Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri videokonfrans keçirib



 

Təhsil naziri Ceyhun Bayramov "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə videokonfrans keçirib.           

Videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri, 900 mindən artıq müəllim və şagirdi birləşdirən layihənin genişləndirilməsi, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edilməsi müzakirə edilib. Eyni zamanda sözügedən onlayn portala Təhsil Nazirliyinin digər proqram təminatları və xidmətlərinin inteqrasiyası, bununla da virtual tədris məkanında həyata keçirilən bütün əsas prosesləri vahid portaldan izləmək və təhlil etmək imkanı da müzakirə mövzusu olub.

Təhsil naziri həmçinin "Cisco Systems" şirkətinin vitse-prezidenti Guy Diedrich və şirkətin regional menecerləri ilə videokonfrans keçirib. Videokonfransda "Cysco Systems" şirkəti ilə Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə həyata keçirilən "Connected School" pilot layihəsinin icra vəziyyəti, məktəbin İKT avadanlıqları və təhsil sahəsində tətbiq edilən müasir texnologiyalarla təminatı, təhsil müəssisəsinin şagird, müəllim və inzibati-idarəetmə heyəti üçün təlimlərin təşkili müzakirə edilib. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Cisco Şəbəkə Akademiyası” yaradılıb. Akademiyada kibertəhlükəsizlik üzrə təlim mərkəzinin fəaliyyət göstərməsi, Mərkəzin avadanlıq və proqram təminatı ilə təmin edilməsi və “Cisco” məzmununun tədris proqramına inteqrasiyası nəzərdə tutulub. Bundan əlavə, innovativ təhsil həlləri və texnologiyaların ölkə təhsil sistemində tətbiqini araşdırmaq,  təhsilverənlər üçün ixtisasartırma və əyani tətbiq imkanları yaratmaq məqsədi ilə Təhsil Nazirliyi tərəfindən yaradılan yeni İnnovasiya Mərkəzində “Cisco” şirkətinin də müasir texnologiyaları nümayiş etdiriləcək.


Tarix: 13-05-2020, 14:17

Xəbəri paylaş