Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri mentorluq proqramında iştirak edib

 
Noyabrın 21-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Baku Business Factory”  (BBF) biznes inkubasiya mərkəzinin birgə təşəbbüsü ilə ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan şagirdlər üçün mentorluq proqramı təşkil edilib.
Proqrama Emal Sənayesi, Turizm və Sosial Xidmətlər, Texnika və Texnologiyalar, Sənaye və İnnovasiyalar, Rabitə və Texnologiyalar, Mədəniyyət və Sənətkarlıq, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzlərində avtomobillərin təmiri çilin­gəri, avtomobil sürücüsü, planer və mühərrik üzrə mexanik, turizm agenti, aşpaz, mühasib, kompüter üzrə operator, dizayner, poliqrafiya üzrə dizayner, kompüter ustası, interyer və eksteryerin bədii tərtibatçısı, səs operatoru ixtisasları üzrə təhsil alan 21 şagird cəlb olunub.
Proqramın sonunda şagirdlərə sertifikat verilib.
Tədbir ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına əsasən, peşə təhsili sistemində sahibkar düşüncə tərzinin təşviqi, ixtisaslı kadrlara olan ehtiyacların təmin edilməsi üçün kiçik və orta sahibkarlıq üzrə subyektlərlə ilk peşə-ixtisas təhsili müəssisələri arasında əlaqələndirmənin yaxşılaşdırılması çərçivəsində təşkil olunub.
"Baku Business Factory" (BBF) 2015-ci ilin aprel ayında təsis edilib. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərmək,  bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.


Tarix: 11-12-2017, 12:43

Xəbəri paylaş