Əməyə dəyər kimi yanaşmağın qlobal çağırışları
Həsən Bayramov,
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru,
Pedaqogika üzrə elmlər doktoru
Peşə təhsilinə tarixilik və müasirlik kontekstində baxış
Azərbaycan təhsil sisteminin mühüm tərkib hissəsi оlan peşə təhsili cəmiyyətin müxtəlif inkişaf mərhələsində fоrmalaşaraq şərəfli bir yоl keçmiş, respublika iqtisadiyyatının bütün sahələrinin ixtisaslı fəhlə kadrlarına оlan tələbatının ödənilməsində mühüm rоl оynamışdır. İnqilabdan əvvəl Azərbaycanda peşə öyrənmək fərdi şagirdlik yоlu ilə həyata keçirilirdi. Belə ki, usta yanında bir-iki, bəzi hallarda isə usta köməkçiləri işini yerinə yetirən bir neçə şagird peşəni öyrənirdilər. Azərbaycanda Çar Rusiyasının işğalından sonra imperiyanın cənub cinahında yeni istehsal sahələrini artırmaq zərurəti strateji məsələ olmaqla bu istiqamətlər üzrə fəhlə hazırlığına rəsmi status verdi. Bununla da fərdi peşə hazırlığı ilə paralel dövlət peşə təhsili təşəkkül mərhələsinə daxil oldu. ХIХ əsrin axırına yaxın sənayenin ixtisaslı fəhlə kadrlarına оlan tələbatı elə bir ciddi prоblemə çevirilmişdir ki, çar höküməti inkişaf edən kapitalist sənayesinin mənafeyinə cavab verə biləcək təhsil sistemi barədə məsələyə baxmağa məcbur оlmuş və 1888-ci ildə «Sənaye məktəbləri haqqında əsas qaydalar» qanununu qəbul etmişdir.
1843-cü ilin iyun ayında Şəkidə ipəkçiliyin inkişafı ilə əlaqədar, «təcrübi ipəkçilik məktəbinin» əsası qоyulmuş, 8 nоyabr 1884-cü ildə Gəncədə Yelizavetpоl-Gəncə Mixayılоv sənət məktəbi, 10 noyabr 1887-ci ildə isə Bakı şəhər Dumasının qərarı ilə Mixaylоv səhər sənət məktəbinin əsasında İmperatоr II Aleksandr adına sənət məktəbi yaradılmışdır.
14 noyabr 1895-ci ildə Zaqafqaziya dəmiryolunun maliyyə vəsaiti hesabına Bakıda iki sinifli dəmiryol məktəbi yaradıldı. Həmin ilin 15 noyabrında dərslər başladı. Orda təhsil alan 78 şagirddən 51 nəfəri oğlan, 27 nəfəri isə qız idi. Sonra iki sinifli dəmiryolu məktəbinə 88 nəfər şagirddən 57 nəfəri oğlan 31 nəfər qızın oxuması üçün Zaqafqaziya dəmiryolu rəhbərliyi 1158 rubl vəsait ayırmışdır. Məktəb Bakı şəhərinin 3-cü sahəsində Qanlı-Təpədə yerləşirdi.
1881-ci ilin nоyabrında Azərbaycanda ilk dəniz təhsil müəssisəsi – dənizçilik sinifləri yaradılmışdır. Dənizçilik siniflərinin əsas heyəti dənizçi təcrübəsi оlanlar idi. Оnlardan hər il 25-30 nəfər şturman və 15-17 nəfər şkiper hazırlanırdı. Bu siniflər 1902-ci ilə qədər mövcud оldu.
1914-cü ildə Azərbaycandakı sənət məktəblərində 2402 nəfər şagird təhsil alırdı ki, оnların da yalnız 5,8%-ni azərbaycanlılar təşkil edirdi.
Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə respublikada texniki peşə təhsilinin yenidən təşkili, xalq təsərrüfatının müxtəlif sahələrinin ixtisaslı fəhlə kadrları ilə təmin edilməsi, fəhlələr arasında texniki savadsızlığın aradan qaldırılması istiqamətində bəzi addımlar atıldı. Belə ki, ilk olaraq Azərbaycan İnqilab Komitəsinin 5 avqust 1920-ci il tarixli dekreti ilə Xalq Maarifi Komissarlığı tərkibində Baş Texniki Peşə Təhsili Komitəsi yaradılması ilə peşə təhsili rəsmi status əldə etdi. Ötən əsrin 20-60-cı illərində respublikada peşə təhsilinin inkişafı daim diqqət mərkəzində durmüş, bu məqsədlə ayrı-ayrı illərdə bir sıra qərarlar qəbul olunmuşdur.
Ümumiyyətlə, Azərbaycan təhsilinin mühüm tərkib hissəsi olan peşə təhsilinin yüksəliş dövrü ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. 1970-ci illərdə Azərbaycanın peşə təhsili özünün yeni yüksəliş mərhələsinə qədəm qoymuş, həmin ildə texniki-peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7 dəfə, təhsil alanların sayı isə 2,5 dəfə artmışdı.
1970-ci ilin sonunda respublikada fəaliyyət göstərən 76 texniki peşə təhsili müəssisəsində 150 ixtisas üzrə 40,9 min şagird təhsil alırdı.
Heydər Əliyevin göstərişi ilə ilk dəfə olaraq 1971–1975-ci illər üçün Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı yollarına dair strategiya müəyyənləşdirilmişdi. Ümumiyyətlə, bu dövrdə texniki peşə məktəblərində 165120 nəfər ixtisaslı fəhlə kadrları hazırlanmışdı. 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Soveti tərəfindən «Orta kənd texniki peşə məktəblərinin şəbəkəsini genişləndirmək və onların işini yaxşılaşdırmaq tədbirləri haqqında» qərar qəbul edildi. Həmin qərarın qəbulundan keçən 4 il ərzində kənd texniki peşə məktəblərinin şəbəkəsi 18-dən 45-ə çatdırıldı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk illərində (1969-1971-ci illər) respublikada 16 yeni texniki peşə məktəbi yaradılmış, 20 texniki peşə məktəbi orta texniki peşə məktəbinə çevrilmiş, 3120 şagird yeri olan tədris, 2520 çarpayılıq yataqxana korpusları tikilib istifadəyə verilmişdi. Fəaliyyətdə olan texniki peşə məktəblərində əlavə olaraq 244 təlim emalatxanası, kabinet və laboratoriya yaradılmışdı.
Heydər Əliyevin göstərişi ilə 1976–1980-ci illərdə texniki peşə təhsili sisteminin iqtisadi və sosial inkişafı planı hazırlanıb təsdiq olundu. Bu plana uyğun olaraq peşə təhsili müəssisələrində 235 peşə və ixtisas üzrə 43 nazirlik və baş idarə üçün ixtisaslı fəhlə kadrları hazırlanmışdı. 1976-1979-cu illərdə respublikanın texniki peşə məktəblərinə 240,7 min şagird qəbul edilmiş, xalq təsərrüfatı üçün 195,7 min nəfər ixtisaslı fəhlə kadrları hazırlanmışdı. 1979-cu ildə texniki peşə məktəblərindən məzun olan orta təhsilli ixtisaslı fəhlələrin sayı 28,8 min nəfər və ya 1979-cu il buraxılışının 58,4 faizini təşkil etmişdi.
1980-ci illərdə texniki peşə təhsili sisteminin inkişafında SSRİ Ali Sovetinin 12 aprel 1984-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri haqqında” islahat proqramı əhəmiyyətli rol oynadı. Bilavasitə ulu öndərin rəhbərliyi ilə hazırlanan bu qanun təhsilin rəqabətqabiliyyətliliyi baxımından əsaslı islahat kimi tarixə düşmüşdür.
SSRİ-də ümumtəhsil və peşə məktəbi islahatı üzrə Dövlət Komissiyasının sədri olmuş Heydər Əliyev o illərdə iqtisadiyyatın durmadan inkişafı, sənaye və kənd təsərrüfatı sahələrinin modernləş-dirilməsi ilə bağlı kadr hazırlığını yaxşılaşdırmaq sahəsində texniki peşə təhsili sistemi qarşısında da ciddi vəzifələr qoyur və onların reallaşdırılması üçün hər cür şərait yaradırdı.
Texniki peşə təhsili sisteminin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin qəbul etdiyi “Texniki peşə təhsili sisteminin daha da inkişaf etdirilməsi və ixtisaslı fəhlə kadrları hazırlanmasında onun rolunun yüksəldilməsi haqqında” 29 may 1984-cü il tarixli 192 nömrəli qərarı texniki peşə təhsilinin cəmiyyətdəki nüfuzunun artmasında əhəmiyyətli rol oynadı.
1984-cü ildə “Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri haqqında” qəbul olunmuş İslahat Proqramı respublikada texniki peşə təhsilinin inkişafına, tədris proresinin təkmilləş-dirilməsinə böyük təkan verdi. Sovet cəmiyyətinin süqutu prosesinin başlanması bu sahəyə də təsirini göstərdi. İlkin əlamət olaraq bu proqramın həyata keçirilməsi başa çatmadı. Belə ki,1988-ci ildə texniki peşə təhsili üzrə Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsi ləğv edildi və respublikada fəaliyyət göstərən peşə təhsili müəssisələri yeni yaradılmış Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin tabeçiliyinə verildi.
Qeyd etmək lazımdır ki, ümumi orta təhsilə 6 yaşdan başlamaq və onun müddətinin 11 illik olması haqqında təklif 80-ci illərdə Heydər Əliyev tərəfindən irəli sürülüb və həmin ideya müstəqil Azərbaycanın təhsil quruculuğunda reallığa çevrilib. Belə ki, 1993-cü ilin iyununda ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin böyük səyi ilə ümumi təhsildə 11 illik icbari təhsilə keçildi. Yeni təhsil qanununun qəbulu həyati zərurətə çevrildi və Heydər Əliyevin təşəbbüsü ilə Təhsil Qanununun layihəsi ümumxalq müzakirəsinə verildi.
Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi vaxtlar peşə təhsili də müəyyən çətinliklərlə qarşılaşdı.
1988-1993-cü illərdə Azərbaycan xalqı ciddi faciələrlə qarşılaşmış, erməni quldur birləşmələrinin yurdumuzda apardığı elan edilməmiş müharibə nəticəsində minlərlə igid oğul və qızını itirmiş, yüzlərlə yaşayış məntəqəsi dağılmış və ölkə iqtisadiyyatına ciddi ziyan vurulmuşdur. Respublikada anarxiya hökm sürür, özbaşınalıq baş alıb gedirdi. Xaos təhsilə də öz təsirini göstərirdi.
1993-cü ilin iyun ayında Heydər Əliyevin yenidən Azərbaycana hakimiyyətə qayıdışından sonra respublikada anarxiyaya, hərc-mərcliyə, qeyri-sabitliyə son qoyuldu və ölkədə sosial-iqtisadi sahədə dönüş yaranmağa başlandı. İqtisadiyyatın bütün sahələrində olduğu kimi texniki peşə təhsili sahəsində də köklü dəyişikliklərin və islahatların həyata keçirilməsinə real şərait yarandı.
Məhz Heydər Əliyevin tapşırığı ilə 1996–cı ilin avqust ayında Respublika Nazirlər Kabineti «Azərbaycan Republikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında» mühüm qərar qəbul etmişdr. Həmin qərarda Təhsil qanununa uyğun olaraq müasir dövrdə texniki-peşə təhsilinin əsas istiqamətləri müəyyənləşdirilmiş, peşə tədris müəssisələrinə peşə məktəbi və peşə liseyi statusu verilmiş, kadr hazırlanan peşələrin siyahısı təsdiq edilmiş, yuxarıda deyildiyi kimi, maddi-texniki bazası zəif olan peşə məktəblərinin ləğv edilməsinə və birləşdirilməsinə başlanmışdır.
Texniki peşə təhsili müəssisələrində təhsilin məzmununun təkmilləşdirilməsi, təlim metodlarının yeniləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə texniki-peşə təhsili mütəxəssislərinin ixtisasartırma layihəsi həyata keçirilir. 2005-ci ilin martında UNESCO-nun maliyyə köməyi ilə Təhsil Nazirliyi və Təhsildə İslahatlara Yardım Mərkəzi «Azərbaycanda texniki peşə təhsilinin mövcud vəziyyəti və bu sahənin inkişaf perspektivləri», Avropa Təhsil fondu isə texniki peşə təhsilinin maliyələşdirilməsi, dövlət standartlarının hazırlanması, yaşlı əhaliyə peşə öyrədilməsi və onların ixtisasının artırılması məsələlərinə həsr olunmuş seminarlar keçirilmişdir.
Azərbaycan peşə təhsilinin inkişaf etdirilməsi, kadr hazırlığında dünya təcrübələrinin öyrənilməsinə həsr edilmiş Bakı şəhərində 16-18 sentyabr 1997-ci ildə «Texniki-peşə təhsili-97» mövzusunda YUNESKO-nun köməyi ilə beynəlxalq konfrans keçirilmişdir. Bu tədbirdə 30-a qədər dövlətin və beynəlxalq təşkilatların mütəxəssisləri və ekspertləri iştirak etmişdilər.
1998-ci ilin may-iyun aylarında Avropa Təhsil Fondu ilə birlikdə Bakı və Turin şəhərlərində «Texniki peşə təhsilinin maliyyələşdirilməsinin yeni metodları» mövzusunda seminarlar keçirilmişdir.
26-27 may 1999-cu il tarixində Avropa təhsil fondunun Azərbaycan Milli müşahidə məntəqəsinin hesabatı və peşə təhsilinin gələcək inkişafına dair tövsiyələrin hazırlanması və beynəlxalq əməkdaşlığa həsr edilmiş «Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanda peşə təhsilinin inkişafı» mövzusunda Milli seminar keçirilmişdir.
Peşə təhsilində görülən işlərlə bağlı 2007-ci il xüsusilə zəngin olmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" qəbul edilmişdir. Bu proqramın qəbulundan sonra peşə təhsili islahatının gedişi daha da sürətləndi, yeni peşələr üzrə kadr hazırlığına diqqət artırıldı. Bununla yanaşı, digər dövlət proqramlarında da peşə təhsili ilə bağlı müddəalar var ki, onların da bu sahənin inkişafında əhəmiyyətli rolu olub.
20 aprel 2016-cı ildə ölkə başçısı cənab İlham Əliyevin müvafiq fərmanı əsasında yaradılmış Peşə Təhsili üzrə Dövlət Agentliyi bu sahənin yenidən təşkilinin əsasını qoymuşdur. Belə ki, Çar Rusiyası dövrü peşə təhsili sistem olaraq rəsmi təşəkkül mərhələsinə daxil olmuş, Sovet Rusiyası dövrü siyasi sistemin sosial-iqtisadi tələbatına müvafiq inkişaf mərhələsini keçmiş, 1988-1993-cü illəri əhatə edən böhranlar dövründə tənəzzül mərhələsinə daxil olmaqla, yalnız ümummilli lider Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı ilə iflas təhlükəsindən sovuşmuşdur.
2007-2012-ci illəri əhatə edən Dövlət Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə peşə təhsili və təliminin inkişafının əks olunması, nəhayət, “Peşə təhsili haqqında” Qanunun qəbulu ilə ölkəmizdə bu sahə yeni tarixi şəraitdə müstəqil dövlət quruculuğu mərhələsində yeni perspektivli inkişaf dövrünə qədəm qoymuşdur.
Agentliyin fəaliyyəti ölkədə ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin işinin təşkili və əlaqələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunmasının təmin edilməsindən ibarətdir.
Hazırda peşə təhsilinin inkişaf perspektivlərindən bəhs edərkən “Strateji yol xəritəsi”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilməlidir.
Hər iki sənədə əsasən peşə təhsilinin inkişaf perspektivlərini aşağıdakı kimi ümumiləşdirmək olar:
Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli, 1897 nömrəli Sərəncamına uyğun olaraq, Prezidentin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə 12 istiqamətdə strateji yol xəritələri təsdiq olunmuşdur ki, burada “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Srateji Yol Xəritəsi” də mühüm rol oynayır. 26 dekabr 2016-cı il tarixində təsdiq olunmuş “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla, müasir tələblərə cavab verən və ölkəmizin reallıqlarına uyğun peşə təhsilinin yenidən qurulmasını özündə ehtiva edir.
24 aprel 2018-ci il tarixində qəbul olunmuş “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanunu peşə təhsili sahəsində keyfiyyətli və fundamental hüquqi tənzimləmə zərurəti nəticəsində qəbul edilmişdir və peşə təhsili və təlimi sektorunda gələcəyə istiqamətlənən strateji baxış çərçivəsində vaxtında atılmış addım kimi qiymətləndirilməlidir.
“Peşə təhsili haqqında” Qanun 5 fəsil, 26 maddədən ibarət olmaqla özündə ümumi müddəalar, peşə təhsilinin təşkili, peşə təhsili sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi, peşə təhsilinin iqtisadiyyatı kimi məsələləri tənzimləyən normaları özündə birləşdirir. Qəbul olunmuş Qanunda Azərbaycanda peşə təhsili üzrə nəzərdə tutulmuş əsas yeniliklər aşağıdakılardan ibarətdir:
Ölkədə peşə təhsili dedikdə, həmişə “ilk peşə-ixtisas təhsili”anlayışından istifadə olunurdu. Peşə təhsilinə istiqamətlənən insanlar, yəni 14 yaşından yuxarı şəxslər burada yalnız ilk-peşə (və ya ibtidai peşə) təhsilini əldə edəcəklərini bilib, nəticədə bu sahəyə gələcək karyera baxımından çox maraqsız olurdular. “Peşə təhsili haqqında” Qanunun 9-cu maddəsində isə artıq peşə təhsilinin üç: “ilk peşə təhsili”, “texniki-peşə təhsili” və “yüksək texniki-peşə təhsili” kimi səviyyələri müəyyənləşdirilmişdir.
Ali təhsil almış şəxslərin peşə təhsili almaq hüquqlarının Qanunda təsbit edilməsi isə daha əvvəl qeyd edildiyi kimi nəinki respublikamızda, bütövlükdə dünyada təhsil sahəsində baş verən yeni tendensiya – ali təhsilli şəxslərin peşə təhsilinə marağının artması ilə bağlı olmuşdur.
Ənənəvi olaraq peşə təhsili yalnız ixtisaslaşmış peşə təhsili müəssisələrində həyata keçirilirdi. Qanunun qəbul edilməsi bu sahədə də ən böyük yeniliklərdən hesab edilə biləcək dəyişikliyə yol açmışdır. Belə ki, artıq ümumtəhsil məktəbləri də təmayüllü siniflər vasitəsilə ilk peşə təhsili səviyyəsi üzrə fəaliyyət göstərmək hüququ əldə etmişdir.
Dövlət peşə təhsili müəssisələrinin hüquqi statusu ilə bağlı mövcud olan vəziyyət yeni Qanunla dövlət və bələdiyyə peşə təhsili müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılması nəzərdə tutulmuşdur. Artıq peşə təhsili müəssisələrinin hüquqi statusu tam dəqiq müəyyən edilməklə onların idarə edilməsi “Publik hüquqi şəxslər haqqında” Qanunun tələblərinə müvafiq olaraq həyata keçiriləcəkdir.
Formal təhsil çərçivəsindən kənarda formalaşan bacarıq və səriştələrlə bağlı münasibətlərin dövlət tərəfindən tənzimlənməsi məqsədi ilə “Təhsil haqqında qanun”un tələblərinə müvafiq olaraq “Peşə təhsili haqqında” Qanunda ilk dəfə qeyri-formal və informal təhsil formalarının və bu sahədə dövlət siyasətinin əsas istiqamətlərinə aid edilmişdir.
Peşə təhsili müəssisəsi tərəfindən işəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təcrübə saatları üçün nəzərdə tutulmuş əlavə haqqın ödənilməsi həm bu sahəyə yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasının stimullaşdırılmasına, həm də peşə təhsili müəssisələrinin tədris qruplarında ayrı-ayrı peşə istiqamətləri üzrə təhsilalanların orta sıxlığı ilə bağlı müddəa bu qruplarda optimal sayın müəyyən olunmasına gətirib çıxaracaqdır.
Peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması tədbirləri çərçivəsində 34 peşə təhsili müəssisəsinin bazasında 14 ixtisaslaşmış Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Bu islahatların məntiqi nəticəsi olaraq qanunvericiliklə ilk dəfə olaraq peşə məktəbi və peşə liseyi ilə yanaşı, peşə təhsili mərkəzlərinin fəaliyyəti də nəzərdə tutulmuşdur.
Qanunda təhsilalanların dövlət və özəl müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçdikləri zaman işəgötürənlərin təklifi əsasında təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi bağlamaq imkanını nəzərdə tutan daha bir proqressiv müddəa təsbit edilmişdir. İstehsalat təlimi və təcrübəsi keçən təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə işə götürənlər tərəfindən minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə məvacibin ödənilməsi nəzərdə tutulub.
İndiyədək qanunvericilikdə həssas əhali qruplarının peşə təhsili pilləsində müəyyən imtiyaz və güzəştlərdən istifadə edə bilməsi ilə bağlı müddəalar mövcud deyildi. Bu, ali və orta ixtisas təhsili müəssisələrinin tələblərinə şamil edilirdi. “Peşə təhsili haqqında” Qanunun qəbul edilməsi ilə artıq bundan sonra həm inklüziv peşə təhsilini həyata keçirən peşə təhsili müəssisələri üçün imtiyazlar, həm də sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli qruplarda təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəyi nəzərdə tutulur.
Beləliklə, “Peşə təhsili haqqında” Qanunun ölkəmizdə peşə təhsilinin və dolayı yolla iqtisadiyyatın bütün sahələrinin inkişafına stimul yaradacağını qətiyyətlə söyləmək olar.
Peşə təhsilinin perspektivləri dedikdə buraya həm insan kapitalı, əməyə dəyər kimi baxmağa peşəyönümünün tələbatı kimi yanaşma dövlət-özəl partnyorluğunun peşə təhsilinin perspektiv inkişafına təsiri, həm də işəgötürənlərlə peşə təhsili müəssisələri arasındakı əməkdaşlığın hüquqi təminatı kimi vacib istiqamətləri aid edə bilərik. Yeri gəlmişkən bu siyahını artırmaq da olar.
Qeyd etdiyimiz kimi, işəgötürənlərlə peşə təhsili müəssisələri arasındakı əməkdaşlığın hüquqi təminatı məsələsi də peşə təhsili sisteminin yeni liberal iqtisadiyyat quruculuğunun strateji hədəflərinə uyğun olaraq yekunlaşmasını tələb edir. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar yaradılmış işçi qruplarında Azərbaycan Sahibkarlar Konfederasiyasının və hər bir mərkəzin profilinə uyğun işəgötürən müəssisə və təşkilatların əməkdaşlarının təmsilçiliyi dövlət-özəl sektor əməkdaşlığının bariz nümunəsidir. İlk olaraq əmək bazarında ehtiyac duyulan sahələrin araşdırılması və analizi həyata keçiriləcək ki, bu da öz növbəsində , peşə təhsilinin daha dəqiq məzmunda istiqamətləndirilməsinə dəstək olacaq və əmək bazarında lazımi mütəxəssislərin özlərinə müvafiq iş yerləri ilə təmin olunmasında böyük rol oynayacaqdır. Həmçinin də ixtisaslı işçilər üçün nəzərdə tutulmuş kəmiyyət və keyfiyyət tələbləri müntəzəm qaydada müəyyən ediləcək tələbat qiymətləndirmə məqsədi ilə istifadə olunacaqdır.
Layihənin ikinci istiqaməti “İş yerləri təlim ocağı kimi” konsepti əsasında həyata keçiriləcək və sınaq layihələr şəklində tətbiq ediləcəkdir . Bunun nəticəsi olaraq sahibkarlarla peşə təhsili məktəbləri arasında olan əlaqələrin daha da möhkəmləndirilməsi nəzərdə tutulur və bu mərhələdə peşə və orta məktəb şagirdlərinin peşə təhsilinə olan maraqlarının artırılması üçün bir neçə yeni modulun tətbiq olunması planlaşdırılır.
Üçüncü istiqamət sahibkarlıq təfəkkürünün aparılması və “Məktəblər təlim ocağı kimi” konseptinin praktik qavranılmasının təşviq metodları əsasında hazırlanması və sınaqdan keçirilməsindən ibarətdir. Bu mərhələnin uğurla həyata keçirilməsi üçün məktəblərdə, xüsusi təlim keçmiş müəllim və stajorların iştirakı ilə müxtəlif modulların (məsələn, iş simulyasiya oyunları,”məktəbli şirkətlər”, praktik müsabiqələr) hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur. Bu digər işəgötürən müəssisə və təşkilatlar üçün də xarakterikdir.
Layihənin dördüncü və yekun fazası işəgötürənlər birlikləri və sənaye qurumları arasındakı peşə təlimi sahəsi üzrə əməkdaşlıq, şərtlər və praktik tələblərə cavab verəcək işlər üzrə hədəf alınan informasiya strateqiyasının uzunmuddətli və davamlı olmasından ibarətdir.
Sözügedən tərəfdaşlıq mexanizmlərinin qurulmasında işəgötürənlərin ümümi maraqlarına aşağıdakılar daxildir:
- səriştəli kadr potensialının yaradılması və ruh yüksəkliyi olan motivasiyalı gənclərin işə cəlb edilməsi və s.;
- müəssisədaxili konfidensial məlumatların yayılmamasının təminatı;
- iş məhsuldarlığının artımı, istehsalatın həcminin artması;
- əlaqədar normativ-hüquqi bazanın formalaşdırılmasında və həmin qanunvericiliyin tətbiqi zamanı bərabərlik, işəgötürənlərin müstəqilliyi və könüllülüyü kimi prinsiplərin rəhbər prinsiplər sırasına daxil edilməsi.
Peşə təhsilinin perspektivlərinə insan kapitalı, əməyə dəyər kimi yanaşma və peşəyönümü problemi xüsusi əhəmiyyəti ilə daxildir.
Unutmaq olmaz ki, informasiya cəmiyyəti keçmişin informasiya sistemlərindən fərqli olaraq sosial təsisatların qarşılıqlı asılılığı və yeni transformasiya mexanizmləri ilə seçilir. Sosial təsisatların qarşılıqlı təsirlərinə həyatın yeni-yeni sahələrinin və ənənəvi yarımsistemlərin - ekologiyanın, şəxsiyyətin psixikasının, qarşılıqlı sosial təsirlərin davamlılığının böhran səviyyəyə çatması da əlavə olunur.
Son illər dünyanın ən inkişaf etmiş 20 ölkəsinin inkişafına səbəb olan amillərin araşdırmaları göstərir ki, bu ölkələr təhsilə ən çox investisiya qoyan, kapital ayıran ölkələrdir. “İnsan kapitalı” nəzəriyyəsinə görə, onun yığımı müxtəlif formalarda həyata keçirilir. Onlardan ən geniş yayılan kapitalın (qabiliyyət və vərdişlərin inkişafı) məktəb illərində və məktəbdən sonrakı təhsil prosesində toplanılması, habelə bilik və bacarıqların peşə fəaliyyəti prosesində daha da cilalanmasıdır.Peşə təhsili psixologiyası, pedaqogikası və metodikası elmi sübut etmişdir ki, şəxsiyyətin fəaliyyətini və fəallığını şərtləndirən bir çox dəyərlər, qiymətləndirmə və özünüqiymətləndirmə meyarlarının formalaşdırılması yeniyetməlik dövründə baş verir. Bu xassələrin dərinləşərək formalaşdığı dövr gənclik dövrüdür. Xarakter, dünyagörüşü, həyat mövqeyi, peşə ixtisas seçimi məhz bu dövrdə formalaşır. Kiçik məktəb yaşlarında özünü biruzə verən şəxsdə dəyərlər getdikcə genişlənir, daha konkret olaraq yönüm kəsb etməyə başlayır. Yuxarı məktəb yaşlarında şəxsiyyətin əsas psixoloji xassələri stabilləşməyə başlayır. Bütün bunlar rəqabətqabiliyyətli şəxsiyyət hazırlığında peşə təhsilinə aktuallıq gətirməkdədir.
Son illər bu sahədə nəzəri və praktik istiqamətdə bir sıra işlər görülməsinə baxmayaraq, peşəyönümü müasir şəraitdə özünün əsas məqsədinə, yəni gənclərdə hər bir şəxsiyyətin fərdi xüsusiyyətlərinə və cəmiyyətin tələblərinə uyğun gələn peşə özünütəyinin formalaşdırılması məqsədinə hələ də nail ola bilmir. Məktəb məzunlarının əksəriyyəti peşələr və ixtisaslar haqqında hərtərəfli və dərin biliklərə malik deyildirlər. Peşə, ixtisas seçimi şagirdlərin hər hansı tədris fənlərini yaxşı bilib-bilməməsi üzərində qurulur və ona tabe edilir. Peşə seçimi haqqında son qərar yalnız hansısa peşəyə maraqdan və psixo-fizioloji imkanlarının uyğunluğundan deyil, həm də tədris fənlərinə olan münasibətdən və maraqdan asılı olur.
Müasir inkişaf mərhələsində cəmiyyətin əməyə dəyər kimi yanaşma problemi, bu cür yanaşmanın formalaşdırılmasının şərtləri və tendensiyaları pedaqoji elm və praktikanın bu problemə yeni baxışını və onu reallaşdırma vasitələri tələb edən ən mühüm məsələlərdən biridir.
Tədqiqatlar göstərir ki, bu gün maddi cəhətdən uğur qazanmaq, maddi təminat dəyərləri əməyə dəyər kimi yanaşmanı sıxışdıraraq az qala gənclərin şüurundan çıxarmışdır. Maddi dəyərlər, o cümlədən, əməyə dəyər kimi yanaşmaq üzərində üstünlük təşkil etməyə başlayır, onlara nail olmaq üçün isə gənclər hərdən etik cəhətdən şübhəli norma və davranış strategiyalarına əl atırlar. Gənclər əməyə, zəhmətə, əsasən, maddi tələbatların ödənilməsi və əmək bazarında rəqabətqabiliyyətlilik səviyyəsinə nailolma vasitəsi kimi baxırlar.
Cəmiyyət durmadan çox sürətlə inkişaf edir. Dəyərlər də dəyişir, onlara münasibətlər də. Belə şəraitdə bütün təhsil müəssisələri - orta təhsil, ilk peşə-ixtisas təhsili, orta və ali ixtisas təhsili müəssisələri də böyüməkdə olan nəsildə əməyə dəyər kimi yanaşmanı formalaşdırmaqla, dəyərlər vakuumunu aradan qaldırmalı və bu işdə onlara köməklik göstərilməlidir.
Beləliklə, yaxın perspektivdə cəmiyyətin başlıca sosial-iqtisadi və intellektual inkişafı həm də peşə təhsilinə olan sosial sifarişlə bağlı çağırışlara ciddi hazırlığı tələb edir.
Bu sahə ilə bağlı qəbul edilən strateji mahiyyətli sənədlər hər bir Peşə Təhsil Mərkəzi qarşısında da ciddi vəzifələr qoymaqdadır. Bu baxımdan Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin qarşısında duran məsələlər də kiçik deyildir və növbəti materialda görülməkdə olan işlərdən bəhs ediləcəkdir (- H.B) .
Hər şeydən öncə Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının bu sahə ilə bağlı strateji hədəflərə səfərbər olması mərhələlər üzrə konkret fəaliyyət planına uyğun peşə təhsili müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə koordinasiya işini uğurla davam etdirməsi xüsusi qeyd edilməlidir.
Bu sahə ilə bağlı mühəndis-pedaqoji kollektivin diaqnostik qiymətləndirilməsinə başlanması, bu sahəyə qəbulun mərhələlərlə “Asan Peşə” layihəsinə istinadən aparılması, mühəndis-pedaqoji kadrların işə qəbulunun elektronlaşdırılması, istedadlı gənclərin idarəetmə prosesinə geniş cəlb edilməsi, idarəetmənin daha çevik mərhələyə daxil olması üçün Peşə Təhsil Mərkəzləri formatına keçilməsi və s. kimi çoxşaxəli addımlar dövlətin bu sahəyə olan diqqətini tədris-istehsalat işlərində yeni menecerlik təfəkkürünə istinadən keyfiyyətlə cavablandırmaqdır.
Tarix: 14-02-2019, 13:01