Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Fizika dərslərində İKT-dən istifadənin əhəmiyyəti və perspektivliyi



 
 
Arzu KƏRİMOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
 Fizika fakültəsinin 
Texnologiya kafedrasının baş müəllimi
 
 İnformasiya  və Kommunikasiya Texnologiyaları dedikdə, informasiyanın fərdi, kütləvi istehsal kommunikasiyaları məqsədilə hazırlanması, emal edilməsi, təqdim edilməsinə yönəlmiş obyekt, əməliyyat və qaydalar kompleksi başa düşülür. 
 
 Hazırda İnformasiya Kommunikasiya Texnologiyaları anlayışına aşağıdakılar daxildir: 
1. Mikroelektronika; 
2. Kompüterin yaradılması və istehsalı, proqram təminatının hazırlanması;
3. Rabitə və telefonlaşma;
4. Mobil servislər;
5. İnternetin informasiya resursları ilə təmin edilməsi.

  Müasir fizika dərslərində İKT-dən istifadənin perspektivliyi və pedaqoji məqsədyönlülüyünün aspektləri kimi aşağıdakıları göstərə bilərik: 
1. Fiziki kəmiyyətlərin qiymətlərinin birbaşa ölçülməsi real ölçü cihazlarının bir hissəsi kimi; 
2. Natural fiziki eksperimentin nəticələrinin emalı, saxlanması və vizuallaşdırması. 
 
   İnformasiya və Kommunikasiya Texnologiyaları təxəyyülün idraki qabiliyyətindən istifadə edərək informasiyanın duyğu orqanları vasitəsilə qavrayış imkanlarını genişləndirir. Məhz emosional, duyğulu, estetik qavrayış aspektləri gələcəkdə öyrədici vasitə və proqramların hazırlanmasında mühüm rol oynayacaq. Yeni informasiya texnologiyaları biliyin yoxlanılması vasitəsi olmaqla yanaşı biliyin möhkəmləndirilməsinə də əlverişli şərait yaradır. Artıq İnformasiya Kommunikasiya Texnologiyaları yeni idraki imkanlar açır. Müəllim tələbələrdə fənnə maraq oyadır, yeni materialın şərhini İnformasiya Kommunikasiya Texnologiyaları vasitəsilə əyani şəkildə illüstrativ şərh edir ki, video konfrans və virtual olaraq hiss etsinlər. Makro və mikro aləmə səyahət etsinlər.
 
  Son zamanlar kompüterləşdirilmiş laboratoriya işlərinin təşkilinə yönəlmiş proqram və aparat vasitələrinə maraq artmışdır. Kompüter informasiyanın toplanması və statistik emalı, hər hansı nəzəri modellə eksperimentin nəticələrinin müqayisə olunması ilə məşğul olur. Ənənəvi natural fiziki eksperiment üçün İKT vasitəli verilənlərin çevik statistik emalını və sonradan dünyanın ixtiyari ölkəsinə ötürülməsini və böyük həcmdə informasiyaların saxlanması imkanını və alınan nəticələrin vizuallaşdırılmasını təmin edir. 

   Fizika dərslərində istifadə olunan İKT vasitələrinə inteqrallaşdırılmış riyazi proqram paketlərini, qrafiklərin qurulmasını, riyazi vasitələrlə fiziki proseslərin modelləşdirilməsini göstərmək olar. Bunlar çox geniş yayılmış xüsusi paketlərdir: S-Plus, Xplo Re, StatGraf, Studiya, SPSS, Dynamic, BMDP, Systat və s. Sistemlərə Derive, Reduce, Macsyama, MatLab, MathCad və sair, inteqrallaşdırılmış paketlərə isə Maple V, Matematica və s. göstərmək olar. 

  Fizika dərslərində elektron cədvəllərdən istifadə olunması metodik cəhətdən böyük maraq kəsb edir (məs: Microsoft Excel). Onların köməyi ilə aşağıdakı fəaliyyət növləri həyata keçirilə bilər: 
- fiziki proseslərin riyazi modelləşdirilməsi; 
- ədədi verilənlərin emalı; 
- qrafik və diaqramların qurulması. 

   Bu, ona görə vacibdir ki, analitik həllərin alınmasına imkan verən, real təbiət hadisələrini təsvir edən məhdud sayda məsələlər mövcuddur. Hətta onların da dərs prosesində həlli ya zaman azlığından, ya da auditoriyanın riyazi hazırlığının kifayət qədər olmamasından mümkün olmur. Məhz belə vəziyyətlərdə nəticələrin vizuallaşdırılması ilə ədədi modelləşdirmə ənənəvi təlim metodlarından fərqlənir.
Müasir fizika dərslərində İKT-nin tətbiqinin aşağıdakı əsas istiqamətləri mövcuddur: 
  • Kompüter texnikasından təlim vasitəsi kimi istifadə;
  • Kompüter texnikasından təlim aləti kimi istifadə;
  • İKT-nin təlim obyekti kimi öyrədilməsi;
  • Tələbələrin texniki yaradıcılığının inkişafında İKT-dən istifadə;
  • İnformasiya və Kommunikasiya Texnologiyaları ilə biliklərə nəzarət, testləşdirmə, psixodiaqnostika, korreksiya proseslərinin avtomatlaşdırılması;
  • Bu texnologiyalar əsasında pedaqoji təcrübənin, tədris-metodik ədəbiyyatın öyrənilməsi, yayılması, mübadiləsi məqsədilə kommunikasiyaların qurulması; 
  • Fizikadan əyləncəli məşğələlərin təşkilində İKT-dən istifadə.
   İnformasiya texnologiyalarının bu imkanları tələbələrə şəxsiyyətinin ilkin formalaşmasına, onun qabiliyyətinin müəyyənləşməsi və inkişaf etməsinə, öyrənmə istəyinin və bacarığının formalaşmasına, bilik və bacarıqlarının tam həcmdə mənimsənilməsi üçün şəraitin yaradılmasına imkan verir. 

Bu texnologiyaların təhsildə tətbiqinin əsas məqsədi informasiya cəmiyyətində tələbələrin intellektual imkanlarını gücləndirmək təlim prosesinin humanistləşdirilməsi, fərdiləşdirilməsi, intensivləşdirilməsi və təhsil sisteminin bütün pillələrində təlimin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.
 

"Təhsil" jurnalı
12 mart 2024-cü il


Tarix: 12-03-2024, 10:47

Xəbəri paylaş