Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Siyasət dünyasında Heydər Əliyev zirvəsi

   
1969-cu ilə qədərki dövrdə, Azərbaycanda bütün sahələrdə, o cümlədən elmi­mizdə, təhsilimizdə, quruculuq işlərində, habelə xalq təsərrüfatında, ümumiy­yətlə bütün sahələrdə gerilik və tənəzzül vardı. İnsanların əhvali-ruhiyyəsində düşgünlük, həvəssizlik və durğunluq hiss olunurdu. Bu dövrdə Azərbaycanın hərtərəfli inkişa­fı­na böyük ehtiyac vardı. Bu ehtiyacı təmin etmək üçün Azərbaycana və Azərbaycan xalqına tərəqqi və inkişaf hava və su kimi vacib idi. Bunu ancaq böyük və güclü siyasi iradəyə malik şəxsiyyət edə bilərdi. Bu şəxsiyyət isə hərtərəfli siyasi sınaq­lardan çıxmış Heydər Əlirza oğlu Əliyev idi. Odur ki, 1969-cu il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul Plenumunda Heydər Əlirza oğlu Əliyev yekdilliklə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi və Büro üzvü seçildi. Bu seçim Azərbaycan xalqının və dövlətinin yekdil seçimi idi. Heydər Əliyev dövlət rəhbəri seçildikdən sonra Azərbaycanın bütün sahələrinə hərtərəfli diqqət yetirdi, xüsusən də respublikanın sənaye, elm, təhsil, kənd təsərrüfatı, ədəbiyyat və incəsənət sahələrini nəzarət altına aldı. Daim xalqın içərisində olan, onun arzu və istəklərini səbrlə, təmkinlə dinləyən, onların yerinə yetirilməsinə bütün varlığı ilə çalışan Heydər Əliyev insanların xoşbəxt olması üçün çalışırdı. Heydər Əliyevin gəlişi ilə Azərbaycan sanki yeni bir gənclik dövrünü yaşamağa başladı. Bütün sahələrdə yük­sək inkişaf mərhə­ləsi vüsət aldı. Xüsusən də Azərbay­can Elmlər Akade­miyasının alim­lə­rinə, təhsi­li­mizə və zəhmət adamlarına böyük qayğı və diqqət göstərildi. Heydər Əliyevin qayğısı sayəsində tezliklə hər sahədə yüksək nailiyyətlər əldə olundu. Akademiyamızda bir neçə yeni elmi-tədqiqat institutlarının, kon­struk­tor sahələrinin, keçmiş SSRİ məkanında yeganə olan «Bakı» kondi­sio­ner zavo­dunun yaradılması, yeni-yeni tikinti, quruculuq sahə­lə­rinin inşa olunması, metro tikintilərinin sürətli inkişafı məhz Heydər Əliyevin hakimiyyəti dövründə bərqərar oldu. Bunlarla yanaşı park və meydan­la­rın salınması, yüksək nailiy­yətlər əldə etmiş zəhmət adamlarının, elm, ədəbiyyat və incəsənət xadim­lərinin qiy­mətləndirilməsi bilava­sitə Heydər Əliyevin xidmət­lərinin bəhrəsi idi. Doğma xalqına qəlbən bağlı olan, onun səadəti naminə əlindən gələni əsirgəməyən Heydər Əliyev xalqı­­mızın müdrik­lik simvoluna çevrilmişdir. O, özü­nün uzaqgö­rən­­liyi, dərin düşüncə tərzi, böyük siyasi iradəsi ilə ən çətin məqamlarda belə tezliklə çıxış yolları tapan və mürək­kəb məsələləri həll etməyi bacaran dahi bir şəxsiyyət idi. Heydər Əliyevi Azərbaycanın bütün problem məsələləri düşün­dü­rürdü və bu məsələlərin hər birini çətin­liyindən və mürək­kəb­liyindən asılı olmaya­raq həll etməkdə o, çıxış yolları axta­rıb tapırdı və bunlara nail olurdu. Azərbay­ca­nın elm adamlarına, ziyalı züm­rə­si­nə, ədəbiy­yat və incəsənət xadim­lərinə xüsusi diq­qət göstə­rir­di. Heydər Əliyev diplomatiyası yüksək elmi əsaslara bağlı diplomatiyadır. Bu diplomatiya tarix, fəlsəfə, iqtisadiyyat, siyasət elmləri ilə sıx əlaqədardır. O, bu elmlərin əsaslarından yüksək bacarıqla, məharətlə istifadə edə bilirdi. Onun apardığı bütün danışıq­lar, imzaladığı sazişlər, verdiyi bəyanatlar elmi əsaslar üzərində bərqərar olurdu. Onu da qeyd etmək lazımdır ki, 1970-80-ci illərdə Azərbaycan Elmlər Akademiyası alimlərinin fəaliyyəti dövlət və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətlən­dirilmişdir. Azərbay­can Elmlər Akademi­ya­­sının ilk yüksək mükafatı «Xalqlar dost­luğu» ordeni 1975-ci ildə məhz Heydər Əlirza oğlu Əliyev tərəfindən təqdim edilmişdir. Azərbaycan Elmlər Akademiyasının nailiyyət­ləri beynəlxalq elm aləmində həmişə yüksək qiymətləndirilmişdir. Belə ki, Leypsiq və Bağdad yarmarkaların­da alınan qızıl medallar, Qahirə yarmarkasında alınan yüksək mükafatlar bunların bariz nümunəsidir. Elmlər Akademiyasının neçə-neçə görkəmli alimləri müxtəlif dövlət və hökumət mükafatlarına layiq görülmüşlər. Ayrı-ayrı elm sahələrinə nəzər saldıqda onların inkişafında Heydər Əliyev cənabla­rının misilsiz xid­mətlər göstərdiyinin şahidi oluruq. Sadə zəhmət adamlarının əməyi yüksək qiymət­lən­dirilirdi. Böyük quru­­cu­luq iş­ləri diqqət mərkə­zin­də idi. Bakı­ya təmiz­lə­nə­rək Kür suyunun gəti­ril­məsi yüksək xalq sevin­ci­nə səbəb olmuşdu. Vətən uğrun­da qəhrəmanlıq gös­tərən igidlə­ri­mi­zin, elm, ədəbiyyat və incə­sə­nət sahələrində sayı­lıb-seçilən yara­dı­cı insanların, habelə əməkdə qəhrə­manlıq gös­tə­rən sadə zəh­mət adam­larının abi­də­ləri ucalır­dı, əməkləri yüksək müka­fatlarla qiymət­ləndiril­ir­di. Hətta onla­rın bir çoxu Sosialist Əməyi Qəhrə­ma­nı kimi yüksək adlara layiq görüldülər. Azərbay­can tarixinin taleyüklü zəngin hadisə­lərlə dolu 40 ilə qədər böyük bir dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və mil­lətini zamanın ən ağır və çətin sınaq­la­rın­dan çıxaran, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisinə nail ol­an qüdrətli bir şəxsiy­yət­ idi. 1969-cu ildən 1982-ci ilə kimi öl­kə­də yüksək inki­şaf dövrü hökm sürürdü. Zəngin həyat təcrübəsi, yüksək siyasi və dövlətçilik bacarığı olan Heydər Əlirza oğlu Əliyev bütün fəaliyyəti dövründə ən təcrübəli siyasi xadim kimi tanınmış, hərtərəfli biliyə malik bir şəxsiyyət idi. Ulu öndərimiz Azər­baycan Milli Elm­lər Akade­miyası haqqında çıxış­la­rının birində qeyd edə­rək deyir­di: «Azərbaycan Milli Elmlər Akade­mi­yası bizim milli sərvə­timizdir - onu qoruyub saxla­malı­yıq. Azər­­bay­can Milli Elmlər Akademiyası respubli­ka­mızın dövlət müs­təqil­li­yinə xidmət etməlidir və Azər­bay­can elminin inki­­şaf etmə­sin­də apa­rıcı rolunu oynama­lı­dır». O, bir sıra çıxışlarında Akademiyamız haqqında çox dəyərli elmi fikirlər söyləyərək deyirdi: «XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyət­lərindən biri ölkəmizdə elmin və təhsilin sürətlə inkişaf etməsidir. Biz tarixi keçmişimiz haqqında söhbət açanda tarixin bütün mərhələlərində Azərbaycan xalqının görkəmli elm xadimləri haqqında qürur hissi ilə danışırıq və bu, xalqımızın nə qədər istedadlı olduğunu gös­tərir. Biz bununla daim fəxr edirik, ancaq o da həqiqətdir ki, Azərbaycanda elm XX əsrdə çox sürətlə inkişaf etmişdir. XX əsrdə Azərbaycan­da xalqın maariflənməsi, yüksək təhsil ocaqları­nın, institut­ların yaranması, xalqın təhsilə cəlb olunması, elmi-tədqiqat institut­­larının yaran­ması, elmi-tədqiqat işlərinin təşkil olunması və bunların nəticəsin­də Azərbaycanda Elmlər Akademiyasının yaranması - bunların hamısı XX əsrdə Azərbay­canda elmin sürətli inkişafını nümayiş etdirən faktlardır». Azər­baycan elminin keçmişinə və bu gününə, gələcək potensialına söykənən Heydər Əliyev Azərbaycan elmini, habelə bütün Azər­bay­canı öz siyasi gücü ilə böyük gələcəyə aparırdı. Geo­logiya İnstitutu (hazırda Geologiya və Geofizika İnsti­tutu) keçmiş Sovet İttifaqının qabaq­cıl elmi mərkəz­ləri ilə sıx əmək­daş­lıq şəraitin­də böyük yol keçmiş, geolo­gi­ya elminin inkişa­fına və Azərbay­ca­nın mine­ral xammal bazası­nın möh­kəm­lənməsinə misilsiz töhfələr vermişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın neft və kimya sənayesi, fabrik və zavod tikintiləri inki­şaf etdi­rildi, təh­sil sahəsi geniş vüsət aldı. Gənc azərbay­canlıların keçmiş SSRİ-nin müxtəlif ölkə­lə­­rin­də təhsil almalarına geniş imkan­lar yarandı. Bu gün respublikamızın bir çox elm, təhsil, incəsənət, ədəbiy­yat və digər sahələrində onlar Azərbaycanın şərəfini ucaldırlar, yüksək uğur­lar və nailiy­yətlər əldə edirlər. Bütün bunlar Heydər Əliyev uzaqgörən­liyinin nəticə­sidir.
Heydər Əliyevin fenomen siyasi dühasını və dərin zəkasını, habelə böyük bacarığını görən Sovet İttifaqı Kommunist Partiyasının Siyasi bürosu onu daha yüksək vəzifəyə layiq bildi. Odur ki, 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini təyin edildi və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi. Bu vəzifədə çalışdığı dövrdə Heydər Əliyevin bütün fikri ancaq Azərbaycanda, onun inkişafında və yüksəlişində idi. Heydər Əliyevin qəlbi ömrü boyu Azərbaycanla və Azərbay­can xalqı ilə birgə döyünürdü. Heydər Əliyevin o dövrdə Sovet İttifaqı Kom­mu­nist Partiyası Mərkəzi Komitəsində belə bir yüksək vəzifə tutması bütün türk ictimaiyyətini, o cümlədən şərq dünyasını sevindirməyə bilməzdi. Ona görə də bütün türk dünyası Heydər Əliyevin bu yüksəlişində hədsiz qürur hissi keçirirdi. Lakin həyatda daim böyük şəxsiyyətlərə qibtə edənlər, xəbislər də az olmayıb­dır. Heydər Əliyevin yüksək nüfuzunun və böyük xalq məhəbbəti qazanmasının qibtə edənləri də oldu. Ona görə də Heydər Əliyevə qarşı bu xəbis qüvvələr çox ciddi maneçiliklər törətdilər. Bu maneçilik müvəq­qəti hal daşısa da Azərbaycan xalqı Heydər Əliyevə qarşı olan öz dərin sevgi və məhəbbətini göstərərək onu yenidən 1993-cü ildə özünə rəhbər seçdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə rəhbər gəldikdən sonra Azərbaycanda yenidən güclü və hərtərəfli in­ki­şaf dövrü başlandı. Tam səmimiyyətlə demək olar ki, o, 1993-cü ildən sonra yeni Azərbaycan tarixini yazdı. Respub­lika­mızın bütün sahələrində diqqətəlayiq inkişaf və yüksəlişə nail olundu. Azərbaycan elmində, iqtisadiy­yatında, ədəbiyyatında və incəsənə­tində, habelə quruculuq işlərində yeni və sürətli inkişaf mərhələləri başlandı. Hakimiy­yətə yeni­dən gəldik­dən sonra xalqın bu ağır və çətin vaxtında ilk növbədə atəş­gah reji­mini təmin etdi və ölkədə sabitlik yaratdı. Heydər Əliyevin Azərbaycanın müstə­qil­liyi­ni, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrdən biri və bu gün də davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Azərbay­can demək olar ki, ağır böhran içərisində yaşayırdı. Bu zaman o, heç kəsin təsəv­vür edə bilmədiyi və heç kəsin ağlına gələ bilməyən taleyüklü bir problemi qarşıya qoydu. Heydər Əliyev çox düzgün olaraq fikirlə­şirdi ki, Azər­bay­can torpağı­nın altında zəngin neft və digər qiymətli sərvətlər yatdığı halda, bu torpağın sinəsi üstə xalq aclıq və səfalət için­dədir. Ona görə də, o, neft strategiyası layihəsini irəli sürdü və 1994-cü il sentyabr ayının 20-də «Əsrin müqa­vi­lə­si» imzalandı və onu müvəffəqiyyətlə yerinə yetir­di. Dünyanın bir çox iri neft şirkətləri ilə birgə müqavi­lə­lər bağlandı, ölkəyə sərmayə axını başlandı və xalqı­mı­zın iqtisa­di vəziyyəti xeyli yaxşı­laş­mağa başladı. Respub­li­kada baş alıb gedən hərc-­mər­c­liyə, aclığa, özbaşı­na­lığa son qoyuldu, qayda-qanun və nizam-inti­zam bərpa olundu. Azərbaycanı tədri­cən dünya ölkə­lə­ri ta­nı­mağa başladılar. Məhz ulu öndəri­mi­zin uzaqgörən­liyi nəti­cə­sində xalqımız iqtisadi və sosial çətinlik­lər­dən xilas oldu. Neft və qaz sərvətlərindən gələn gəlir hesabına digər sahələr də in­kişaf etməyə başladı. Bakı-Tbilisi- Ceyhan məş­hur neft kəməri­nin çəkilişi ideyası dünya ölkələrinin böyük marağına səbəb oldu. Bu gün həmin neft kəməri artıq reallığa çev­ril­mişdir. Neftlə yanaşı, qaz, qızıl, gümüş və digər mineral sərvətlərə də xarici sərmayə qoyuluşu başlandı və infra­struk­tur genişlən­diril­di. Ölkəmizin iqtisadi qüdrəti artdı, siyasi aləmdə mövqeyi möhkəm­ləndi, quruculuq sahələri ge­niş­­ləndi, dünya ölkələri ilə sülh münasibətləri yarandı, ölkə daxilində sabitlik bərqərar oldu. Beləliklə, ölkəmiz yenidən hərtərəfli inki­şaf etməyə başladı. Heydər Əliyevin xalqı­mı­zın dilinin, mə­də­niy­yə­ti­nin və incə­sə­nətinin inkişa­fında da misil­siz xid­mət­­lə­ri vardır. Vaxtı ilə məhv olmaq təhlü­kə­sində qalan doğma ana dili­mizi məhz Heydər Əliyev xalqı­mıza yenidən qaytardı, onu dövlət dili səviyyəsinə qaldırdı. Azərbay­can dili hazırda dövlətçiliyimi­zin bütün sahələ­rində hakim dil kimi özünə yer tuta bilmişdir. Bu böyük mə­nə­vi sərvətin yeni­dən xal­qı­mı­za qayta­rılması müs­tə­­qil­li­yi­mizin ən böyük nai­liy­yətlə­rindən biridir. Ulu öndərimiz dilimizin zəngin­liyini, şirin­li­yini və büllurluğunu çox gözəl bilirdi və bu dilin hərtərəfli qorunması üçün bütün ziyalı­ları­mızı onun müdafiəsinə səsləyirdi. Heydər Əliyev həyatımızın hər bir sahəsin­də silin­məz izlər qoyubdur.
  Ümum­mil­li liderimizin siyasi uzaqgörənliyi nəticəsində hərtə­rəf­li inkişaf edən Azərbaycan bu gün region­da birinci yerdə­dir. İndi Azərbaycan bütün sahələrdə çox böyük sürətlə inkişaf edir və dünyanın ən qabaqcıl ölkələri ilə yanaşı addımlayır. Bu nailiy­yətlər ulu öndərimizin siyasi məktəbi­nin yetirməsi olan və onun yolunun ən layiqli davamçısı hörmətli Prezi­den­ti­miz İlham Əliyevin məqsədyönlü siyasə­tinin nəticə­sidir. Biz əminik ki, Heydər Əliyevin yaratdığı və onun möhtəşəm əsəri olan Yeni Azərbaycan hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra da inkişaf edəcək, həyatın bütün sahə­lə­rində yüksək nailiy­yətlər qazanacaq və xalqımız daha firavan yaşayacaqdır.

 Hikmət Mahmudov,
Geologiya-mineralogiya elmləri doktoru, professor


Tarix: 31-05-2018, 11:11

Xəbəri paylaş