“Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Son zəng” tədbiri 14 iyun 2017-ci il tarixdə hər bir müəssisənin ərazisində təşkil olunsun.
2. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tövsiyə edilsin.
3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görsünlər.
4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin Nazirliyin rəsmi internet saytında yerləş-dirilməsini və yerlərə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
8 iyun 2017-ci il
Tarix: 4-08-2017, 10:29