imkanlarını genişləndirməklə, sosial, elmi, praktik problemlərin səmərəli həllini təmin etmək üçün inteqrativ xarakter daşıyan tənqidi təfəkkürün formalaşmasına xüsusi diqqət yetirilməlidir:
-Təhsildə   kompetensiyaların tətbiqi məqsədi ilə keçirilən monitorinqlər zamanı bir sıra ciddi məqamlara diqqət yetirmək tələb olunur.
-Kompetensiyaların monitorinqi zamanı təhsildə etnopedaqoji dəyərlərin nəzərə alınması   faydalı ola bilər. 
-Təhsildə kompetensiyaların monitorunqi keçirilərkən ideoloji-metodoloji və bəşəri dəyərlərin qiymətləndirilməsi faydalı ola bilər. 
-Təhsildə səriştəli yanaşmanın tətbiqi genişləndirilməli, təhsil müəssisələrində ayrı-ayrı fənlərin dərindən öyrədilməsi metodlarından tədricən imtina etməklə, həyati bacarıqların formalaşdırılması, öyrənməyə istiqamətlənmiş, nəticəyönümlü tədris-təlim prosesinin əsas prinsipi olan inteqrasiya olunmuş biliklər sisteminə yiyələnmiş yüksək intellektli, sağlam düşüncəli, məntiqi təfəkkürlü, rəqabətədavamlı şəxsiyyətin yetişdirilməsi və bütövlükdə bu proseslərin səmərəli idarəolunması istiqamətindənaliyyətlər genişləndirilməlidir.
-Biliklərin mənimsənilmə prosesində nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün əsas tələblərin, o cümlədən təlim prosəsində iştirak edən hər bir təhsil alanın və bütövlükdə təhsil alanlar qrupunun bilikləri mənimsəmə səviyyəsinin keyfiyyətcə qiymətləndirilməsi və monitorinqi zəruridir.

Müəllim hazırlığı üzrə aparılan işlər Azərbaycan Respublikasında müəllim hazırlığının müasir tələblərə cavab verən səviyyəyə qaldırılması, daha keyfiyyətli və yaradıcı işləmək qabiliyyətinə malik olan pedaqoji kadrların hazırlanması və bu hazırlığın müasirləşdirilməsi, beynəlxalq təcrübə və milli ənənələr əsasında məzmunun, strukturun, pedaqoji təhsil müəssisələrində bütün pedaqoji prosesin daha da təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərini əhatə edir. 

Təhsildə keyfiyyətinin idarə olunması sistemi həmişə Ali təhsil sistemində  onların hazırladıqları məzunların peşəkarlıq  səviyyəsindən, ali məktəbin maddi-texniki və kadr potensialından, universitetin əməkdaşlarından onların səmərəli idarə edilməsindən asılıdır.


Tarix: 2-04-2024, 01:15

Xəbəri paylaş