Kollektiv Müqavilə imzalanıb
Sentyabrın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri rayon Komitələri ilə 2017-2019-cu illər üzrə növbəti Kollektiv Müqavilə imzalanıb.
İmzalanma mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Bakı şəhərinin rayonlar üzrə Həmkarlar İttifaqı Komitələrinin sədrləri iştirak ediblər.
Tədbirdə Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında 10 iyul 2017-ci il tarixdə imzalanmış 2017-2019-cu illər üzrə Kollektiv Saziş barədə məlumat verilib və mövcud Kollektiv Müqavilənin yenilənməsinin zəruriliyindən bəhs olunub. Tədbir iştirakçıları Kollektiv Müqavilənin müddəalarını müzakirə edərək, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyətini vurğulayıblar.
Tarix: 13-10-2017, 12:22