«Yaxşı qurulmuş beyin, yaxşı doldurulmuş beyindən üstündür»
Renata Əliverdiyeva,
74 nömrəli tam orta məktəbin kimya müəllimi
Böyük təbii sərvətlərə malik olan müstəqil Azərbaycan, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində «Əsrin müqaviləsi» ilə sürətli inkişaf dövrünə başlamışdır. Karbohidrogenlərin (neft, qaz) hasilatı üzrə müqavilə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını sürətləndirdi (metallurgiya, kimya sənayesi, maşınqayırma və s.). Ölkəmiz əvvəllər də nəinki neft hasilatında, həmçinin onun emalında, neft maşınlarının istehsalında, elmi, mühəndis-texniki kadrların hazırlanmasında pioner olub. Əlbəttə ki, bütün bunlar, tədris prosesinə yeni tətbiqlərə müvafiq olaraq elmi-metodik sənədlərə düzəlişlər edilən kimya fənni üzrə orta məktəblərin tədris planlarında əksini tapmışdır. Bununla belə, tətbiqedilmə tədris forma və üsullarından asılı olmayaraq, təhsilalanların hazırlığı əsasını:
- müəllimin hazırlıq səviyyəsi;
- hazırlanmış elmi-metodik sənədlər;
- tədrisin didaktik və texniki vasitələri təşkil etmişdir.
Tədris prosesi iki istiqamətli olduğundan, dərs (plan) reqlamentinə, dərs mövzusunun həyatda, istehsalatda, ixtisasda əhəmiyyətini özündə əks etdirən tərbiyəvi tərkib hissəsi daxil olmalıdır. Əsas məqsəd diqqəti, marağı sərbəst hazırlığa, biliklərin dərindən öyrənilməsinə cəlb etməkdir.
Müəllimlərin hazırlıq səviyyəsinin artırılmasına nəzarət məqsədilə, direktor, təhsil müəssisələrinin rəhbərliyi tərəfindən, biliyi, analiz təcrübəsi və daha təcrübəli müəllimlərin, direktorların, tədris hissə müdirlərinin keçdiyi dərslərin planlı və plandankənar yoxlanılması və tərkib hissəsi üzrə deyilmiş dərslərin qiymətləndirilməsi həyata keçirilir. Mənim 13 illik müəllim kimi təcrübəmdə texnikumda və orta məktəbdə, müəllimin tədris-metodiki səviyyəsinin yoxlanılmasına və nəzarətinə məhz yuxarıda göstərilən sistem tətbiq edilib.
Müəllimin peşəsi çox çətin peşədir. Müəllim əməyinin nəticələrinin yeganə ölçü meyarı, tələbələr tərəfindən ixtisasları üzrə hazırlıq məqsədlərinə çatmaları, növbəti mərhələyə keçmək üçün imtahanların uğurlu verilməsidir. Həyatımızda informasiya dolğunluğunun artması ilə müəllimlərin və təhsilalanların beyninə yüklənmə də artır. Təhsilalanı müstəqil qərar qəbul etməyə, analiz və qiymətləndirməyə stimullaşdırmaq məqsədilə kurikulum konsepsiyası qəbul edilmişdir. Bu sözün mahiyyəti və mənası respublikamızda təhsilin tədricən dəyişilməsi zəruriliyinə çevrildi. Bu, faktiki olaraq 2006-cı ildə Milli Kurikulumu kimi qəbul edilmişdir, təhsil üzrə strategiyada inkişaf etmiş və 2015-ci ildə təhsilin inkişafı planında açılmış təhsildə islahatdır və hazırda da davam etməkdədir. Bu informasiya əsrinin tələbləri ilə, ölkənin iqtisadi idarəetmə prinsiplərinin dəyişilməsi ilə və idarəetmə kadrlarının hazırlığında zəmanənin tələbi ilə, köhnə proqramların geridə qalmışlığı ilə şərtləşdirilən, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyası ilə əlaqəlidir. Dünya dəyişir, inkişaf edir və bu tendensiyalardan geri qalmamaqdan ötrü müəllimin rolu artır, buna görə də tədris, tərbiyə daha rasional olmalı, pedaqoji kadrlara qarşı yeni-yeni tələblər irəli sürülməlidir. Bu tələblər ənənəvi tədris proqramının və kurikulumun müqayisəli nəticələrinə əsaslanıb.
Əgər ənənəvi tədris proqramı biliyə, müəllimə, dərsə (fənə), istiqamətlənibsə, Kurikulum təhsil alanın şəxsiyyətinə, təhsil alanın təhsilə tələbatına, təhsil alan tərəfindən əldə edilən nəticələrin müəyyən edilməsinə istiqamətlənib.
Beləliklə, kurikulum diqqət mərkəzinə təhsil alanı qoyur. Bu tədris məqsədlərini müəyyən etməkdə çox vacibdir.
Fənnin məqsəd və vəzifələrini, kurikulumun xarakterik xüsusiyyətlərini anlamaq üçün müəllim kurikulum fənninin strukturunu, tədris strategiyasını öyrənməlidir.
Kurikulum proqramı üzrə müəllim heyətinin mərkəzləşdirilmiş və müstəqil hazırlığı, təhsilalanların növbəti inkişaf mərhələsinə hazırlığında, daha effektiv fəaliyyətə mərhələli şəkildə keçməsinə imkan verəcək.
Mən, “Həmkara dəstək” kitabının müəllifləri, ölkəmizdə təhsilə yeni münasibət formalaşdırılmasına böyük əmək sərf etmiş Elşən Qafarov, Ləman Babayeva və Tünzalə Əmirovaya dərin minnətdarlığımı bildirirəm. Kurikulum barədə bu səthi məqalədə, orta məktəbdə bir kimya müəllimi kimi, nəzəriyyədə hər hansı bir yenilik, bu yeniliyin praktiki tətbiqi ilə birgə öyrənilməsi daha yaxşı qavranılır və mənimsənilir. Buna görə də, tədris metodikasına yeniliyin tətbiqini təbliğ edənlərə, mən bizim sayta daxil olmağı və Bakı şəhərinin 74 nömrəli tam orta məktəbin 8-11 siniflərinin kimya fənni üzrə “açıq dərs”lərinin materiallarına baxmağı təklif edirəm. Yekunda ingilis filosofu K.Bauvinin sitatını gətirmək istəyirəm: «Ağıl işləndikdə məhv olmur, o sadəcə istifadə edilmədikdə pas atır», «Dosendo dissimus» - öyrədərək, biz özümüz öyrənirik.
Tarix: 31-05-2018, 11:37