Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icra olunması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci maddəsini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Ali təhsil müəssisələrinin rəhbərləri qərarın 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etsinlər.
3. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) Qərardan irəli gələn məsələləri həll etsin və digər zəruri tədbirləri həyata keçirsin.
4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
19 iyun 2017-ci il
Tarix: 4-08-2017, 10:32