Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2017-2018-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının lisey, məktəb-lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyalarının təmayül sinifləri üçün 2017-2018-ci dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” (1-7 nömrəli əlavələr) təsdiq edilsin.
2. Lisey, məktəb-lisey və gimnaziyaların X təmayül siniflərində Azərbaycan Respublikası təhsil nazirinin 04.08.2017-ci il tarixli, 240 nömrəli əmri ilə təsdiq olunmuş tam orta təhsil səviy­yəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017-2018-ci dərs ili üçün tədris planlarından istifadə edilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
30 avqust 2017-ci il


Tarix: 13-10-2017, 11:16

Xəbəri paylaş