Həyat bilgisindən dərs nümunəsi
İradə Cəlalova,
Bakı şəhəri T.İsmayılov adına
6 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi
Fənn: Həyat bilgisi,
Mövzu: Vətən anadır
Məzmun xətti: Mənəviyyat
Alt standart:
3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (mərhəmət, ailəyə və vətənə məhəbbət, düşmənə nifrət, səhvini etiraf etmək) şərh edir.
Məqsəd:
Şagird:
1. Məhəbbət və nifrət hissinin mahiyyətini izah edir.
2. Səhvini etiraf etməyin yaxşı keyfıyyət olduğunu əsaslandırır.
İş formaları: kollektivlə iş, kiçik qruplarla iş.
İş üsulları: müzakirə, müsahibə.
Resurslar:
dərslik, Azərbaycan Respublikasının xəritəsi, videoçarx, şəkillər.
Dərsin gedişi
Motivasiya: Vətən nədir? Vətənə münasibət necə olmalıdır?
Şagird: İnsanın anadan olduğu, dədə-babalarının, qohum-əqrəbalarının yaşadığı məkandır. Vətənə bağlı insanlar vətənpərvər adlanır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.
Tədqiqat sualı: Ailəyə və vətənə məhəbbət necə olmalıdır?
Tədqiqatın aparılması: Müəllim belə bir əhvalat danışır;
- Qonşum dənizdən tutduğu balıqların üçünü mənə gətirmişdi. Kapron torbaya əl vuranda balıqlardan biri çabaladı. Oğlum sevindi:
- Gəl, bu balığı dirildək ata.
Qabın içərisinə su töküb balıqları ora saldıq.
Diriləcək..
Bunu oğlum deyirdi. Ölməyən balığın quyruğundan yapışıb silkələdi. Balığın üzgəcləri bir də tərpəndi, amma sonra dayandı.
- Nə oldu ata? Dirilməyəcək?
Onu dənizdən, yurdundan ayırıblar, oğlum, Vətənindən ayırıblar. Vətənsiz yaşamaq olmur. Oglum heyrətlə balığa baxırdı. Balıq da vətən həsrəti ilə daşlaşmış gözləri ilə bizə.
Yönəldici suallar:
Müəllim:Yalnız insanların vətəni olur?
Şagird: Vətən, yurd sevgisi bir tək insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə min kilometrlərlə yolu qət edib geriyə, vətənlərinə dönürlər.
Dərslik üzərində iş: Dərsliyin 64-65-ci səhifələrindəki materiallarla tanışlıqdan sonra «Vətən bölünməzdir», «Torpaqdan pay alınmaz» ifadələrinin mənası açıqlanır. Şagirdlər Azərbaycan xəritəsində işğal altında qalan torpaqları göstərirlər.
Məlumat mübadiləsi və müzakirəsi:
Müzakirə zamanı aşağıdakı suallardan istifadə edilə bilər:
1 - Düşmənimiz kimdir?
Şagird: ermənilər ən qədim zamanlardan bizim düşmənimizdir.
Torpaqlarımızı işğal etmiş, şəhərlərimizi talan etmiş, minlərlə insanı qətlə yetirmişlər.
2 - Kimə şəhid deyirlər?
Şagird: Vətən uğrunda canından keçən insanlar şəhid adlanır.
3 - Səhv etməmək yaxşıdır, yoxsa səhv edib üzr istəmək?
Şagird: Hər bir insanın səhvi olur. Ona görə səhv etsək belə, üzr istəməyi bacarmalıyıq.
4 - Vətənə aid hansı atalar sözlərini bilirsiniz?
Şagird:
Ana kimi yar olmaz, Vətən kimi diyar.
Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
Vətənə gəldim, imana gəldim,
Vətən həsrəti çəkdirir,
gözlərimə qan gəldi.
Qürbətdə xan olunca,
Vətənində dilən, gəz.
Tətbiqetmə: Çalışmaların icrası yoxlanılarkən şagirdlərin fərdi fəallığı dəyərləndirilə bilər.
Nəticə və ümumiləşdirmə: Müəllim: «Biz bu gün öyrəndik ki, vətən hamımızın sevməli və qorumalı olduğumuz müqəddəs torpaqdır. Vətənə xor baxan hər kəs öz layiqli cavabını almalıdır.
Hər bir insan üçün öz ailəsi əzizdir, ancaq vətən ondan da əzizdir. Vətənimizin dostu bizim də dostumuzdur, düşməni isə düşmənimiz»
Qiymətləndirmə:
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Meyarlar:
1. Tapşırıqları yerinə yetirir.
2. Əməkdaşlıq edir.
3. Təqdimat edir.
4. Vaxta riayət edir.
Formativ qiymətləndirmə:
1. Müşahidələrinə əsasən vətən haqqında müzakirələrdə iştirak edir, fikirlər söyləyir
2. Mətni düzgün, ifadəli oxuyur, ardını təxmin edir.
Tarix: 11-12-2018, 14:07