Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

 
Azərbaycan Respublikasının gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2018-2019-cu dərs ilinə aid tədris planları və tədris planlarına dair “Qeydlər” (1-5 nömrəli əlavələr) təsdiq edilsin.
2. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə Nazirliyin inter­net səhifəsində yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
21 sentyabr 2018-ci il
F-658


Tarix: 2-10-2018, 11:28

Xəbəri paylaş