İNFORMASIYA-KOMMUNIKASIYA TEXNOLOGIYALARI PROQRAMLARI FƏNNI ÜZRƏ FƏAL DƏRS NÜMUNƏSI
Gülnaz Əfəndiyeva,
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin informatika müəllimi
Açar sözlər: İKT, proqramlar, təhsil, WORD mətn redaktoru, format menyusu, şrift əmri.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) ictimai həyatın inkişafına təsir göstərən əsas amillərdən biridir. Kompüter texnologiyalarının cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də təhsil sistemində geniş tətbiqi müasir bilik və bacarıqlara malik yeni nəslin formalaşmasına birbaşa təsir edən vacib məsələdir. Belə ki, yeni cəmiyyətin vətəndaşı kimi yetişmək üçün gənc nəsil İKT biliklərini mənimsəməli, müasir texnologiyalardan istifadə bacarığına malik olmalı, bu sahədə mütəmadi olaraq maariflənməli, əldə etdiyi bilikləri tətbiq etməyi və eyni zamanda da aşılamağı bacarmalıdır.
İKT proqramlarından istifadə etməklə təşkil edilmiş müasir tədris modeli müəllimlərin, eləcə də peşəyönümlü liseylərin müəllim kollektivi qarşısında geniş vəzifələr qoyur. Bu tələblərə cavab vermək üçün həmin proqramlara dərindən yiyələnmək lazımdır. Ən çox istifadə olunan belə proqramlarından biri də WORD proqramıdır. WORD proqramı dünyada ən çox geniş yayılmış proqramlardan biridir. Bu proqram mətnlərlə işləmək, onları emal etmək üçün geniş imkanlar açır. Mətn emalının ən əhəmiyyətli hissələrindən biri mətnlərin zəruri formatlarının təyin olunması – mətnin formatlaşdırılmasıdır. WORD mətn redaktorunda mətnin formatlaşdırılmasının özünəməxsus xüsusiyyətləri var. Öz təcrübəm əsasında “Mətnlərin formatlaşdırılması” mövzusundakı nümunəvi dərs icmalını təqdim edirəm.
Mövzu: Mətnlərin formatlaşdırılması.
Standartlar:
3.2.1. Qrafiki redaktorda şəkli yadda saxlamaq və çap etmək bacarıqlarını nümayiş etdirir;
3.2.2. Mətni müvafiq qaydada formatlaşdırır;
3.2.3. Təqdimat proqramında ilkin işləmək bacarığını nümayiş etdirir.
İş forması:
Kiçik qruplarla iş
İş üsulu:
Beyin həmləsi,
1. BİBÖ.
2. Karusel.
Məqsəd:
1. Dünyagörüşünün genişləndirilməsi.
2. Yeni biliklərin əldə edilməsi.
3.WORD proqramında mətn üzərində işləməklə biliklərin möhkəmləndirilməsi.
İnteqrasiya:
1. İnformatika.
2. Kompüter texnologiyası.
3. Riyaziyyat.
Resurslar: Kompüter dəsti, proyektor, müəllim üçün metodik vəsait, dərslik, iş vərəqləri.
DƏRSİN MƏRHƏLƏLƏRİ
1.Motivasiya
Tədqiqat sualı
2. Tədqiqatın aparılması.
3. İnformasiya mübadiləsi və müzakirəsi
4. Nəticənin çıxarılması və təşkili
5. Yaradıcı tətbiqetmə
6. Qiymətləndirmə
Motivasiya: Şəkildə hansı ofis proqramı göstərilib?
Tədqiqat sualları:
I Qrup
1. “Microsoft office” proqramları hansılardır?
2. WORD mətn redaktorunda şriftlərin formasını necə dəyişdirmək olar?
3. Mətndə sətirlər arasındakı məsafə necə tənzimlənir? Fikirlərinizi şəkil üzərində izah edin.
II Qrup
1. WORD mətn redaktoruna daxil olmağın ən əlverişli üsulunu şəkildə göstərin.
2. Mətnin fonunu necə rəngləmək olar?
3. Fikirlərinizi şəkil üzərində izah edin.
III Qrup
1. Mətn hansı menyu sətrində formatlaşdırılır?
2. Mətnin kənarlarını müvafiq qaydada necə düzəltmək olar?
3. Fikirlərinizi şəkil üzərində izah edin.
IV Qrup
1. Mətndə müvafiq yazıları necə qalın, kursiv, yaxud altından xətt çəkilmiş formada formatlaşdırmaq olar?
2. Rəng çalarları necə seçilir?
3. Fikirlərinizi şəkil üzərində izah edin.
Məlumatın mübadiləsi və müzakirəsi
1. “Microsoft office” proqramları
2. WORD mətn redaktoru
3. Formatlaşdırmanın əsas alətləri Home (Qlavnaya-Əsas) qoşmasındakı Font (Şrift-Yazı tipi) təlqinində (qrupunda) toplanmışdır.
4. Şrift (font,şrift) – simvolun ekranda və çap səhifəsində müəyyən formatda görünüşünü təyin edir (Ctrl+Shift+P).
5. Ölçü (font size, razmer) – simvolun ölçüsünü təyin edir (Ctrl+Shift+F).
6. Home (Qlavnaya-Əsas) qoşmasındakı Paragraph (Abzas-Abzas) qrupuna daxil olan Line and Paragraph Spacing (İnterval-Çıxıntı və İnterval) düyməsini sıxmaqla ekrana açılmış kontekst menyudan istədiyiniz intervalı (məsələn, 2.0) seçərək sətirlərarası intervalı seçimə uyğun dəyişmək olar.
7. Mətnin bütövlükdə arxa fonunu rəngləmək üçün.
8. İstifadəçi mətn hazırlayarkən hazırladığı mətnə qoyulmuş tələbatdan asılı olaraq dörd tip tənləşdirmə tətbiq edə bilər (sol, orta, sağ, həm sağ həm sol tərəfdən mətnin formatlaşdırılması).
9. Mətndə seçilmiş fraqment üçün şriftin rəngini dəyişməkdən ötrü Font (Şrift-Yazı tipi) siyahısının aşağı /sağ küncündə yerləşən Font Color (Mətnin rəngi) düyməsindən istifadə etmək mümkündür.
10. Mətndəki seçilmiş yazıların arxa hissəsinin rəngini dəyişmək üçün;
11. Mətndə müvafiq seçilmiş yazının altından xətt çəkmək üçün;
12. Mətndə müvafiq seçilmiş yazını kursiv formaya çevirmək üçün;
13. Mətndə müvafiq seçilmiş yazını qalın formaya çevirmək üçün istifadə olunur.
Gözlənilən nəticə:
Təhsilalanlar “Microsoft office” proqramlarından biri olan WORD mətn redaktorunda işləmə prinsipini, xüsusilə, mətnin formatlaşdırılmasını bacarır.
Tətbiq sahəsi: Bütün növ reklam və çap xidmətlərində.
Qiymətləndirmə
Tapşırıq:
1. Şagirdlərin kompüterdə hər hansı bir mətni formatlaşdırması.
Tarix: 15-01-2018, 14:45