Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsilin keyfiyyəti müəllimin yaradıcı əməyindən asılıdır

 




 
 Şahrza Ağayev,
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi.
E-mail: [email protected]  
 

  XIX əsrdə Almaniyanın “Die Neue zelf” jurnalında dərc olunmuş bir məqalədə deyilirdi ki, “siyasi iqtisadçılar qeyd edirlər ki, əmək hər cür sərvətin mənbəyidir”. Əməyin insan həyatının birinci əsas şərti olması isə həmişə vurğulanır. Əmək təbiətlə insan arasında baş verən məqsədyönlü bir proses olub cəmiyyətin zəruri tələbatları ilə şərtlənərək, özündə mühüm səciyyəvi cəhətləri ehtiva edir. Buraya, ilk növbədə məqsədəuyğun fəaliyyət, ictimai və yaradıcı xarakter, əmək alətlərinin yaradılması prosesi də daxil edilir. Tədqiqatçılar fəlsəfi müddəalara əsaslanaraq əməyin instinktiv və şüurlu formalarından ibarət olduğu fikirlərini də irəli sürürlər. Alimlərin qənaətinə görə,  əmək, cəmiyyət və dil arasında qarşılıqlı qırılmaz münasibətlər vardır. Əmək prosesi nəticəsində cəmiyyət yaranmışdır. Əmək prosesində yaranan qarşılıqlı ünsiyyət saxlamaq ehtiyacı dilin yaranmasını zəruri etmişdir. İnsanın tərbiyəsində əmək ona görə həlledicidir ki, o, insanın məqsədyönlü fəaliyyəti olub istehsalın ayrı-ayrı fazaları - istehsal, bölgü, mübadilə və istehlakla bilavasitə əlaqədardır. Ona görə də əməyə iqtisadi kateqoriya olmaqla pedaqoji prosesdə şəxsiyyətin formalaşmasında mühüm vasitə kimi baxılır. İnsanın əmək qabiliyyəti, enerjisi onun tərbiyəsi ilə sıx bağlıdır. Bu mənada təlim əməyi prosesində öyrənənin istifadə etdiyi maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) qüvvə onun məqsədyönlü fəaliyyətini təmin edir. Müasir dövrdə ümumtəhsil məktəblərində texnologiya fənninin tədris olunması, ilk növbədə şagirdlərdə texnologiya mədəniyyəti, texnoloji bilik və bacarıqlarının inkişaf etdirilməsi, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri zəruriyyətindən irəli gəlir və onlarda həyati bacarıqların formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır (3.səh.53).

 Təbiidir ki, təhsilin keyfiyyəti müəllimin yaradıcı əməyindən, öyrənənlərin mənəvi, intellektual və estetik inkişafının, dövrə uyğun texnoloji bacarıqlar əldə etməklə sosial-iqtisadi uyğunlaşmalarına zəmin yaradılması da əmək tərbiyəsindən başlayır. “Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.” Təhsil haqqında qanunda qeyd olunan konseptual ideyalara müvafiq şəkildə təhsilin keyfiyyətini müasir tələblər səviyyəsinə qaldırmağa nail olmaq üçün, ölkədə sistemli olaraq məqsədyönlü və planlı işlər həyata keçirilir. Bəşəriyyətin əldə etdiyi elmi-texniki və əxlaqi dəyərlərə yiyələnmə, öyrənənlərdə təlim əməyinə maraq yaratmaq, onların bir vətəndaş kimi yetişməsində mühüm amillərdəndir. Bu işdə  müasir təhsilin imkanları daha genişdir. Araşdırmalardan aydın olur ki, təhsilə marağın artırılması üçün müəllim tədris materiallarının məzmununu konkretləşdirməyi bacarmaqda və dünyada aparılan pedaqoji tədqiqatlarla inteqrasiyada peşəkarlıq göstərməlidir. Öyrənənlərdə təlim əməyinə maraq yaratmaq problemin həlli, müəllimin yaradıcı potensialından, peşəkarlıq səviyyəsindən, təlimin formalarından, yeni pedaqoji texnologiyalarının  tətbiqindən, öz üzərində daim işləməsindən, təfəkkürlü və humanist yönümlü insan olmasından, funksional olaraq bağlıdır. Davranışları yönləndirən ilk faktor daxili-təbii maraq, digəri isə xarici-mükafat motivasiyalardır. 
   Kanadanın Quebec əyalətindəki Laval Universitetinin motivasiya üzrə mütəxəssisi professor Frederic Guay deyir ki, "Daxili motivasiya çox erkən yaşlarda özünü büruzə verir. Uşaqlar proaktivdirlər, hər şeyə maraq göstərmələri təbiətlərindən irəli gəlir. Müəllimlər və təhsil sistemi bunu təşviq etməlidirlər". Aktuallığına görə,bu barədə dünyada və ölkəmizdə pedaqoq- alimlər  tərəfindən fundamental tədqiqatlar bütün dövrlərdə aparılmışdır.Dünyasını dəyişənləri Allah rəhmət eləsin,səmərəli fəaliyyətdə olanlara can sağlığı arzu edirik. Təhsil sahəsində ölkədə aparılan bütün islahatların məqsədi tədris əməyinə maraq yaratmaqla onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Bu məqsədlə,yaradıcı əməyilə diqqəti cəlbedən, peşəkarlığı və pedaqoji səriştəliliyi ilə nüfuz qazanan professorlardan F.Sadıqov, L.Qasımova, F.Rüstəmov, A.Abbasov, M.Həsənov, P.Əliyev, M.İlyasov, H.Əlizadə, İ.Cəbrayılov, H.Əhmədov kimi  alimlərin metodoloji mahiyyət daşıyan dərslik və monoqrafiyalarda təhsilin keyfiyyətinin standartlara uyğunluğu,nəzəri və praktik baxımdan tədqiq olunmuşdur. Müəllimin öyrənənlərdə təlim əməyinə maraq yaratmaq, pedaqoji prosesdə motivasiyaya yönələn peşəkarlıq və səriştəlilik  fəaliyyəti,  şəxsi keyfiyyətinin mühüm əhəmiyyət kəsb etməsi, düzlük, doğruçuluq, zəhmətsevərlik, iş­gü­zarlıq və mənəvi saflıq tərbiyəsi məsələləri barədə, adları qeyd etdiyimiz humanist alimlərin aşağıdakı fikirlərinə istinad etməyi əhəmiyyətli olduğunu hesab edirik:

 F.Sadıqov - “Müs­tə­qil­lik qa­zan­dı­ğı­mız ha­zır­kı şə­ra­it­də mü­əl­lim və alim­lə­rə ve­ri­lən yük­sək qiy­mət on­la­rın ya­ra­dı­cı­lı­ğın­da­kı ör­nək nü­mu­nə­lər­lə öl­çü­lür. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti möh­tə­rəm İl­ham Əli­yev cə­nab­la­rı­nın im­za­sı ilə təs­diq olu­nan "Azər­bay­can­ Respublikasında təh­si­lin in­ki­şa­fı üz­rə Döv­lət Stra­te­gi­ya­sı"n­da şəx­siy­yət­yö­nüm­lü təh­si­lin məz­mu­nu­nun ya­ra­dıl­ma­sı öl­kə­mi­zin bü­tün mü­əl­lim­lə­ri qar­şı­sın­da tə­xi­rə­sa­lın­maz və­zi­fə­lər qoy­muş­dur. Çün­ki stra­te­gi­ya­da əsas is­ti­qa­mət­lər­dən bi­ri olan şəx­siy­yət­yö­nüm­lü təh­si­lin məz­mu­nu­nun ya­ra­dıl­ma­sı hər mü­əl­li­mə şa­mil edi­lə bil­məz. O mü­əl­li­mə şa­mil edi­lə bi­lər ki, hə­min mü­əl­lim, ilk növ­bə­də, sə­riş­tə­si, sa­va­dı, nə­zə­ri və prak­tik ha­zır­lı­ğı ilə şəx­siy­yət­yö­nüm­lü təh­si­lin ye­ni məz­mu­nu­nun ya­ra­dıl­ma­sın­da ön­də get­miş ol­sun”.
L.Qasımova- “Unut­ma­ma­lı­yıq ki, bi­zim özü­mü­zün ar­tıq di­dak­ti­ka sa­hə­sin­də təd­qi­qat əsər­lə­ri olan Nu­rəd­din Ka­zı­mov ki­mi, xalq pe­da­qo­gi­ka­sı sa­hə­sin­də müq­tə­dir əsər­lə­rin mü­əl­li­fi olan Əli­hey­dər Hə­şi­mov ki­mi, pe­da­qo­gi­ka ta­ri­xi sa­hə­sin­də cid­di təd­qi­qat­la­rı olan Fər­rux Rüs­tə­mov ki­mi, es­te­tik tər­bi­yə sa­hə­sin­də fərq­li təd­qi­qat­la­rı ilə gün­də­mə gə­lən Vi­da­di Xə­li­lov ki­mi, mu­si­qi sa­hə­sin­də çox ma­raq­lı əsər­lə­rin mü­əl­li­fi olan Oq­tay Rə­cə­bov ki­mi mü­tə­xəs­sis­lə­ri­miz var. Bun­la­rın sı­ra­sın­da əmək tər­bi­yə­si, əmək tə­li­mi, pe­şə təh­si­li, pe­şə­yö­nü­mü prob­lem­lə­ri üz­rə bən­zər­siz təd­qi­qat­lar apa­ran və san­bal­lı əsər­lə­ri ilə diq­qə­ti cəlb edən Şahr­za Ağa­ye­vi də qeyd et­mək la­zım­dır”.
F.Rüstəmov - “Düz­lük təmiz adamın, təmənnasız və xeyirxah adamın yaraşığıdır. Danı­şan­da dilinin al­tı­na şəkər qoyar, nə  əli, nədə  dili ilə heç kimi incitməz. Öz incikliyini elə ustalıqla çat­dırar ki, tərəfmüqabili inciməsə də, yaxşıca dərs alar. Doğrudan da, xoşxasiyyətli insanın  dostu çox, ömrü uzun olar. İstedad, zəhmət və xoşxasiyyət insanın  həyat uğurunun təməlini təşkil edir. Allaha bağlı olanın ruhu rahatdır, sakitdir, ona görə də səbirli, təmkinli və təqvalıdır. Könlü və gözü tox, böyük  günahlardan uzaq adam, Allahın verdiyinə - azına, çoxuna, acısına,  şirininə şükür edəndir”.
A.Abbasov - “Da­hi Ni­za­mi Gən­cə­vi “Sir­lər xə­zi­nə­si” poe­ma­sın­da kər­pic kə­sən bir qo­ca­nın ba­şı­na gə­lən bir əh­va­la­tı təs­vir edir. Bu rə­va­yət­dən ha­mı­mı­zın xə­bə­ri var. Be­lə ki,  bir  ca­van oğ­lan qan-tər içə­ri­sin­də tor­paq­dan kər­pic kə­sən qo­ca­ya ya­xın­la­şa­raq onun ha­lı­na acı­dı­ğı­nı bil­di­rir:  

Torpağın qalxanına qılınc vurma bu qәdәr,
Qalx ki, sәndәn bir qarın çörәk әsirgәmәzlәr.
Halal zəhmətin nə olduğunu bilməyən harın oğlanın kinayəli sözləri qocaya təsir edir. Üzünü ona tutaraq: 
Onunçün öyrәtdim ki, әlimi bu sәnәtә,
Bir gün sәnә әl açıb düşmәyim xәcalәtә.
Deyiləm һeç kәsә xәznədәn ötrü möһtac,
Әlimin zәһmәtiylә toxdur gözüm, deyil ac. 

Aqil qo­ca bu söz­lə­ri­ ilə ca­van oğ­la­na dərs ve­rir. Oğ­lan de­di­yi söz­lər­dən xə­ca­lət çə­kib yo­lu­na dü­zə­lir. 
Bu əh­va­la­tı tə­sa­dü­fi ola­raq ya­da sal­ma­dım. İn­san əmək­dən, ha­lal zəh­mət­dən kə­nar­da qa­la bil­məz.  Əmək­lə  ül­fət bağ­la­yan­lar, zəh­mə­tə qat­la­şan­lar həm mad­di, həm də mə­nə­vi ba­xım­dan zən­gin­lə­şir: fi­zi­ki əmək sa­hib­lə­ri də, zeh­ni əmək sa­hib­lə­ri də”.
M.Həsənov- “Pe­da­qo­ji fi­kir ta­ri­xin­də əmək tər­bi­yə­si, əmək tə­li­mi, pe­şə­yö­nü­mü, pe­şə or­yen­ta­si­ya­sı, uşaq­la­rın pe­şə­yə ha­zır­lan­ma­sı, mək­tə­bə­qə­dər uşaq­lar­la və ib­ti­dai si­nif şa­gird­lə­ri ilə apa­rı­lan əmək tər­bi­yə­si iş­lə­ri ilə bağ­lı cid­di təd­qi­qat­lar apa­ran elm adam­la­rı ol­muş­dur. Mən on­la­rın de­mək olar ki, ha­mı­sı­nın pe­da­qo­ji fi­kir ta­ri­xi­miz­də­ki ye­ri, ro­lu və əhə­miy­yə­ti ilə bağ­lı təd­qi­qat­lar apar­mış və apar­dı­ğım təd­qi­qat­la­rın de­mək olar ki, bö­yük ək­sə­riy­yə­ti nəşr olu­na­raq pe­da­qo­ji ic­ti­ma­iy­yə­tin is­ti­fa­də­si­nə təq­dim olun­muş­dur.”
P.Əliyev- “Uşaq­la­rın əmə­yə ha­zır­lan­ma­sı ilə bağ­lı əsər­lə­r, el­mi mə­qa­lə­lə­r  ye­ti­şən nəs­lin nü­ma­yən­də­lə­ri­nə əmə­yin həm nə­zə­ri, həm də prak­tik əsas­la­rı ilə əla­qə­dar bi­lik, ba­ca­rıq və vər­diş­lər sis­te­minin aşı­lan­ma­sı  mü­hüm əhə­miy­yət kəsb edir”.
M.İlyasov-“ Söh­bət iş­gü­zar alim­lər­dən dü­şən­də bir çox hal­lar­da ge­cə­si­ni gün­dü­zü­nə qa­tıb apar­dıq­la­rı el­mi təd­qi­qat­la­rı mə­qa­lə­lə­rə, me­to­dik töv­si­yə­lə­rə, ki­tab­ça­la­ra, ki­tab­la­ra, mo­noq­ra­fi­ya­la­ra, dərs­lik­lə­rə, dərs və­sa­it­lə­ri­nə və bir sı­ra san­bal­lı əsər­lə­rə çe­vi­rən alim­lər nə­zər­də tu­tu­lur. Əl­bət­tə ki, be­lə ya­naş­ma nü­mu­nə­vi ya­naş­ma ki­mi qə­bul edi­lə bi­lər. Açı­ğı­nı eti­raf edək ki, bu gün el­mi təd­qi­qa­ta is­ti­qa­mət alan­la­rın bir qis­mi öz sə­riş­tə­lə­ri­nə uy­ğun təd­qi­qat sa­hə­lə­ri seç­mək­də çə­tin­lik çə­kir­lər.”
H.Əlizadə- “Əs­ra­rən­giz gö­zəl­lik­lə­ri, tə­bii sər­vət­lə­ri, mü­la­yim iq­li­mi, göz ox­şa­yan dağ­la­rı, me­şə­lə­ri, çay­la­rı, bə­rə­kət­li tor­pa­ğı ilə fərq­lə­nən öl­kə­miz öz in­san­la­rı ilə də hə­mi­şə fəxr et­miş­dir. Tə­bii ki, be­lə gö­zəl coğ­ra­fi mü­hit­də in­tel­lekt­li, və­tən­pər­vər, ali­cə­nab, xe­yir­xah, zəh­mət­keş, mərd, hu­ma­nist, in­san­se­vər, əlia­çıq, ürə­yi­yum­şaq, çö­rək­ve­rən, ailə­can­lı, bö­yük-ki­çi­yə, qa­dı­na, uşa­ğa hör­mət və eh­ti­ram bəs­lə­yən   in­san­lar ye­ti­şə bi­lər. Asəf ZeynallınınCəfər Cabbarlının "Se­vim­li öl­kəm" şei­ri­nə bəs­tə­lə­di­yi “Öl­kəm” ro­man­sı da­hi sə­nət­kar Bül­bü­lün ifa­sın­da ne­cə­də əzə­mət­lə səs­lə­nir. İn­sa­nın ar­zu­la­rı, bi­tib-tü­kən­mə­yən ar­zu­la­rı, heç kim bil­mir ki, nə vaxt ya­ra­nır, ni­yə ya­ra­nır.  Əziz oxu­cum, bu hiss­lə­ri mən də ya­şa­mı­şam, ib­ti­dai si­nif­də mə­nə dərs de­miş, nu­ra­ni gör­kəm­li, hə­lim, gü­lə­rüz, meh­ri­ban in­san olan Kub­ra mü­əl­li­mi bu gün də gö­zü­mün önü­nə gə­ti­rir, qar­şı­sın­da baş əyir, bö­yük Al­lah­dan ona rəh­mət di­lə­yi­rəm. Ya­dı­ma dün­ya da­hi­lə­rin­dən bi­ri­nin de­di­yi “Va­li­deyn­lə­rim mə­ni dün­ya­ya gə­ti­rib, mü­əl­lim­lə­rin isə dün­ya­nı dərk et­mə­yi mə­nə öy­rə­dib?” kəlam düşür. Mən xoş­bəxt in­sa­nam ki, mə­nim va­li­deyn­lə­rim həm də mə­nim mü­əl­lim­lə­rim olub”.     
İ.Cəbrayılov- “Hər bir in­sa­nın özü­nə­məx­sus ömür yo­lu olur.Bu ömür yo­lu o za­man şə­rəf­li sa­yı­lır ki, in­san ali məq­səd­lər uğ­run­da mü­ba­ri­zə apar­sın, xal­qa, cə­miy­yə­tə, və­tə­nə xid­mə­ti özü üçün baş­lı­ca mə­ram seç­sin.Be­lə in­san­lar iş ye­rin­də, in­san­lar ara­sın­da, cə­miy­yət­də hör­mət-iz­zət sa­hi­bi olur, şəx­siy­yət sə­viy­yə­si­nə yük­sə­lir­lər.   İn­san han­sı yaş­da olur­sa ol­sun, onun ar­zu   və is­tək­lə­ri bi­tib-tü­kən­mir. Bu o de­mək­dir ki, in­san hər za­man sa­ba­ha da­ha bö­yük ümid­lə, inam­la ba­xır. Bu ar­zu və is­tək­lər in­sa­nı  ya­şa­maq, ya­rat­maq uğ­run­da mü­ba­ri­zə­yə, cə­miy­yə­tə, və­tə­nə da­ha çox fay­da ver­mək mis­si­ya­sı­nı ye­ri­nə ye­tir­mə­yə səs­lə­yir.”
H.Əhmədov - “Öl­­kə da­­xi­­lin­­də və xa­­ric­­də nü­­fuz­­lu jur­­nal­­lar­­da çap olu­­nan mə­­qa­­lə­­lə­­rin­­də, el­­mi konf­­rans ma­­te­­ri­­al­­la­­rın­­da və me­­to­­dik və­­sa­­it­­lər­­də im­­za­­sı­­na tez-tez rast gəl­­mək, .... uzun il­­lər el­­mi-pe­­da­­qo­­ji əmək­­daş­­lıq et­­di­­yi­­mə gö­­rə zəh­­mət­­se­­vər­­li­­yi, təd­­qi­­qat­­çı­­lıq qa­­bi­­liy­­yə­­ti, pe­­da­­qo­­ji pro­­ses üçün ak­­tu­­al sa­­hə olan əmək ha­­zır­­lı­­ğı prob­­le­­mi­­nin nə­­zə­­ri və prak­­tik mə­­sə­­lə­­lə­­ri ba­­rə­­də yaz­­mış ol­­du­­ğu əsər­­lə­­ri hə­­mi­­şə diq­­qə­­ti­­mi cəlb et­­miş­­dir.”(1).
Mövzu ilə bağlı problemin həllinə yönələn elmi tövsiyələr, insan şəxsiyyətinin ahəngdar inkişafının başlıca səbəb və nəticələri reallıqla,təbii boyalarla şərh olunur. Ulu öndər Heydər Əliyevin “Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”müdrik kəlamı alimlərimizin simasında bir daha aydın sübut olunur.
Müasir təhsilin keyfiyyəti öyrənənlərdə tədris əməyinə daxili və xarici maraq yaratmaqla qazanılan əsas göstərici təlim nəticələridir. Şagirdin hər hansı fəndən müəyyən mövzu, bölmə və ya tam kurs üzrə bilik və bacarıqlarının nailiyyət səviyyəsi onun göstərdiyi təlim nəticələrinin uyğun qiymətləndirmə standartları ilə müqayisə olunması ilə müəyyənləşdirilir. Təhsilin keyfiyyəti üçün öyrənənlərdə təlim əməyinə maraq yaratmaq müasir dərsdə həllini tapır. Hər bir dərs didaktik məqsədlər kompleksini yerinə yetirir və bu za­man müxtəlif üsullardan istifadə olunur. Müasir müəllim yeni təlim texnologiyalarına dərindən bələd olmalıdır. Ənənəvi dərsdə təlim müəllim-dərslik-şagird formulu ilə qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim ardıcıllığı əsas götürülür. Müasir dərsdə şagirdlərin hərtərəfli inkişafı təmin edilir;gözlənilən nəticə, əsasən alınır;şəxsiyyətyönümlü olur; inkişafetdiricilik başlıca meyar kimi nəzərdə tutulur. Bununla əlaqədar prosesi araşdıran prof. M.İlyasov məsələnin mahiyyətinə aydınlıq gətirməyə çalışarkən inandırıcılıqla, belə təhlil edir:”Təlim həmişə fəallığa əsaslanmışdır. O, qeyri-fəal ola bilməz. Əgər dərsdə sual-cavab, axtarıb-tapma, düşünmək, fikirləşmək, fəaliyyətə qoşulma, nəticə çıxarma vardırsa, deməli fəallıq da vardır. Bunlar yoxdursa onu heç təlim adlandırmaq düzgün deyildir. Təlim prosesdir və bu proses məhz müəllim və şagirdlərin fəallığına əsaslanır. Tərəflərdən heç olmazsa birinin fəallığı yoxdursa burada təlimdən söhbət gedə bilməz. Buna görə də “fəal təlim” istilahında olan “interaktivlik”, yəni daxili fəallıq “ənənəvi” adlandırdığımız dərslərdə də vardır. Dərsdə şagirdlərin təfəkkürünün fəallığına nail olmaq həmişə əsas məqsəd olmuşdur və bu gün də başlıca məqsəd olaraq qalır. İnteraktiv təlimə üstünlük verənlərin əsas kimi dəyərləndirdikləri daxili fəallığa nail olmaq, yəni öyrənənlərin təfəkkürünün inkişaf etdirilməsi tələbi həmişə olmuş və yəqin ki, həmişə də olacaqdır. Lakin ”ənənəvi” adlandırdığımız dərslərdə “quru didaktikizm”, elmiliyə daha çox diqqət ayrılması, motivasiyanın yaradılmaması, frontallıq, emosionallığın zəifliyi, tədqiqatçılığa, fikir müstəqilliyinə yer verilməməsi kimi faktorlar bu tələbin bu günki müstəvidə reallaşmasına imkan verməmişdir. İnteraktiv təlim metodlarından istifadə probleminin hazırda gündəmə gətirilməsi təfəkkürün inkişaf etdirilməsi probleminə bir növ təkan verdi ki, bunu da alqışlamaq lazımdır. Fikrimizcə burada əsas məsələ bu problemin çalarlarının ənənəvi dərslərdə də olması deyil, hazırda təlim prosesində buna müəllimlərin hansı səviyyədə nail ola bildiklərindən ibarətdir.Bunun üzərində dayanmağı lazım bilirik. Təlim və tərbiyənin əsas təşkili forması olan dərs məktəbin bütün fəaliyyətinin mərkəzində dayanır. O, bütün pedaqoji prosesi zəncir kimi bir-birinə bağlayaraq müəllimin yaradıcılığının başlıca aləti kimi özünü göstərir”.(2. səh.54).

  Əlli illik elmi pedaqoji fəaliyyətim dövründə daim öyrənmək və  öyrətmək prinsipinə sadiq olmuşam. Arzu edərdim ki, ənənə və müasirlik ifadələrinin bir-biri ilə necə fərqləndiyini hər bir müəllim obyektiv dəyərləndirməyə nail olsun. Müəllimin peşəkarlığı və səriştəliliyi bütün dövrlərdə aktual olmuşdur. Təhsilin keyfiyyətinin  öyrənənlərdə tədris əməyinə maraq yaratmaqdan asılılığı kimi problemlərin həlli qeyri xətti olub müəllimin peşəkarlığı və səriştəliliyi ilə şərtlənir. Bu barədə müxtəlif məzmunda elmi materiallar ölkə daxilində və xaricdə çap olunmuşdur. Milli və bəşəriliklə prof. M. İlyasov “Peşəkar və səriştəli müəllimin digər müəllimdən fərqli və üstün cəhətləri nədən ibarət ola bilər?” sualına uzun illərin elmi-pedaqoji təcrübəsinə əsasən nəzəri və praktik olaraq alqoritmik cavablandırması bir oxucu kimi məndə daxili maraq yaratdı: “Peşəkar və səriştəli müəllim bütün varlığı ilə öz peşəsinə bağlanan, işini sevən, tədris etdiyi fənnini dərindən və hərtərəfli bilən mütəxəssisdir. Onu başqa müəllimlərdən fərqləndirən başlıca cəhət də budur. Fənnini gözəl bilir və yaxşı da öyrədir. Pedaqoji yeniliklərdən xəbərdardır və yeni pedaqoji təfəkkürə malikdir.Özünə qarşı tələbkardır və öyrənməyə özündə həmişə ehtiyac hiss edir; Peşəkar və səriştəli müəllim pedaqoji hadisə və proseslərə səriştəliliklə yanaşır, mürəkkəb pedaqoji problemləri ustalıqla həll edir. İstər təlim, istərsə də tərbiyə prosesində meydana çıxan problemlərin həllində fərqli və daha düzgün qərarlar qəbul edir, operativ metodlardan istifadə etməklə onu həll edir; Peşəkar və səriştəli müəllimlər daim yeniliklər axtarması,yeniliyə meylliyi, pedaqoji prosesə yaradıcı yanaşmaları, mövcud pedaqogikanın müəyyənləşdirdiyi müasir yanaşma tərzlərindən məharətlə istifadə etmələri ilə seçilən müəllimlərdir ki, onların tədris etdikləri dərslər və apardıqları tədbirlər də özünün orijinallığı ilə seçilir. Daim yeniliklər axtarışında olmaq, standart hallarda müəyyən yeniliklər etməyi bacarmaq müəllim peşəkarlığında mühüm yer tutur. Təcrübə göstərir ki, müəllim peşəkarlığı yüksək olduqda o, bu peşəkarlığı daha da dərinləşdirməyə, yeniləşdirməyə və daim axtarışda olmağa meyilli olur; Səriştəli müəllimlər təkcə bu gün üçün deyil, gələcək üçün çalışan, planlaşdırdığı işlərin nəticələrini əvvəlcədən görə bilən, hər işdə gələcəyi düşünən, şagirdlərə və pedaqoji prosesə nikbin yanaşan, onların problemlərinə laqeyd qalmayan və uşaqlara öz övladları kimi münasibət bəsləyən müəllimlərdir; Yüksək pedaqoji mədəniyyətə malik olmaq. Belə müəllimlər özünün peşəkarlığı ilə seçilir və bu, peşəkar pedaqoji mədəniyyət kimi müəllimi zənginləşdirir, onun peşəkarlığının və səriştəliliyinin əsl meyarına çevrilir. Peşəkar və səriştəli müəllim dərs dediyi şagirdlərə dəyər verir, onları şəxsiyyət kimi qəbul edir; Peşəkar müəllimin nitqi, davranışı, mimikası, pantomimikası təsirlidir, verbal və qeyri-verbal ünsiyyət tərzləri bir-birini tamamlayır. Onun keçdiyi bütün dərslər şagirdlərin beyninə sanki daş üzərində yazı kimi həkk olunur, hətta yaxşı oxumayan və ya oxuya bilməyən şagirdlər də onun dərslərinə maraqla qulaq asır, fəallıq göstər-məyə can atırlar;Peşəkar və səriştəli müəllim özünə, dediyi sözə inamlıdır,şagirdlərinə də inam göstərir. Dediyi sözlərdə, verdiyi qərarlarda özünəinam ifadə olunur. Rəğbətləndirəndə də, cəzalandıranda da obyektivdir, ədalətlidir. Cəza verildikdə uşağın özünü deyil, onun düzgün olmayan hərəkətini tənqid edir”.(2. səh.19-20.) Müəllimin peşəkarlığı və səriştəliliyi qeyd olunan tələblər baxımından formalaşması heçdə asan deyildir. Daim yeniliklər axtarışında olan, standart hallarda müəyyən yeniliklər etməyi bacaran müəllim peşəkarlığında və səriştəliliyində mühüm yer tutanlar ölkədə neçəsinə aid olduğu barədə təhsil ekspertlərinin yanaşmaları maraqlı olar.  Psixoloqlar insanların əmək fəaliyyətinin beş əsas motivlərini müəyyənləşdiriblər:maddi vəsait; işin stabilliyi;həmkarlarla ünsiyyət;peşənin nüfuzlu olması;  öz ixtisasını mükəmməl bilmək (peşəkarlıq). Hər bir peşə növü insan qarşısına tələblər qoyur. 
   
Aydındır ki, məktəblilərin, təhsilalanların nəzəri biliklərə, bacarıq və vərdişlərə yiyələnməsi təlim əməyi  nəticəsində reallaşdırılır. Təlim əməyi insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsinin mənimsənilməsinə, təhsillənməsinə, tərbiyələnməsinə və psixoloji inkişafına yönəldən fəal bir prosesdir. İnsan fəaliyyəti sistemində əmək mühüm yer tutur.(3.səh.54) Dünyanın tanınmış mütəfəkkirləri əmək və insan arasında olan ülvi bağlılığı müdrikcəsinə ifadə etmişlər: “Əmək insanı nəcibləşdirir, onu xeyirxah edir” (Belinski). “Həyatın cövhəri yalnız əməkdir, Zəhmətsiz bir insan nəyə gərəkdir?” (Nizami).  “Əmək həyat lampasına yanacaq tökür, düşüncə isə onu yandırır” (Marks). “Əmək bütün xəstəliklərin ən nəcib loğmanıdır, əməkdən fərəhli heç bir şey yoxdur” (Ostrovski). “İnsan eşitdikləri və dedikləri ilə deyil, əmək və fəaliyyəti ilə kamilləşir” (Edisson). 
İnsanın şəxsiyyət kimi formalaşmasında əmək vasitəsilə tərbiyə (əmək tərbiyəsi) həmişə pedaqoji sahədə tədqiqat aparan alimlərin diqqətini cəlb etmişdir. Təsadüfi deyildir ki, pedaqogikaya dair tədqiqatlarda bu kimi məsələlərə dəfələrlə müraciət olunmuşdur. “Azərbaycanda əməyin və politexnizmin tarixinə dair oçerklər”, “Yeniyetmələrin ailədə əmək tərbiyəsi”, “Uşaq bağçalarında əmək tərbiyəsi”, “Məktəblilərin əməksevərlik tərbiyəsində xalqın əməklə bağlı mütərəqqi adət-ənənələri və fikirlərindən istifadə”, “Kənd ümumtəhsil məktəblərində şagirdlərin ictimai-faydalı və məhsuldar əməyinin səmərəli təşkili yolları” və s. bu kimi mövzularda dissertasiyaların müdafiə olunması problemin son dərəcə aktual olduğunu şərtləndirir.
 
İstifadə olunan ədəbiyyat
1. F. Sadıqov,A. Mövsümlü.Şərəfli alim ömrü. Bakı.”Elm və Zəka”,2021,268 səh.
2.M. İlyasov. Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri. Monoqrafiya. Bakı: “Elm və təhsil”, 2018,208 səh.
3. Əmək insanın tərbiyə olunmasında mühüm vasitədir. “Azərbaycan məktəbi” jurnalı. Bakı.№5-2014.
 


Tarix: 30-03-2023, 22:51

Xəbəri paylaş