Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İKT-də əməliyyat sistemlərinin mahiyyəti

 

Tamella Məmmədova,

Dəmir Yolu və Metropoliten üzrə

Bakı Dövlət Peşə Təhsil Mərkəzinin

informatika müəllimi


 

XXI əsrdə informasiya- kommunikasiya texnologiyası sahəsində əldə edilən uğurlar ölkəmizin inkişafına, sosial-iqtisadi həyatına öz müsbət təsirini göstərməkdədir. Müxtəlif sahələrdə olduğu kimi, təhsilin inkişafında, tədris prosesinin təşkilində, idarə olunmasında, informasiyaların ötürülməsində İKT-dən istifadə olunur.
Hesablama prosesini həyata keçirən texniki vasitələrin idarə olunmasını təmin edən proqramlar məcmusu Əməliyyat sistemini təşkil edir.
Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlıqların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini, idarə edilməsini və s.) mümkün edən proqramdır.
Mövzu: Əməliyyat sistemi.
Standart: 3.1. Kompüter və sistem proqramları ilə işləmək bacarıqları nümayiş etdirir.
Alt-standart: 3.1.1. Yeni proq­ramların yüklənməsinə aid baca­rıq­lar nümayiş etdirir.
3.1.2. Əməliyyat sisteminin köməyi ilə kompüterin şəbəkəyə qoşulmasının tənzimlənməsini nümayiş etdirir.
Məqsəd: Əməliyyat sistemlərinin təsnifatının, əməliyyat sis­temi ilə işləmə qaydalarının, informasiya emalının idarə olunmasının və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsinin öyrənilməsi.
İnteqrasiya: Riyaziyyat.
İş forması: Kollektivlə iş.
İş üsulu: Əqli hücum, müzakirə.
Resurslar: İstifadə olunmuş ədəbiyyat. İnternet saytları.
Motivasiya: 1) İstifadəçi – kompüter dialoqu nəyin köməyilə yaranır?
2) Kompüter ehtiyatlarının və hesablama sistemləri proseslərinin idarə olunmasını təmin edən sis­tem hansıdır?
3) Kompüter işə salındıqda ilk işə düşən və digər proqramların işləməsi üçün mühit yaradan sis­tem hansıdır?
Əsas anlayışlar: Əməliyyat sis­temi kompüterin bütün elementlərinin iş qabiliyyətini təmin edən proqramlar toplusudur. Bu proq­ramlar külli miqdarda ən müxtəlif əməliyyatları yerinə yetirir. Sistem proqramları arasında əməliyyat sistemi xüsusi yer tutur. Əməliyyat sistemi kompüter işə düşən kimi operativ yaddaşa yüklənir. Bu proq­ram kompüterdə gedən bütün əməliyyatları, kompüterin işini və onun ehtiyatlarını idarə edir, istifadəçi ilə maşın arasında dialoq yaradır, tətbiqi proqramların icrası və onların idarə olunmasını təmin edir.
Müxtəlif əməliyyat sistemləri vardır. Bunlara misal olaraq MS DOS (1981), OS/2 (1989), UNIX (1969), LINUX (1994), Macintosh OS (2001) (Mac OS), Windows (1995), 2003 (XP), 2006 (Vista), 2009 (7), 2011 (8) və s. göstərmək olar. Bu əməliyyat sis­temləri müxtəlif maşınlar üçün nəzərdə tutulmuş müxtəlif strukturlu və cürbəcür imkanlara malik olurlar. IBM PC tipli kompüterlər üçün Microsoft firmasının yaratdığı MS DOS əməliyyat sistemi çox geniş istifadə olunur. Hazırda fərdi kompüterlərdə MS DOS, OS/2, Windows 95, Windows 98, Windows 2000, Windows NT, Windows ME, Windows XP, Windows Vista, Windows 7 (2009), Windows 8 (2011) əməliyyat sistemləri tətbiq edilir. Hər bir əməliyyat sisteminin əsas funksiyası vasitəçilikdir, o, kompüterin işə salınması ilə yüklənir, istifadəçi ilə hesablama sistemi arasında rahat, əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir, bir neçə interfeys növünü–istifadəçi interfeysini, qurğu proqram interfeysini və proqram interfeysini təqdim edir. İstifadəçi interfeysi istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat vasitəsidir. Əməliyyat sisteminin aşağıdakı funksiyaları var:
1) Başqa-başqa proqramların informasiyanı daxiletmə-xaric­etmə qurğularına vahid və standart müraciətini təmin edir;
2) Kompüterlə işləyən vaxt digər müxtəlif proqramlar da işə salınır;
3) İnsanla kompüter arasındakı dialoq əməliyyat sisteminin üçüncü funksiyasıdır.
4) Eyni vaxtda işə salınmış bir və ya bir neçə proqramı yerinə yetirir və onlar arasındakı informasiya mübadiləsini idarə edir.
Microsoft şirkətinin yaratdığı əməliyyat sistemləri ailəsinin ən “qocaman” üzvü MS DOS adlanır. Bu əməliyyat sisteminin ilk versiyası IBM PC kompüterləri üçün nəzərdə tutulmaqla 1981-ci ildə yaradılmış və sadəcə DOS adlandırılmışdır. Sonralar isə IBM PC kompüterləri təkmilləşdirildikcə kompüterin əlavə imkanları nəzərə alınmaqla MS DOS-un da yeni versiyaları buraxıldı. MS DOS əməliyyat sistemi başqa əməliyyat sistemləri kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan çoxlu sayda proqram modullarından təşkil olunmuşdur. Bu proqram modulları proqramların və əmrlərin yerinə yetirilməsi, kompüterin resurslarının idarə olunması, prosessorun və fərdi kompüterin xarici qurğularının iştirakı ilə informasiya emalının təşkili, xarici yaddaşda informasiyanın saxlanılması və disklərə xidmət işinin yerinə yetirilməsi kimi funksiyaları yerinə yetirilir.
LINUX – çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən azad və açıq mənbəli əməliyyat sistemidir. Linux nüvəsinin yaradıcısı Linus Torvalds, 28 Dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. Linus Torvalds 1991-ci ildə C və Unix dərsləri aldığı vaxt özünə aldığı xüsusi kompüterdə mövcud olan əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yaratmağa qərar verdi. Həmin dövrdə o, hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan MINIX əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə, LINUX MINIX-dən daha yüksək standartlara cavab verə bilən Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.
Macintosh – qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır. Mac personal kompüterlər istehsal edən Apple Computer Inc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır. Macintosh seriyalı kompüterlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edirlər.
UNIX – 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən Bell laboratoriyalarında yaradılmış çox istifadəçili və çox məsələli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir.
Windows ailəsinin əməliyyat sistemləri Microsoft firması tərəfindən işlənib hazırlanmışdır. Microsoft Windows fərdi kompüterlərdə istifadəçinin işləməsi üçün əlverişli mühit yaratmağa yönəlmiş qrafik interfeysli, çox məsələli əməliyyat sistemidir. Windows əməliyyat sistemi bu gün müəssisələrdə, evlərdə, dövlət idarələrində çox geniş istifadə olunan ən universal sistemdir. Bu sistem əməliyyat sistemi üzərinə qoyulan əksər tələbləri ödəyir.
2002-ci ildə Windows ailəsinin növbəti versiyası olan Windows XP işlənib hazırlanmışdır. XP adı ingilis sözü olub “experience” sözündən götürülmüş və Azərbaycan dilində mənası “təcrübə” deməkdir. Bu əməliyyat sisteminin əvvəlki Windows sistemlərindən əsas fərqi ondan ibarətdir ki, bu sistem internet beynəlxalq computer şəbəkəsinin imkanlarından geniş istifadə etmək üçün nəzərdə tutulmuşdur.
Əməliyyat sistemləri funksiyaları yerinə yetirmə xüsusiyyətlərinə görə 3 qrupa bölünür:
- Birməsələli və biristifadəçili əməliyyat sistemləri (MS DOS).
- Çoxməsələli və çoxistifadəçili əməliyyat sistemləri (UNIX, Windows 98/ME/2000, Windows XP)
- Şəbəkə əməliyyat sistemləri.
ƏS kompüterin çox vacib funksiyalarını yerinə yetirdiyi üçün onu kompüterin canı adlandırırlar. ƏS imkanlarına, əmrlər sisteminin tərkibinə, texniki vasitələrlə əlaqələrin təşkilinə və bir çox başqa əlamətlərinə görə fərqlənirlər.
I QRUP
1. Əməliyyat sistemi nədir?
2. Hansı əməliyyat sistemlərini tanıyırsınız?
3. Əməliyyat sisteminin əsas funksiyaları hansılardır?
II QRUP
1. Əməliyyat sisteminin hansı növləri var?
2. Ən qədim primitiv əməliyyat sistemi hansıdır?
3. DOS ƏS-nin əsas xüsusiyyətləri hansılardır?
III QRUP
1. LİNUX ƏS-nin əsas xüsusiyyətləri hansılardır?
2. UNİX ƏS-nin əsas xüsusiyyətləri hansılardır?
3. Apple Macintosh OS kompüterlərinin ƏS-i hansıdır?
Qiymətləndirmə

Qruplar
Meyarlar
I QRUP
II QRUP
III QRUP
Aktivlik



Əməkdaşlıq



Tərtibat



                 


Tarix: 8-05-2017, 12:03

Xəbəri paylaş