Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri Emin Əmrullayevin “Bilik Günü” münasibəti ilə təbriki

 

Əziz şagirdlər, tələbələr, müəllimlər və valideynlər!
 Bu gün, yeni tədris ilinin ilk günü hər birinizi salamlayır və 2020-2021-ci tədris ilində uğurlar arzulayıram. Qlobal pandemiya səbəbindən bu il dünyada, eləcə də ölkəmizdə yeni tədris ilinə fərqli formada başlamalı oluruq. Bu, təhsil­alanlar, təhsilverənlər, eləcə də təhsil idarəçiləri üçün bir sıra çağırışlar və imkanlar yaradır.
Dövlət başçımız tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması və təsirinin məhdudlaşdırılması istiqamətində mühüm qərarlar verilib. Hökumətimiz tərəfindən bu sahədə bir sıra səmərəli tədbirlər həyata keçirilməkdədir. Görülmüş tədbirlər nəticəsində təhsil ilimizi və tədrisimizi ehtiyatla və inamla bərpa edə bilirik.
Bildiyimiz kimi, karantin rejimində təhsil müəssisələrində tədrisin və təlim-tərbiyə prosesinin təşkili üzrə müvafiq qaydalar və təlimatlar hazırlanıb. Mövcud şəraitdə tədrisin bərpası və uğurlu davamı, təhsil sisteminin bütün iştirakçıları, o cümlədən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin bu qaydalara və təlimatlara riayət etməsindən asılı olacaq.
Yaranmış çətinliklərin öhdəsindən yalnız bir-birimizə dəstək olaraq gəlmək olar. İnanıram ki, hamılıqla qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq.
Yeni tədris iliniz mübarək olsun!


Tarix: 26-10-2020, 11:34

Xəbəri paylaş