DİLÇİLİK PALİTRASI
Fikrət Əlizadə,
Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti
Dil olduqca zəngin xəzinədir. O özündə ağlasığmaz, çox dəyərli materiallar saxlayır ki, bunlar əbədi tədqiq obyektidir. Hər nəsildən sonra toplananlar geniş tədqiqatlar üçün böyük sərvətdir.
Sözlər, ifadələr düşündürdükcə onların üzərində dilçilik gəzişmələri etdikcə hər dəfə yeni, səhifəsi açılası məsələlərlə rastlaşırsan. Dilimizə flektiv ərəb dili konstruksiyası ilə yanaşdıqda, yəni dilimizdəki sözləri semantik-məntiqi cəhətdən bağlaya bilən söz köklərinin ancaq kök samitlərindən ideya yaradan karkas kimi istifadə etsək, xeyli fərqli, lakin semantik sahəsinə görə bir-birinə bağlı zəncirvari anlayışlar əldə edərik. Belə olduqda nəinki əsl Azərbaycan və ya alınma sözlərdə, hətta qohum olan-olmayan dillərdə də bu kök samitlərinə bağlılığın olduğunu görəcəyik. Bu onu göstərir ki, həqiqətən, dillər vahid bir dildən - ulu dildən törənib.
Bu məqalədə bir sıra məsələlərə şəxsi münasibət bildirilir və göstərilən hallara dair nümunələr verilir.
Öncə izinə düşəndə burada heç bir geneoloji və ya tipoloji cəhətlər tədqiqə mane olmur, sözlər öz yuvalarını tapır. Bu zaman yunan, latın, ingilis, ərəb, fars, rus və s. dillər, hansı ailələrə mənsubluğundan asılı olmayaraq, mənaca o sözlə səsləşir. Bir sıra nümunələrə nəzər salaq:
DeRma (yun) DeRmatoloq - DəRi
BoTanika (yun) nəBaTat, müNBit, FiTonim (yun) - BiTki
Göründüyü kimi, ikinci variantda - “fitonim” sözünün önündə “b” əvəzinə “f” işlənib.
ToPonim (yun) ToPrak (türk) - ToRpaq
TeRra (lat) İngilTəRə, TeRras - ToRpaq
MeSa (lat) MiZ (fars) - MaSa
Fars dilində bu sözdə s-z əvəzlənməsi baş verir.
KaLaMi (lat) = QaMışım iti ucu -KaLeM (türk) - QəLəM
LaBium (lat) LaBial (dodaqlanan) - LəB (dodaq)
DenS (lat) TiŞ (türk) - DiŞ
SeNeks (yun) = qoca kişi və qarı - SəNə (ə) /il,yaş/ - SiN/li/yaşlı
SeMeNis (lat) = toxum - SəMəNi
SaKSun (lat) = qaya, daş - SKala (rus) - SaXSı
KaYuK (lat) KaYıK (türk) - QaYıQ
PeSsimist (lat) = bədbin - PiSi görən
BRiLliante (ital) = PaRıLdayan = PaRLaq - BRiLyant
PaR-PaR PaRıLdamaq /PaRıLdayan/
PıRıL-PıRıL (türk)
PoLis (yun) = çox - PoLiqlot - FuLl (ing) - BoL /DoLu
PLenus (lat) - PoLnıy- PoLno (rus)
BeauTiFuL (ing) = gözəl = PuLchra (lat) - BüT(fars)+DoLu
Ən gözəl adamı bütə bənzədirlər, onu bütləşdirirlər. Belə halda, etimoloji cəhətdən “BeauTy(gözəl)+FuLl (tam) sözü = büsBüTün (tam şəkildə), yəni BüTəbənzər semantikasına uyğun gələcək.
FaCe [FeyS] (ing) = üz = ViSage (frans) - SiFət
BaRrikada (frans) BaRyer (rus) = BaRiyer/ler/ (türk) - BaRı /hasar/
Burada “baryer” sözü doğma səslənişi ilə özünə cəlb edir. Sadəcə, mürəkkəb quruluşlu “barı + yer” (hasarlı yer) sözündə “ı” eliziyaya uğramışdır. Demək olar ki, bütün Avropa dilləri üçün “ı” yad bir səs kimi ya ixtisar olunur, ya da “i” ilə əvəzlənir.
Bu baxımdan “karyer” sözü də iki komponentlidir: kar (fars)+yer = (iş yeri).
MuRDer (ing) = öldürmək, MuRDar (fars),MüRDəşir -MəRDiməzar
STation (ing) = “dayanacaq yer” = iSTqah =oSTan (fars)
oSTanovka = meSTo (rus) /yer/
SToyanka (rus) - aSTana - STansiya
Yer bildirən farsmənşəli -ıstan4 leksik şəkilçisi də buraya daxildir:
Çeçenistan, Monqolustan, gülüstan.
Belə şəkilçi variantına başqa bir misal gətirək:
LoQos (yun) = yer, məkan - LoQovo (rus)
berLoQa(rus)=bear(ing) /ayı/ + LoQa = /ayı yuvası/
Azərbaycan dilində yer bildirən -LaQ və -LıQ 4 şəkilçiləri mövcuddur:
YayLaQ, otLaQ, daşLıQ, ÇəmənLiK
LaNd (ing) = yer, məkan = LaNdşaft (ing) - LaNe (fars) - LoNo (rus)
Bəzi hallarda ingilis dilində türk-ərəb sözləri müşahidə olunur:
BoDy (ing) - BəTn - (a)BorT (lat) - BəDən
BraiN [BreyN] (ing) - BeYiN
CHiN (ing) - ÇəNə
TooTH (ing) TiŞ (türk) - DiŞ
QooSe (ing) QuS (rus) - QaZ
DuCK (ing) - örDəK
MeaN (ing) - MəNa
GaNgSTeR (ing) =qulqur, QaN+iSTəR - CaNi
Başqa dillərlə müqayisədə də maraqlı leksik faktlar üzə çıxır:
KaSTRirovat (rus) - KəSDiRmək
ToPoR (rus) TəBəR (fars) -TəBəRzin - BaLTA
BoloTo (rus) - BaTaq/lıq/
maSTer (rus) uSTad (ərəb) - uSTa
magiSTr (lat) - maeSTro (ital)
miSTer (ing) - maSTitıy (rus)
hiSToRi (yun) = tarix = hiSToRy (ing) - iSToRiya (rus)
SToRy (ing) /hekayə (təhkiyə)/
STaRıy (rus) - STaRik (rus)
Söhbət keçmişdən, köhnə xatirələrdən gedirsə, belə anda yaşlı kəsə “köhnə adamdır” deyirlər. Bax, bu baxımdan rus dilindəki starıy-starik sözləri istoriya ilə bağlanmalıdır.
aLBus /-a,-um/ (lat) = ağ - BeLilo (rus) - BeLıy (rus)
BeLla - BeLlona (ital)
LYaPsis (lat) = səhv - LYaPnut (rus)
/ağızdan söz qaçırmaq/
TaLK (ing) = danışıq - ToLKovat (rus)
oCuLus (lat) = göz - oCuList (lat) - oKo (rus)
oKno (rus) - oKolo (rus)
Hər bir otaq /ev/ ancaq divarlardan ibarət olsa, o, qazamata bənzəyər. Belə olmasın deyə, həmin otaqda bayıra nəzarət etmək məqsədilə oyuq - göz yeri qoyurlar ki, bunu ruslar gözə bənzədib okodan törəmə okno sözü işlədirlər.
Digər maraqlı fakt da ondan ibarətdir ki, azərbaycanlılar “mənim yanımda dur” dedikdə yan sözündən istifadə etdiyi halda, ruslar sanki gözümün qabağında demək istədiklərinə görə “postoy okolo menya” ifadəsini işlədirlər.
E.ə. VIII əsrdə qədim Romada ilin başlanğıcını (Novus annus) mart ayından qeyd ediblər. Bu bizim Novruz bayramımıza uyğun gəlir. Sadəcə fərq ondan ibarətdir ki, il Mart (Müharibə allahı Mars) ayının 1-dən başlayıb. Həmin dövrdə cəmi on ay mövcud idi və bunların əksəriyyətinin adı allahlarla bağlı idi. İyul və avqust ayları iki sezarın - Yuli Sezar və Oktavian Avqustun şərəfinə qoyulub. Son dörd ay isə latın miqdar sayları ilə verilib:
7 - septem - sentyabr
8 - okto - oktyabr
9 - novem - noyabr
10 - decem - dekabr
Aydınca görünür ki, bu dörd ay Mart ayına münasibətdə sıralanıb.
Çinlilər də ayı , hətta ili miqdar sayı ilə göstərirlər və bu bizə görə belə anlaşılır:
Bu xüsusiyyət türklərin illəri miqdar sayı ilə verdiyi kimidir: 1951-de və s.
Çinlilərdə həftələrin də adı yoxdur. Onlar [xingqi] -“sintsi” (həftə) sözünə
1-6 miqdar saylarını artırırlar. Bircə bazar gününə [rı] - “jı” və ya [tian] “tyən” - gün mənası verən söz artırırlar:
İngilislərin təqvimində həftə günləri bir başqa sistem üzrə qurulub. Burada bir sıra günlər planetlər - göy cisimləri olan Günəş (Sunday), Ay (Monday), Saturn (Saturday) ... ilə bağlı olduğu halda, Cümə günü Friday - “boş, azad gün” mənası verir. Belə çıxır ki, həmin günü ingilislər, ümumən xristianlar istirahət edirmişlər. Qəribə də olsa, belə təqvim müsəlman aləminə daha uyğun gəlir, çünki Şərqdə Cümə azad, istirahət günüdür. Maraqlıdır ki, belə istirahət günlərindən biri yəhudilər üçün Şabat (ibri) - Şənbə - - Subbota (rus) - Saturday (ing) günüdür. Astroloji cəhətdən həmin gün Saturn planetinə bağlıdır və o planetin enerjisi ağır olduğu səbəbdən yəhudilər o gün heç bir iş görmürlər.
Amma farslarda tam tərsinədir. Onlarda həftə günləri Şənbəyə köklənir və Cüməyə qədər miqdar sayı ilə sıralanır :
Türklər ilin fəsillərinə Azərbaycan türklərindən fərqli yanaşırlar:
ilkbahar - yaz - sonbahar - kış
bahar/yaz/ - yay - payız - qış
Türklərin nəyə görə ilkbahar və sonbahar deməsinə aydınlıq gətirmək payız sözündən asılıdır. Bu söz iki hissədən ibarətdir: pa (farsca “ayaq”) və yaz . Nəticədə, pa+yaz = payız alınır. Doğrudan da, ilin başında və sonunda isti-soyuq fəsillərə keçiddə havalar çox qarışıq olur və bu cəhətdən bahar və payız bir-birinə bənzəyir.
Maraqlıdır ki, qədim rusların işlətdiyi “rovesnik” sözü əsl mənasına görə “vesna” /bahar/ sözünə bağlı olub, “eyni bahar qədər yaşı olan”, yəni “yaşıd” deməkdir.
Belə bir fakt onu göstərir ki, bir sıra xalqlarda yeni il baharın gəlişi təbiətin oyanışı - yenidən “dünyaya göz açması” ilə başlanırdı. Bu da onu göstərir ki, Novruz bayramı heç bir dinə əsaslanmayaraq, təbiətin özünü əks etdirir və artıq BMT onu Azərbaycan dövlətinin səyi nəticəsində beynəlxalq bayram kimi təsdiqləyib.
Tarix: 30-04-2018, 11:57