Maarifləndirmə: DİN-də polis əməkdaşlarının fiziki qüvvə tətbiq etməsinin hüquqi və taktiki əsasları
Natiq Eminov,
DİN-nin Polis Akademiyasının
“Fiziki Hazırlıq” Kafedrasının
müəllimi, “İdman ustası”, Polis Kapitanı
[email protected]
mob- 055 577 93 83
DİN-nin Polis Akademiyasının
“Fiziki Hazırlıq” Kafedrasının
müəllimi, “İdman ustası”, Polis Kapitanı
[email protected]
mob- 055 577 93 83
Hər bir demokratik dövlət kimi, Azərbaycan Respublikası da onun ərazisində olan insanların hüquq və azadlıqlarını təmin edir. Bu müddəa dövlətin ali məqsədi olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində öz əksini tapmışdır. Həmin qanunun 28-ci maddəsi azadlıq hüququ adlanır və bu maddədə azadlıq hüququnun məhdudlaşdırılmasının hansı hallarda mümkün olacağı 2-ci hissədə aşağıdakı kimi öz əksini tapmışdır: Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada, tutulma, həbsə alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər.
Eyni zamanda qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsində “Təhlükəsiz yaşamaq hüququ” öz əksini tapmışdır. Qeyd edilən maddənin 2-ci hissəsində “Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır” müddəası işlədilmişdir. Bütün qeyd olunan maddələr “fiziki güc, qüvvə tətbiq etmə”nin konstitusiyon hüquqi əsası kimi çıxış edir.
Yuxarıda qeyd olunanlardan belə başa düşmək olar ki, tutulma, həbsə alma və ya azadlıqdan məhrum etmə zamanı “fiziki güc qüvvə” tətbiq edilə bilər. Bu anlayışların mahiyyəti isə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 7.0.39 (tutulma) və 7.0.40 (həbs) maddələrində verilmişdir.
Azərbaycan Respublikasının CPM-nin 7.0.39-cu maddəsində “tutulma – bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətdə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır” və 7.0.40-cı maddəsində “Həbs – qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır” göstərilən müddəalar öz əksini tapmışdır. Həmin qanunun 147-ci maddəsinin 2-ci hissəsində tutulmanın tətbiq edilmə halları öz əksini tapmışdır. Tutulma – şəxsin cinayət törətməsinə şübhə yaradandıqda, bu Məcəllənin 147.1.2.-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda və hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə, şərti məhkumetmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir.
Biz yuxarıda tutulmanın anlayışını və tətbiqi hallarını qeyd etdik. Bəs şəxsi tutarkən onunla necə rəftar etmək lazımdır? Qanun bunu tənzimləyirmi? Bu suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə istinad etməliyik. Sözügedən qanunun 37-ci maddəsində “cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması” öz əksini tapmışdır. Maddənin məzmununu nəzərdən keçirək: “cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılmır” (Maddə 37.1.).
“Cinayət törətmiş şəxsin tutulması üçün tətbiq edilən vasitələrin və üsulların törədilmiş əməlin və həmin əməli törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinə, habelə tutulmanın hallarına aşkar surətdə uyğun gəlməməsi və zərurət olmadan şəxsə açıq-aşkar həddən artıq zərər vurulması şəxsin tutulması üçün zəruri olan, tədbirlərin həddini aşmaq hesab olunur. Həddi bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur”(Maddə 37.2.).
Maddənin məzmunu bizə deməyə imkan verir ki, “fiziki qüvvə” lazımi qaydada və hallarda eyni zamanda qanunla nəzərdə tutulmuş formada tətbiq olunmalıdır. Məsələni bir qədər də xüsusiləşdirək, bəs polis əməkdaşları hansı hallarda “fiziki güc” tətbiq edə bilər? Bu sualın cavabını Azərbaycan Respublikasının “Polis haqqında” Qanununun 26-cı maddəsinin 1-ci hissəsində tapırıq: “Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda “fiziki qüvvə” tətbiq edə bilər:
- hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda;
- inzibati xətanı və ya cinayəti törədən şəxs tutulduqda;
- hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə;
Maddənin məzmununda “fiziki gücü” tətbiq olunma halları öz əksini tapsa da konkret olaraq hansı üsul və fəndlərin istifadə olunması qeyd olunmamışdır.
Bu üsul və fəndlər isə Azərbaycan Respublikasının DİN-in 24.12.2009-cu il tarixli 752 nömrəli əmri ilə tənzimlənir. Həmin əmrdə “Fiziki gücün” tətbiq olunması zamanı polis əməkdaşlarının hansı fiziki vərdişlərə malik olması öz əksini tapmışdır. Bəs polis əməkdaşının güc tətbiq etməsi xarici təcrübədə necə müəyyən olunub? Azərbaycan Respublikasında polisin güc tətbiq etmə halları beynəlxalq standartlara cavab verirmi? Bu suallara cavab vermək üçün, bir neçə xarici ölkənin müvafiq hüquqi aktlarına nəzər salaq.
1. Türkiyə Cümhuriyyətinin “Polisin vəzifə və səlahiyyət” qanununun 16-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, “Polis xidməti vəzifələrini yerinə yetirərkən müqavimətlə rastlaşdıqda müqaviməti qırmaq və müəyyən dərəcə onu sındırmaq üçün güc tətbiq etmək səlahiyyətinə malikdir. Qanuna əsasən güc müqavimətciləri zərərsiz etməkdən daha çox olmamalıdır.
2. Böyük Britaniyada – polisin güc tətbiq etməsi “ The law on police use force Worldwide” (şəraitə uyğun olaraq polisin fiziki güc tətbiq etməsi) qanununa əsaslanır. Qeyd edək ki, bu qanun bir tək Böyük Britaniyaya məxsus deyil, həmçinin Beynəlxalqdır. Qanun dövlətdə olduğu kimi (dəyişiklik edilmədən) tətbiq edilir. Həmin qanunun 2.2-ci maddəsinə əsasən polis aşağıdakı hallarda gücdən istifadə edə bilər:
- əgər şərait ağılabatandırsa;
- lazım gələrsə;
- lazım olduğundan artıq güc tətbiq edilmədikdə;
- əgər vəziyyətin ciddiliyinə mütanasibdirsə;
3. ”Polis haqqında Rusiya Federal Qanunu”nun 5-ci fəsilinin 20-ci maddəsi “Fiziki qüvvənin tətbiqi” adlanır. Həmin maddənin məzmununa baxaq. Polis əməkdaşı aşağıdakı hallarda güc tətbiq edə bilər:
- Cinayətlərin və inzibati xətaların qarşısını aldıqda;
- Cinayət və inzibati xəta törətmiş şəxsləri ərazi orqanının və ya polis bölməsinin inzibati binasına, bələdiyyə orqanının binasına, başqa xidməti binaya çatdırdıqda və həmin şəxsləri saxladıqda;
- Polis məmurunun qanuni tələblərinə qarşı müqaviməti aradan qaldırdıqda.
Qeyd edilən hər üç dövlətlərin qanunun göstərdiyi hallar demək olar ki, oxşarlıq təşkil edir və Azərbaycan Respublikasının da bu qanunvericiliyi beynəlxalq standartlara tam uyğundur.
Beləliklə, qeyd olunan qanunvericlik aktlarından irəli gələrək “taktiki xüsusiyyətləri” aşağıdakı kimi müəyyənləşdirmək olar:
- insan bədənindəki zəif nöqtələr, əl-ayaq zərbələri və müdafiələr;
- tərkisilah etmə üsulları;
- ağrıverici fəndlər tutub saxlama və müşayiət etmə.
Taktiki əsaslar
1. İnsan bədənindəki zəif nöqtələri. Əl-ayaq zərbələri və müdafiələr.
2. Tərkisilah etmə üsulları.
3. Ağrıverici fəndlər, tutub saxlama və müşayiət etmə.
İzah 1.
Polis və vətəndaş arasında hər hansı qarşıdurma olduğu halda, polis ilk növbədə vətəndaşı nizam-intizama dəvət etməlidir. Əks halda əlbəyaxa döyüş üsullarından istifadə edərək zərərsizləşdirməlidi. Polis vətəndaşa hər hansı bir fənd göstərən zaman, öz təhlükəsizliyini qorumalıdır. Bunun üçün ilk növbədə insan bədənində olan zəif nöqtələri bilməlidir. İnsan bədəndə olan bir neçə əsas zəif nöqtələr isə aşağıdakılardır:
1. Qaşarası;
2. Burun;
3. Çənə;
4. Boğaz(qırtlaq);
5. Körpücük sümüyü;
6. Günəş kələfi ( mədənin üstü);
7. Qaraciyər nahiyyəsi;
8. Aralıq ( qasıq);
9. Pəncə yoxuşu;
10. Diz oynağı;
11. Böyrək nahiyyəsi;
12. Dizaltı büküm;
13.Sidik kisəsinin üstü (göbəklə
qasıq arası);
14. Gicgah;
15. Axil vətəri;
16. Boyun;
17. Baldır;
18.Başın arxası(boyun fəqərəsi);
19. Dirsək oynağı.
Beləliklə, polis əməkdaşı bu zəif nöqtələri bildiyi halda həmin nöqtələrə zərbə endirə bilməyi də bacarmalıdır. Belə halda rəqib daha tez və təhlükəsiz şəkildə zərərsizləşər. Rəqibin hücumlarından müdafiə olunmaq üçün isə, “silahsız özünümüdafiə” (SÖM) texnikalarını yaxşı bilməlidir.
Zərbələrin endirilməsi - bədən çəkisinin yerdəyişməsi əllərlə hərəkət, gövdə və çiyin qurşağının dönməsi başlayaraq qarşılıqlı əlaqədə olan hərəkətlər ardıcıllığıdır. Yumruqla başa, gövdənin yuxarı və aşağı hissəsinə düzünə zərbə daha geniş yayılmışdır, belə zərbə yumruğun bədənin müəyyən hissəsinə qısa, kəskin qolaylanması ilə yerinə yetirilir.
Əl, qol ilə zərbələr və əl qolun zərbə endirmə səthləri: ( şəkil 1)
1- yumruq,
2- yumruğun üstü,
3 - yumruğun əzələ hissəsi,
4 - ovucun ici,
5 - əlin tini,
6 -barmaqlar,
7 - dirsək,
8 - qolun mil sümüyü (dirsəkdən biləyə qədər olan hissə),
9 - baş barmağın üstü.
Şəkil.1
Əl-qol ilə vurulan zərbələrin texnikası:
Düzünə zərbənin yerinə yetirilməsi texnikası:
Arxa və ya ön əlin hərəkətə başlanması ilə eyni vaxtda bədənin çəkisi ön ayağa keçirilir. Bu zaman ön və arxa ayaq dizdən cuzi bükülür. Zərbənin təsirini artırmaq, məsafəni qısaltmaq məqsədi ilə, hərəkət çiyin qurşağının dönümü ilə arxa ayaq bir az qabağa sürüklənərək daban yerdən üzülür, pəncə yerə daha möhkəm basılır. Eyni zamanda digər əl isə dirsəkdən bükülərək başı qorunmaq məqsədi ilə baş nahiyyəsi müdafiə şəkilində geri çəkilir. Zərbə endirdikdən sonra çiyin və gövdə dərhal çıxış vəziyyətinə müdafiəli şəkildə geri qayıdır.
(şəkillər 2).
(şəkillər 2).
Yandan zərbə -başa və gövdənin yuxarı hissəsinə endirilir.
Yandan zərbənin yerinə yetirilməsi texnikası: Bu texnikada eyni düz zərbənin yerinə yetirilməsi kimi həyata keçirilir. Burda fərq yumuruq yandan dairəvi şəkildə və yumuruğun zərbə səhti ilə vurulmalıdır.
(şəkil 3)
Hər iki zərbənin timsalında biz onların yerinə yetirilməsinin əsas texnikasına nəzər yetirdik. Burda görünür ki, zərbələr ayaqlardan, gövdədən və çiyinlərdən başlayır. Zərbə məqamında yumruq sıxılaraq bərkidilməlidi. Zərbələr həmçinin yumruğun əzələ hissəsi ilə, ovucun içi və tini ilə, dirsəklə, yumruğun üstü ilə və s. həyata yetirilir.
Qolun mil sümüyü (dirsəkdən biləyə qədər olan hissə) və baş barmağın üstü ilə zərbələrin yerinə yetirilməsi texnikası:Bu zərbələrin hərəkət texnikası demək olar ki, düz və yandan vurulan yumuruq zərbələri ilə eynidir. Burda fərq hər iki zərbələr rəqibin yandan boğaz nahiyyəsinə (şah damarın üstü ) dairəvi şəkildə endirilir ( şəkil 4).
şəkil 4
Davamı var..
Tarix: 16-06-2022, 12:38
Xəbəri paylaş