Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün nümunəvi tədris planlarına dair qeydlər

1. Şagirdlərin sayı 20 və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür:
1.1. Tədris rus dilində aparılan VII-XI siniflərdə “Azərbaycan dili” (dövlət dili kimi).
1.2. Tədris dilindən asılı olmayaraq, VII-XI siniflərdə “Xarici dil”, “Fiziki tərbiyə”, texniki təmayüllü IX-XI siniflərdə “İnformatika” fənni üzrə praktik məşğələlər, VII-X siniflərdə “İkinci xarici dil”, VII- IX siniflərdə “Texnologiya”.
2. Təmayül fənlərinin tədrisini səmərəli təşkil etmək məqsədilə tədris planlarında seçmə fənlərə, dərsdənkənar məşğələlərə ayrılmış saatlar aşağıdakı kimi istifadə olunur:
2.1. Texniki fənlər üzrə:
2.1.1. VII sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı “Riyaziyyat”ın, 1 (bir) saatı “İnformatikanın, 1 (bir) saatı isə “Fizika”nın tədrisinə verilmişdir.
2.1.2. VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı “Riyaziyyat”ın, 1(bir) saatı “Fizika”nın tədrisinə verilmişdir. Digər 1(bir) saat isə dərs cədvəlinə daxil olunmaqla “Qarabağın tarixi” kursunun tədrisinə ayrılır.
2.1.3. IX sinifdə dərsdənkənar məşğələlərə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı “İnformatika”nın, 1 (bir) saatı “Riyaziyyat”ın, 1(bir) saatı “Fizika”nın tədrisinə verilmişdir.
2.1.4. XI sinifdə seçmə fənlərə ayrılmış saatlardan 4 (dörd) saatı “Cəbr və analizin başlanğıcı”nın, 1 (bir) saatı “Həndəsə”nin, 2 (iki) saatı “Fizika”nın, 2 (iki) saatı “Xarici dil”in, 1 (bir) saatı “İnformatika”nın tədrisinə verilmişdir.
2.2. Humanitar fənlər üzrə:
2.2.1. VII sinifdə dərsdənkənar məşğələlərə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı “Azərbaycan dili”nin, 1 (bir) saatı “Azərbaycan tarixi”nin, 1 (bir) saatı “Nitq mədəniyyəti”nin tədrisinə verilmişdir.
2.2.2. VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı “Azərbaycan dili”nin, 1 (bir) saatı “Nitq mədəniyyəti”nin tədrisinə verilmişdir. Digər 1(bir) saat isə dərs cədvəlinə daxil olunmaqla “Qarabağın tarixi” kursunun tədrisinə ayrılır.
2.2.3. IX sinifdə dərsdənkənar məşğələlərə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı “Nitq mədəniyyəti”nin, 2 (iki) saatı “Azərbaycan dili”nin tədrisinə verilmişdir.
2.2.4. XI sinifdə seçmə fənlərə ayrılmış saatlardan 3 (üç) saatı “Azərbaycan dili”nin (tədris rus dilində olan siniflərdə “Rus dili”nin), 1 (bir) saatı “Ədəbiyyat”ın, 1 (bir) saatı “Tarix”in, 2 (iki) saatı “Azərbaycan tarixi”nin, 2 (iki) saatı “Xarici dil”in, 1 (bir) saatı “İnformatika”nın, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlardan 1 (bir) saatı “Üslubiyyat”ın tədrisinə verilmişdir.
2.3. Təbiət fənləri üzrə:
2.3.1. VII sinifdə dərsdənkənar məşğələlər üçün ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı “Biologiya”nın, 1 (bir) saatı “Fizika”nın, 1 (bir) saatı isə “Kimya”nın tədrisinə verilmişdir.
2.3.2. VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılmış saatlardan 1 (bir) saatı “Biologiya”nın, 1 (bir) saatı “Fizika”nın tədrisinə verilmişdir. Digər 1(bir) saat isə dərs cədvəlinə daxil olunmaqla “Qarabağın tarixi” kursunun tədrisinə ayrılır.
2.3.3. IX sinifdə dərsdənkənar məşğələlərə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı “Biologiya”nın, 1 (bir) saatı “Fizika”nın, 1 (bir) saatı “Kimya”nın tədrisinə verilmişdir.
  2.3.4. XI sinifdə seçmə fənlərə ayrılmış saatlardan 3 (üç) saatı “Biologiya”nın, 2 (iki) saatı “Kimya”nın, 2 (iki) saatı “Fizika”nın, 1 (bir) saatı “Fiziki coğrafiya”nın, 1 (bir) saatı “Xarici dil”in, 1 (bir) saatı “İnformatika”nın tədrisinə verilmişdir.


Tarix: 13-10-2017, 11:19

Xəbəri paylaş