ALİ İQTİSADİYYAT MƏKTƏBLƏRİNDƏ RİYAZİYYAT KURSU TƏDRİSİNİN BƏZİ PROBLEMLƏRİ
Qabil NAMAZOV
Bakı Biznes Universitetinin Ali riyaziyyat və texniki fənlər
kafedrasının dosenti
XX əsrin ortalarından başlayaraq xalq təsərrüfatında, sənayedə, iqtisadiyyatda və s. sferalarda riyazi üsullardan geniş şəkildə istifadə olunur, çünki iqtisadi riyazi modellər və üsullar sürətlə inkişaf edərək bütün sahələrə sirayət etmişdir. İqtisadiyyatın bütün sahələrində meydana çıxan məsələlərin həlli riyaziyyatla bağlıdır.
İqtisadiyyat məsələlərində riyazi üsulları tətbiq etdikdə həllin seçilməsində aşağıdakı cəhətlərə diqqət vermək lazımdır:
- Hesablamalar vasitəsilə bir çox variantları qiymətləndirməklə həllin bütün mümkün qiymətlərinə baxmaq;
- Həllin seçilməsində meydana çıxan göstəriciləri riyazi dildə ifadə etmək;
- Tələb olunan uyğun həllin seçilməsi.
Bu deyilənləri riyazi dildə ifadə etmək sualı qarşıda durur və buna göstərilən sistemin riyazi madeli deyilir.
Beləliklə, riyaziyyatın rolu aşkar şəkildə özünü əks etdirir. Lakin riyaziyyatın rolu bununla məhdudlaşmır, modelin xassələrinin öyrənilməsində və uyğun həllin seçilməsində alət kimi istifadə edilir.
Riyaziyyatın ali cəbr və xətti cəbrin nəzəriyyəsini bilmədən xətti proqramlaşdırmaya aid iqtisadi modellərin həlli üsullarını vermək mümkün deyil. Matrislər anlayışının yüksək səviyyədə öyrənilməsi xətti proqramlaşmada qoşmalıq nəzəriyyəsinin çətinlik çəkmədən öyrənilməsinə səbəb olur. Parametr daxil olan xətti tənliklər sisteminin öyrənilməsi parametrli xətti proqramlaşdırma məsələsinin, kəsr-xətti proqramlaşdırma məsələsinin və blok strukturlu xətti proqramlaşdırma məsələsinin həllində mühüm rol oynayır.
Riyaziyyat kursundan funksiyaların qrafiklərinin qurulması və xətti tənliklər sisteminin qrafikinin qurulmasının keyfiyyətli öyrənilməsi, kompleks işlərin planlaşdırılması və onun şəbəkə qrqafikinin əsas parametrlərinin tapılması üsullarının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
İqtisadi modellər və üsullar, tətbiqi riyaziyyat, istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi, Menecment, Marketinq, Biznesin təşkili və idarə edilməsi, Gömrük ekspertizası və s. ixtisaslarda təlimin nəticələrinin yüksək səviyyədə olması üçün riyaziyyatın rolu danılmazdır.
Ali iqtisadiyyat üzrə ixtisasların tədrisində yüksək sıviyyədə keyfiyyətli təhsil almaq üçün riyaziyyat kursundan aşağıdakı nəzəriyyələrin tədrisinin daha səmərəli olması diqqətdən qaçmamalıdır:
1) Xətti cədr və riyazi analizin elementləri:
- Çoxluqlar və onlar üzərində əməllər;
- Matrislər və onlar üzərində əməllər;
- Vektorlar və onlar üzərində əməllər;
- Xətti çevirmələr;
- Məsafə və onun xassələri;
- Kütlələr və limitlər;
- Tamlıq və kompaktlıq və s.
2) Diferensial tənliklərin nöləri, onların həllərinin varlığı və yeganəliyi, parametrlərdən asılı tənliklər sisteminin həllinin varlığı və yeganəliyi;
3) Variasiya hesabının sadə məsələləri, ucları hərəkət edən variasiya məsələləri, bucaq nöqtəli ekstremallar və ekstremumun kafi şərtləri.
4) Optimal idarə məsələləri və klassik variasiya üsulları. (bu fəsildə optimal idarə məsələlərinin ümumi qoyuluşu və təsnifatı verilmiş, zamanı qeyd edilmiş və ucları hərəkət edən məsələlər həlli təhlil edilmişdir).
L.S. Pontrayeginin maksimum prinsipini yaxşı mənimsəmək üçün zaman qeyd edilmiş və ucları sərbəst klassik idarə məsələsinə aid misal üzrə araşdırma aparılmalıdır. Bu, L.S. Pontrayeginin maksimum prinsipinə həsr edilmişdir. Bəzi anlayışları daxil etməklə, ümumi halda maksimum prinsip ifadə edilmişdir. Sonra haqqında məsələ də daxil olmaqla, avtonom və qeyri-avtonom sistemlər üçün bu prinsipi vermək lazımdır.
Optimal idarə məsələlərinin həllinə dinamik proqramlaşdırma metodu tətbiq olunmaqla, burada, həm birölçülü, həm də çoxölçülü diskret sistemlərdə dinamik proqramlaşdırma metodu tətbiq edilməli və bu metod kəsilməz sistemlər üçün əsaslandırılmalıdır.
Ali iqttisadiyyat məktəblərində ixtisas fənlərinin öyrənilməsində, iqtisadiyyat məsələlərində riyazi metodların tətbiq edilməsində və riyazi modellərin qurulmasında riyaziyyat kursunun xüsusi rolu vardır.
Ali iqtisadiyyat məktəblərində istər bakalavr, istərsə də magistr təhsil pilləsində tədris proqramını hazırlayarkən riyaziyyat kursundan indiki dövrdə iqtisadiyyat məsələlərinin yeni informasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilməsi nəzərə alınmalıdır. Ali iqtisadiyyat məktəblərinin iqtisadiyyat ixtisaslarında riyazi metodların tətbiqi və riyazi modellərin qurulması, riyaziyyatın müxtəlif nəzəriyyələrinin öyrədilməsi ali iqtisadiyyat məktəbləri üçün riyaziyyatın tədrisi metodikası vasitəsi ilə həyata keçirilir.
Ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun tədrisi metodikasının öyrənilməsi iqtisadiyyat ixtisaslarının öyrənilməsinin səmərəliliyinin artması ilə nəticələnir. Bu isə professor-müəllim heyətinin riyaziyyatın tədrisi metodikasını bilməklə yanaşı, həm də pedaqogika və psixologiyanı bilməsi məsələsini qarşıya qoyur. Bu o deməkdir ki, ali iqtisadiyyat məktəblərində riyaziyyatın kursunun tədrisi metodikası riyaziyyatın pedaqogikası və psixologiyası ilə əlaqədardır, yəni riyaziyyat, pedaqogika və psixologiya elmlərinin bir-birilə əlaqələri bir aparat təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi” Fərmanının xüsusi rolu var. Belə ki, ali məktəbləri istiqamətləndirən qərarlar və sənədlər ali iqtisadiyyat məktəblərinin riyaziyyat kursunda dəyişikliklər və yeniləşmələr kimi məsələləri qarşıya qoymuşdur. Həm də ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun məqsəd və vəzifələri müəyyənləşdirilmiş və kursun tədrisinin yeni informasiya texnologiyalarının tətbiqi ilə təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Aparılan islahatlara əsaslanaraq deyə bilərik ki, ali iqtisadiyyat məktəblərinin əsas vəzifəsi və riyaziyyat kursunun nəzəri və praktiki istiqamətlərdə tədrisinin məqsədi gələcək bakalavrlara veriləcək iqtisadi təhsilin, yüksək, keyfiyyətli biliklərin əldə olunmasıdır.
İndiki dövrdə dünyagörüşlü, formalaşmış, bilikli, təfəkkür inkişafına malik olan iqtisadçıların hazırlanmasında pedaqogika, psixologiya elmləri ilə birlikdə həm də riyaziyyat elmi də rol oynayır. Riyaziyyat və kibernetikanın əlaqəli fəaliyyətində zehni əməkdən az istifadə etməklə əldə olunan mürəkkəb idarəetmə sistemində psixologiya elmindən geniş istifadə olunur. Daha doğrusu psixologiya, riyaziyyat və kibernetikanın qarşılıqlı əlaqələri nəticəsində iqtisadiyyat elminin müxtəlif sahələri yaranmışdır. Hazırda bu yaranan sahələrdə meydana çıxan məsələlərin həllində, riyazi modellərin qurulmasında riyaziyyat kursunun yeni informasiya texnologiyalarının tətbiqi ilə tədrisinə böyük ehtiyac vardır.
İndiki dövrdə psixologiyanın bir istiqaməti psixotexnikadır, yəni texnika, sənaye və idarəetmə sistemləri insanın psixi imkanları qarşısında olduqca mürəkkəb tələblər qoyur. Bütün elmlərdə riyaziləşmə geniş şəkildə tətbiq olunur, buna görə elmlərdə riyaziləşmə və riyazi metodların günü-gündən genişlənməsi özünü əks etdirir.
Ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun yeni informasiya texnologiyalarının tətbiqi ilə tədrisi metodikasının əsas vəzifələrindən biri də gələcək bakalavrları riyaziyyat kursunun anlayışları ilə tanış edərkən həmin anlayışlara gətirilən məsələlərin həllində ən optimal üsulların seçiılməsindən ibarətdir.
Təlimin prinsip və metodlarından yüksək səviyyədə istifadə etmək, iqtisadiyyat üzrə ixtisaslarda riyazi modellərin qurulmasında və riyaziyyatın nəzəri və praktik istiqamətlərdə tədrisinin yeni informasiya texnologiyalarının tətbiqi ilə aparmaq gələcək iqtisadçıların təfəkkürünü inkişaf etdirir və bu halda iqtisadi riyazi təhsil praktik əhəmiyyətə səbəb olur.
Gələcək iqtisadçıları formalaşmış, dünyagörüşlü peşəkar kimi yetişdirmək üçün iixtisas istiqamətləri üzrə riyaziyyatın nəzəri və praktik istiqamətlərdə tədrisinin yeni informasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilməsi öyrənənlərdə həvəs oyadır və bir sıra müsbət keyfiyyətlərə səbəb olur. Bu, həm də, ali iqtisadiyyat məktəblərində “Riyaziyyat kursu nə üçün öyrədilir?” və “İqtisadiyyatın nəzəriyyələrinin tədrisində riyaziyyat elminə, pedaqogikaya, psixologiyaya və riyaziyyatın tədrisi metodikasına əsaslanmaq lazımdırmı” suallarının aydınlaşdırılması vəzifəsini qarşıya qoyur.
Ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun yeni informasiya texnologiyalarının tətbiqi ilə tədrisinin qarşısında həm də aşağıakı vəzifələr durur:
- İqtisadiyyatın ixtisasları uzrə riyaziyyatdan deyiləcək nəzəriyyələrinin seçilməsi;
- Yeni informasiya texnologiyalarının tətbiqi ilə riyaziyyatın tədrisində əldə olunan nəticələrin araşdırılması;
- Əldə olunmuş materiallarla tədrisin təşkili və aparılması.
Göstərilənlərin həlli bir elm kimi ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun yeni informasiya texnologiyalarının tətbiqi ilə tədrisi metodikasının məzmununu əks etdirir. Riyaziyyatın tədrisi metodikası üzrə iş dedikdə riyazi nəzəriyyələrin öyrənilməsində nəzəri və praktik məqsədlərin həyata keçməsi başa düşülür.
Ali iqtisadiyyat məktəblərində gələcək bakalavrların təfəkkürünün inkişaf etdirilməsi, onların fəaliyyətinin idarə olunması sistemi tədris prossesinin əsas amillərindəndir. İqtisadiyyatın müxtəlif sahələrində, riyaziyyatın tədrisində nəzərdə tututlan əsas faktorlar aşağıdakılardır:
- Riyazi məntiqi bilmək;
- Alqoritmik təfəkkürü inkişaf etdirmək;
- Əsas ədədi hesablama metodlarını bilmək və onların həllini kompüterlə həyata keçirmək;
- Riyazi bilikləri genişləndirməyi bilmək;
- Yeni informasiya texnologiyalarının iqtisadi məsələlərə tətbiqini bacarmaq.
Hazırda ali iqtisadiyyat məktəblərində riyaziyyatın yeni informasiya texnologiyalarının tətbiqi ilə tədrisi metodikasının hazırlanmasına böyük ehtiyac vardır. Deyilənlərin öz həllini tapması üçün qarşıda duran əsas problem konsepsiyanın seçilməsi, yeni informasiya texnologiyalarının tətbiqi ilə iqtisadiyyat ixtisasları üçün tədris planının hazırlanması və uyğun tədris proqramı üzrə mövzuların müasir tələblərə tətbiqindən ibarətdir.
İqtisadiyyat ixtisaslarında əsasən klassik riyaziyyat və riyazi stukturun diskret xarakterli xassələrinə baxılır. Ümumiyyətlə, ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun yeni informasiya texnologiyalarının tətbiqi ilə tədrisində diskret riyaziyyata, riyazi məntiqə, qrafalar nəzəriyyəsi, ehtimal nəzəriyyəsi, riyazi statistikanın elementlərinə və xətti proqramlaşdırma məsələlərinə xüsusi diqqət vermək lazımdır.
Riyazi metodlar iqtisadiyyatın müxtəlif sahələrində tətbiq edilir və kompüterdən istifadə geniş tətbiq olunur. Son illərdə ali iqtisadiyyat məktəblrində riyaziyyat proqramlarında ardıcıl olaraq dəyişikliklər və yeniliklər özünü əks etdirir.
Hazırda dövlət təhsil standartlarına uyğun təkmilləşmiş riyaziyyat proqramlarında yeni informasiya texnologiyalarının tətbiqinə geniş yer verilmişdir.
Ali iqtisadiyyat məktəblərində riyaziyyatın başqa iqtisadi fənlərlə əlaqəsi böyük əhəmiyyət kəsb edir və həm də fənlərarası əlaqələrin elmi-metodik məsələləri, riyaziyyatın təlimində qarışılıqlı əlaqələrin həyata keçməsində yeni informasiya texnologiyalarından istifadə gələcək iqtisadçıların geniş bilik əldə etməsində səbəb olur. İqtisadiyyatın elmlərində də diferensasiya prosesi baş vermiş və bu fənlərin hər birinə uyğun olaraq tiyaziyyatın yeni informasiya texnologiyalarının tətbiqi ilə tədrisi zamanı məzmunun daim yeniləşməsi, elm səviyyəsinin yüksəldilməsi fənlərarası əlaqələrin reallaşmasını zəruri edir.
İndiki dövrdə riyazi biliklərdən, yeni informasiya texnologiyalarının tətbiqindən istifadə etmədən xəti proqramlaşdırma, menicer və s. kurslarında nəzəri və praktik istiqamətlərdə müvəffəqiyyət əldə etmək çətin olur. Riyaziyyat kursunda bir çox nəzəriyyələr irəli qaçır, bu halda bəzən lazımi imkanlardan istifadı edilmir. Yəni ali riyaziyyat kursunun iqtisadiyyat fənlərinin tədrisində işlədilən əsas anlayışları həledici şəkildə öz həllini tapmır. Məhz ona görə də ali riyaziyyat kursunun iqtisadiyyat fənlərində inteqrasiya məsələlərinə baxmaq qarşıda durmalıdır.
Didaktikanın prinsiplərinə əsaslanaraq ali iqtisadiyyat məktəblərində ali riyaziyyat kursu ilə iqtisadiyyat fənləri arasındakı əlaqələrdə meydana gələn çətinliklərin aradan qaldırılması yollarını nəzərdən keçirək.
Elm və texnikanın sürətli inkişafı iqtisadiyyat sferasında da dəyişikliklərə, yeniliklərə səbə olmuşdur. Ali riyaziyyat kursunun bir çox nəzəriyyələri (iqtisadiyyat fənlərində) yeni informasiya texnologiyalarının tətbiqi ilə tədrisində özünü əks etdirir, bir çox iqtisadi məsələlərin riyazi həlli isə kompüterlərlə gətirilir. Məhz buna görə də yeni riyazi metodların yaranması qarşıda durur. İndiki dövrdə iqtisadiyyat məsələlərində yeni informasiya texnologiyalarının yeniliklləri ali iqtisadiyyat məktəblərində elmi-metodik cəhətdən professor-müəllim heyətinin bu sahədə hazırlığına ehtiyac olduğunu qabarıq şəkildə əks etdirir.
Ali iqtisadiyyat məktəblərində tədris olunan müxtəlif fənlərdə yeni informasiya texnologiyalarının tətbiqi gələcək iqtisadçıların hazırlığını təmin etməlidir. İndiki dövrdə ali iqtisadiyyat məktəblərində həyata keçirilən dəyişikliklər və yeniliklər professor-müəllim heyyətinin həm pedaqoji və həm də psoxoloji hazırlığını qarşıya qoyur. Yeni informsasiya texnologiyalarının tətbiqi ilə ali riyaziyyat kursunun nəzəri və praktik istiqamətlərdə tədrisində progessor-müəllim heyətinin elmi-metodik hazırlığı bu kursun səmərəliliyini şərtləndirən, onların təkmilhətlərləşdirilməsinə səbəb olan cəhətlərdən biridir. Yəni ali iqtisadiyyat məktəblərində aparılan islahatlar professor-müəllim heyətinin riyazi hazırlığından başqa həm də onların pedaqoji-psixoloji, metodoloji, elmi-metodik hazırlığında və təkmilləşdirilməsində də öz həllini tapmalıdır. Çünki, gələcək iqtisadçıların əldə etdikləri biliklərin öz peşələrində müasir tələblərə uyğun tətbiqi həlledici rol oynamalıdır.
Ali iqtisadiyyat məktblərində ali riyaziyyat kursunun məqsədi, vəzifləri, mahiyyəti, rolu və məzmununun yeni informasiya texnologiyalarının tətbiqi ilə təkmilləşdirilməsi gələcək iqtisadçıların öz peşə istiqamətlərində hərtərəfli dünyagörüşə malik olan mütəxəssis kimi hazırlanmasında önəmli rol oynayır. Gələcək iqtisadçıların qazandıqları biliklərdə yeni informasiya texnologiyaları və iqtisadiyyat elminin tələbləri arasında meydana çıxan çatışmazlıqları aradan qaldırmaq üçün ali riyaziyyat kursunun məzmununa indiki dövrün tələblərinə uyğun yenidən baxılmalı, kursun nəzəri və praktik istiqamətlərdə tədrisində tətbiqi məsələlərinin həllinə geniş yer verilməlidir. Gələcək iqtisadçıların müasir tələblərə uyğun hazırlığını elə qurmaq lazımdlr ki, onlar keyfiyyətli biliyə malik olsunlar.
Elm və texnikanın sürəli inkişafının nəticəsində iqtisadiyyatın müxtəlif nəzəriyyələrinin qovşağında yeni elm sahələri yaranır və bunun əsasında isə yeni istehsalat sahələri yaranır. Bu halda həyata keçirilən islahatlara göə yeni informasiya texnologiyalarının dəyişməsi, yeniləşməsi keyfiyyətli biliyə malik olan mütəxəssislərin hazırlanamsını qarşıya qoyur. Riyaziyyat kursunun nəzəri və praktik istiqamətlərdə yeni informasiya texnologiyalarının tətbiqi ilə tədrisi, bu kursun müasir tələblərə uyğun tədrisi metodikasını hazırlamaq, digər iqtisadiyyat fənləri ilə inteqrasiyasını təmin etmək, dünyagörüşlü, bilik, bacarıq və vərdişlərə malik olan iqtisadçı kadrların hazırlanmasına səbəb olur. Gələcək iqtisadçıların hərtərəfli şəxsiyyət kimi yeniləşməsində maddi-texniki bazanın yaradılması və yeni informasiya texnologiyalarından istifadə rol oynayır.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ali məktəblərin dəqiq fundamental elmlərin yeni informasiya texnologiyaları və İKT-nın tətbiqi ilə tədrisinin həyata keçirilməsi aktual problemlərdən biridir. Təhsil sferasında aparılan islahatlara əsaslanaraq həyata keçirilən dəyişikliklər, yeniləşmələr, modernləşmələr gələcək mütəxəssislərin keyfiyyətli təhsilə malik olmalarında, riyaziyyatın iqtisadiyyat məsələlərində nəzəri və praktik istiqamətlərdə tətbiqinə riyazi modelin qurulması, inkişaf etdirilməsi, səmərəli inteqrasiyanın həyata keçməsi gələcək iqtisadçıların öz peşə üzrə yüksək səviyyəli mütəxəssis kimi yetişmələrində mühüm rol oynayır.
Gələcək iqtisadçılar orta məktəbdən qazandıqları bilikləıri ali məktəbin riyaziyyat kursunun müxtəlif nəzəriyyələrinin öyrənilməsində əsas başlanğıc rol oynayır. Buna görə də ali iqtisadiyyat məktələrində riyaziyyat kursundan tədris proqramını tərtib edərkən tədris dərs saatlarının azlığını və yeni informasiya texnologiyalarının tətbiqi ilə kursun nəzəri və praktik istiqamətlərdə tədrisinin nəzərə alınması öz əksini tapmalıdır.
Riyaziyyat kursunun iqtisadiyyat fənləri ilə əlaqələrinin təmin olunması üçün aşağıda göstərilənlər öz həllini apmalıdır:
- Riyaziyyat kursundakı nəzəriyyələrin yeni informasiya texnologiyalarının tətbiqinin inkişafı xüsusiyyətlərinin xarakterizə edilməsi;
- Riyaziyyat kursunun yeni informasiya texnologiyalarının tətbiqi ilə nəzəri və praktik istiqamətlərdə tədrisində əldə olunan biliklər sisteminin iqtisadiyyat elimləri ilə əlaqəsinin həyata keçməsi;
- İnnovasiya və sistemli yanaşmanın yeni informasiya texnologiyalarının tətbiqi ilə tələblərinin əks olunması.
Göstərilənlər sistemli şəklidə öz həllini taparsa onda bu münasibət və riyaziyyat kursunun iqtisadiyyat fənləri arasındakı əlaqələr sisteminin tamlığını təmin edər.
Riyaziyyat kursunun nəzəriyyələrinin iqtisadiyyat fənləri arasındakı əlaqələri müxtəlif spesifik xüsusiyyətlərə malikdir. Bu kursun tədrisi metodikasının müasir informasiya texnologiyasının tələblərinə uyğun hazırlanması kursu təşkil edən nəzəriyyələrin iqtisadiyyat fənləri ilə əlaqələrinin yaranmasına imkan verir.
İndiki dövrdə riyaziyyat kursundakı nəzəriyyələrin hər birinin özünəməxsus metodlarından müxtəlif iqtisadiyyat fənlərində istifadə özünü əks etməlidir.
İndiki dövrdə riyaziyyat elminin iqtisadiyyat fənlərinə inteqrasiyası həyata keçdikdə yeni metod və formalardan istifadə zərurəti yaranır.
Buna görə də riyaziyyat kursunun nəzəri və praktik istiqamətlərdə tədrisinin iqtisadiyyat fənləri ilə əlaqəsi aşağıdaklara səbəb olur:
- İqtisadiyyat elmləlrinin inteqrativ inkişafında riyaziyyat və riyazi modellər öz əhəmiyyətini əks etdirir;
- Fənlərin tədrisində keyfiyyətli bilik əldə etmək üçün əldə olunan riyazi biliklər müasir tələblərə uyğun problemlərin həllində aktuallığını saxlayır;
- İqtisadiyyat fənlərinin tədrisi prosesində əlaqələrin reallaşdırılmasında riyaziyyatdan istifadə olunması bir növ qanunauyğunluğu əks etdirir.
Mühüm problemlərdən biri də ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun nəzəri və praktik istiqamətlərdə tədrisinin iqtisadiyyat fənləri arasındakı əlaqələrdə meydana çıxan çətinliklərin aradan qaldırılması yollarının olması, həm də yaranmış ziddiyətlərin müəyyənləşdirilməsidir.
ƏDƏBİYYAT
1. М.Н. Берулава. Интеграция содержания образования. Мoskva-1998, Совершенство, стр. 192;
2. Ю.С. Васильев. Квалификационный потенциал высшей школы и высокие интеллектуальные технологии образования и науки. Вторые академические чтения “Высшее образование: проблемы и перспективы развития” Киев-1995, стр. 101-103;
3. Н.В. Алешин, Ю.Н. Семенов. Новое направление подготовки специалистов;
4. Высшая математика для экономистов (Под редакцией профессора Н.Ш. Кремера);
5. М.Н. Bağırov, J.Q. Osmanov. İqtisadi-riyazi modellər və üsullar. Bakı-2011, Çaşıoğlu;
6. M.Mahmudov. ”Riyaziyyatın tədrisi metodikası” Bakı-2006, ”ADPU” mətbəəsi, səh. 273;
7. M.Mahmudov. Bolonya prosesi: problemlər, perspektivlər, reallıqlar. Bakı-2010, “Elm və təhsil” nəşriyyatı, səh. 503;
8. M.Mahmudov. Dünyada təhsil sistemləri. Bakı-2014, Mütərcim.
8 dekabr 2023-cü il
Tarix: 8-12-2023, 18:31
Xəbəri paylaş