Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ailələrdə yeniyetmələrlə aparılan işin əsas istiqamətləri

 


NƏRMİNƏ MİRZƏLİYEVA,
Bakı Dövlət Universitetinin
Pedaqogika kafedrasının dissertantı
 
Mənəvi və əxlaqi dəyərlərə yüksək dəyər verilən ölkəmizdə valideynlərin övladlarına təsiri daha güclüdür. Lazımi həyati bilikləri, təcrübələri olmayan uşaqlar, xüsusilə məktəbəqədər yaşlı uşaqlar özlərini əhatə edən adamların işlərini və hərəkətlərini izləyir, onları təqlid edir və onlara oxşamağa çalışırlar. Ona görə də valideynlər və tərbiyəçilər öz hərəkətləri, əməlləri, adamlara yanaşma tərzləri ilə uşaqlara daim təsir etdiklərini unutmamalıdırlar. 
Nümunə ən təsirli vasitədir. Uşaqların şüurunun formalaşmasında, həm də onların bir şəxsiyyət kimi formalaşmasıda ətrafdakıların nümunəsi böyük əhəmiyyətə malikdir. Heç bir söz yaxşı və pisin nə demək olduğu haqqında nümunə qədər aydın, konkret təsəvvür yarada bilməz. Onun tərbiyəvi gücünün pixoloji əsasını uşaqların böyüklərə oxşamaq, onlar kimi olmaq meyli və qabiliyyəti təşkil edir. Onun hər bir hərəkətində mənəvi gözəllik, yüksək ideyalılıq, vətənə sədaqət, vətənpərvərlik hissi olmalıdır. Uşaq görməlidir ki, onun ailəsində vətənə, xalqa, doğma yurdun hər qarışına xüsusi hörmət, ehtiram vardır. Bunu valideyn öz sözlərində, hərəkətlərində, insanlara münasibətində öz şəxsi nümunəsi ilə uşaqlara hiss etdirməlidir. 
Uşaqlar yeniyetməlik yaşına çatdıqda valideynlərlə onların münasibətində müəyyən dəyişikliklər ola bilər. İnkişaf baxımından yeniyetmələr fiziki, əqli və emosional olaraq böyük dəyişikliklərlə üzləşirlər. Böyümək üçün onlar valideynlərindən ayrılmağa başlamalıdırlar. Belə görünməsə də, bu proses ən azı valideynlər üçün olduğu kimi onlar üçün də ağrılıdır.
Yeniyetməlik yaşına çatdıqda, omlarr aşağıdakıları yaşayırlar:
Sərbəstliyə artan ehtiyac;
- Gizlilik arzusu;
- Həmyaşıdları ilə daha çox vaxt keçirmək;
- Böyük fizioloji dəyişikliklər;
- Ünsiyyətə və sosiallaşmaya marağın artması.
Yeniyetməlik yaş dövrü böhran dövrü də adlanır. Yeniyetmələrin davranışında baş verən dəyişikliklər zamanı valideynlər özləri də sanki böhran dövrünü yaşayırlar. Özlərindən soruşurlar ki, yaxşı tanıdıqları o şirin, itaətkar uşağa nə olub? Vəziyyətə nəzarət etmək və uşaqlarının hadisələrə əvvəlki kimi reaksiya verməsi üçün səy göstərirlər. 
Aşağıda “yaxşı valideyn - yeniyetmə” münasibətinin qurulması ilə bağlı bəzi tövsiyə xarakterli məlumatlara nəzər yetirək:
1. Problemə deyil, münasibətlərə diqqət yetirin. Münasibətdəki müsbət cəhətləri inkişaf etdirin;
2. Reaksiya vermək əvəzinə dinləməyi öyrənin;
3. Onlara rəhbərlik etməkdənsə, izləməyi üstün tutun;
4. Davranışları, düşüncələri, ehtiyacları (istəkləri) və hissləri ilə bağlı sual vermələrinə, fikirlərini ifadə etmələrinə təşviq edin. 
Bunlar valideynin yeniyetməni başa düşməsinə kömək edir və həmçinin  onun da başa düşdüyünü hiss etməsinə kömək edir:
- Mən buradayam, səni eşidirəm!
- Mən səni başa düşürəm!
- Mən sənə dəyər verirəm!
Yeniyetmənin nə hiss etdiyinə dair ipucu tapmaq üçün onun gözlərinə baxın.  Çox vaxt yeniyetmənin qəzəbi şişirdilmiş və uzunmüddətli görünür. Bu, nə qədər qəzəbləndiyini bildirməyə çalışan yeniyetmədir.
Yeniyetmə ilə münaqişədə olduğunuz zaman onun davranışını modelləşdirin. Uşağınızın sizinlə münasibətini bəyənmirsinizsə, qışqırmayın, təhdid etməyin və münaqişəni uzatmamağa çalışın. Nəinki təsirsiz olacaqsınız, həm də uşağınıza bu cür ünsiyyəti öyrədəcəksiniz.
Limitlərin  təyin edilməsi üsulları aşağıdakı kimi ola bilər:
1. Yeniyetmənin hiss və ya istəyini qəbul edin (səslə empatiya və anlayışla çatdırın). Yeniyetmə hisslərinin, istək və arzularının valideyni tərəfindən etibarlı və obyektiv qəbul olunduğunu öyrənir;
2. Yeniyetməyə valideynlə münasibətində və davranışlarında  sərhədlərini bildirin   (konkret, aydın və qısa olmaqla);
3. Məqbul alternativləri hədəfləyin (bir neçə seçim təqdim edin). Burada məqsəd onu hiss və ya orijinal hərəkəti ifadə etmək üçün məqbul bir çıxış yolu ilə təmin etmək, eyni zamanda ona özünü idarə etmək imkanı verməkdir.
Bütün ailələr kiçik bir dövlətdir. Bu dövlət ailə üzvlərindən təşkil olunmuşdur. Üzvlər hər gün eyni mənzilə gəlir, bir qapıdan içəri girir, birlikdə yaşayır, sevinc və kədərlərini bir-birləri ilə bölüşürlər. Onlar birlikdə yemək yeyir, şirin söhbət edir, əylənirlər.
Əhalinin nəsilartırma meyarlarını va sosial - psixoloji tamlığını nəzərə alan sosioloq A. Q. Xarçevin verdiyi tərifə görə, ailə həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvləri nikah va qohumluq əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş, sosial vacibliyi, əhalinin fiziki və mənəvi artımına cəmiyyətin tələbatı ilə şərtlənən kiçik qrupdur. Ailə sözü, həm də müştərək xüsusiyyətləri olan elmi, texniki va ictimai qruplar üçün də işlədilir.
Yeniyetmələrdəki antisosial davranış davam edən sosial problem olaraq qəbul edilir. Antisosial davranış normalara, dəyərlərə və sosial prinsiplərə qarşı tətbiq olunan davranışlar kimi müəyyən edilir: Antisosial davranış anlayışına əşyalara zərər vurmaqdan vandalizmə qədər müxtəlif davranış növləri daxildir. Bu davranış növləri oxşar bir nümuna göstərsə də, cinayətkar davranış, xüsusilə, qanuna zidd baxımından daha ifratdır. 
Jessor apardığı ilk tədqiqatda antisosial davranışları, qəsdən digər insanların əşyalarına zərər vermə, məktəbdən və ya evdən qaçma və fiziki zorakılığı əhatə edən davranışlar olaraq təyin edir. Xüsusilə, yeniyetməlik dövründə antisosial davranışda bir artım olduğu ifadə edilir. Hər bir uşaq və yeniyetmənin fərdi davranışları nəzərdə saxlanılmaqla bütünləşdirilməli, onların uşaq və yeniyetmələr üzərində olan təsiri geniş bir şəkildə öyrənilməli və lazımi qaydada takmilləşdirilməlidir.
Bəzən ailədaxili münasibətlərdə valideyn övlad münasibəti tam düzgün qurulmur. Bu zaman uşaqlar öz yaşıdları ilə ünsiyyətdə çətinlik çəkir, ünsiyyətdən qaçırlar. 
Uşaqlarda asosial davranış son zamanlarda tadqiqatçıların nəzər obyektinə çevrilmişdir. Psixoloji tədqiqatlarda asosial davranış probleminin fərqli tərəfləri haqqında müxtəlif fikir və müzakirələr olsa da, onlar indiki dövrümüzdə problemin əsasını bütünlüklə aydınlaşdırmağa yol vermir. Ona görə ki, uşaqlarda asosial davranışın göstəriciləri fərqli tarixi mühitdə həmin şəkildə, həmin intensivlikdə, həmin çalarlarda özünü göstərmir. Çünki, bu və digər yaş qruplarında asosial davranışı şərtləndirən əsas amillər və onun göstəriciləri biri digəri ilə eynilik təşkil etmir
Asosial davranışı şərtləndirən bu əsas amillər toplusunu müəyyənləşdirərkən ictimai-tarixi və maddi-iqtisadi şərait amili ilə bərabər şəxsin yaş xüsusiyyətləri faktoru da öndə olur. Son zamanlarda uşaqlarda davranış pozğunluqları problemi gündəmdədir. Bu pozğunluqların patoloji formaları, günümüzdə müşahidə edilən cinsi yetkinlik və fiziki inkişafla şərtlənir.
Ailə quruluşu uşağın xarakterinin formalaşmasındakı baş amillərdən biridir. Uşağın davranışları və münasibətlərinin formalaşması təməlin möhkəm bir quruluşda meydana gəlmədiyi təqdirdə ən kiçik bir şoka tab gətirə bilməyəcəyini və çökəcəyini göstərir.
Əvvəllər ictimai həyatımızda üstünlük təşkil edən böyük ailələrdə bir çox insanın eyni dam altında yaşadığı və izdihamlı bir xalqın daim bir-biri ilə fiziki qarşılıqlı təsir və ünsiyyətdə olduğu bir mühitdə uşaq hansısa bir formada özünü bu sosiallığın daxili vəziyyətinə uyğunlaşmaq məcburiyyətində hiss edir. Bu vəziyyət bəzən yaradılan geniş və sıx olan süfrələrdə, yeməyi kimin daha erkən bitirəcəyi rəqabəti ilə, bəzən də yeməkdən sonra öz aralarında oynadıqları gizlən-qaç oyunundakı ən gec yaxalanacağı kimi şirin rəqabətlər ilə ola bilir. 
Günümüzdə isə geniş ailələrin yerini kiçik ailələrin almışdır. Bu vəziyyətin bərabərində geniş süfrələrin yerlərini, televizor va yaxud başqa bir sıra texnoloji alətl tutur. Evdə uşaqlar, demək olar ki, otaqdan otağa mesaj yazır, facebook, twitter, whatsapp kimi sosial şəbəkələrdə yaratdıqları profillər vasitəsilə özləri üçün virtual dünya qurur və qurulan bu virtual dünya isə zamanla real hayatı qabaqlamağa başlayır. 
Sosial şəbəkələrdə keçirilən saatlar artmağa başlayır, uşaqlar bir çox ehtiyaclarımı buradan qarşılayır. Ağıllı telefonu ilə yapışıq bir həyat tərzi içərisinə girən gənc buradan bağlandığı virtual aləmdə özünü doğrultma və olmaq istədiyi insanı orada yaratma səyi içərisinə girir. Bu müddət gənci asosial bir quruluşa bürüyərək sosial şəbəkəyə - asılı bir quruluşa daxil edir.
Gənc xoşbəxtliyi virtualda tapır və gəncin sosial şəbəkədə nə qədər çox izləyicisi və ya dostu varsa, o qədər xoşbəxtdir. Gəncin sosial şəbəkədə sahib olduğu dostlarının bir çoxunu tanımaması va yaxud bir araya gəldikdə, salamlaşma ehtiyacı belə hiss etməməsinə baxmayaraq, bu insanlar virtual aləmdə gəncin paylaşdığı bir postu bəyən düyməsi ilə bəyənərək gənci xoşbəxt edir. Bu vəziyyəti xoşbəxtliyin virtuallaşması olaraq ifadə etmək yerinə düşər.
Asosiallıqdan xilas olmaq va hayatın axını içində özünə yenidən yer almaq üçün dost mühiti əldə etmək və sosial-mədəni fəaliyyətlərlə məşğul olmaq, müxtəlif hobbilər əldə etmək, idman mərkəzlərinə yazılaraq müntəzəm olaraq idmanla məşğul olmaq kimi xilasedici metodlardan və texnologiyadan istifadə asosiallığın minimuma endirilməsinə kömək edir. İnsanın kompüter qarşısında keçirdiyi zamanları yavaş-yavaş azaldaraq uzun zaman vaxt ayırmazsa sevdikləri ilə birlikdə vaxt keçirməsi və əhatəsi ilə sosiallaşma içərisinə daxil olma kimi səylər göstərməsi insanı asosiallıqdan xilas edəcək davranışlardır. Bundan əlavə, şəxsin bütün səylərinə baxmayaraq asosial davranışlardan xilas ola bilməməsi vəziyyətində bir psixoloqa müraciət edilməsi lazımdır. 
Ailə münasibətləri ailənin əsasını təşkil edir. Ailə münasibətlərinin uşağın sosial inkişafına təsiri çox böyükdür. Ailənin öz funksiyalarını, o cümlədən tərbiyə və sosiallaşdırma funksiyasını yüksək səviyyədə yerinə yetirməsi ailədəki qarşılıqlı münasibətlərdən çox asılıdır. Bu münasibətlər nə qədər sağlam, səmimi olarsa, ailə həyatı da bir o qədər normal, rahat və mənalı olacaqdır. Ailə münasibətləri pozulduqda ailə üçün böyük problemlər yaranır hətta ailənin dağılmasına gətirib çıxara bilər. Düzgün ailə münasibətinin mövcud olduğu ailələrdə böyüyən uşaqlarla aparılan tərbiyə işi öz müsbət nəticələrini daim göstərir.
 
Ədəbiyyat:

  1. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji poblemləri.
  2. Əliyv R.İ. Şəxsiyyət və оnun fоrmаlаşmаsının etnоpsixоlоji əsаslаrı.
  3. Əlizadə H.Ə., Mahmudov R.M. Sosial pedaqogika.
  4. Антонов А.И., Медков В.М. Социология семьи.
  5. Николаева Я.Г. Воспитание ребенка в неполной семье: организация социальной помощи неполным семьям. 
  6. Овчарова Р.В. Справочная книга социального педагога. 
 


Tarix: 5-10-2022, 17:40

Xəbəri paylaş