Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ətraf mühitə təsirin qiymətləndirilməsi

  
 
 
Vaqif Qurbanov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilikAkademiyasınınmagistri


1. ƏMTQVƏ SEQNƏDİR
Ətraf mühitin mühafizəsini təmin etmək və ona dəyən ziyanı qiymətləndirmək üçün ən önəmli vasitələrdən biri olan "Ətraf mühitə təsirin qiymətləndirilməsi”(bundan sonra ƏMTQ), müasir dövrdə dünya miq­yasında qəbul olunan və bir çox ölkənin qanunvericiliyində yerini taparaq tətbiq edilən texniki bir vasitədir. ƏMTQ, bir fəaliyyətlə əlaqədar qərar verən qurumlara o fəaliyyətdən doğa biləcək ekoloji təsirləri qərar mərhələsindən əvvəl bildirərək hər kəs üçün ən doğru qərarı verməsini təmin edir. Ekoloji və iqtisadi siyasətləri uzlaşdırmağı hədəfləyən bir vasitə olan ƏMTQ bu məzmunda, davamlı inkişaf siyasətinin həyata keçirilməsində də önəmli bir rol oynamaqdadır.
Strateji Ekoloji Qiymətləndirmə (bundan sonra SEQ) - ƏMTQ-nin əsasını təşkil edən konsepsiyanı və prinsipi dəqiqləşdirən (ümumiləşdirən) yüksək səviyyəli, kompleks prosedurdur. ƏMTQ yalnız müəyyən layihələrə əsaslandığı halda, SEQ dövlətin bütün planları, strategiyaları, siyasətləri və qanunvericilik təkliflərinə tətbiq edilir.

2. ƏMTQvə SEQTARİXİ
Ətraf mühitə təsirin qiymətləndirilməsi 1960-cı illərdə artan ekoloji biliklərin bir hissəsi olaraq başlamışdır. ƏMTQ daha obyektiv qərar qəbul edilməsinə töhfə vermək niyyəti ilə texniki qiymətləndirməyə cəlb olunur. 1969-cu ildə Amerika Birləşmiş Ştatlarında Milli Ətraf Mühiti Qoruma Aktının qəbul edilməsi ilə ƏMTQ rəsmi status əldə etmişdir. ABŞ-da qəbul edilmiş həmin qanuna görə, hər hansı bir orta və ya iri miqyaslı iqtisadi layihəni həyata keçirmək üçün müvafiq razılaşmaların əldə edilməsi məqsədilə ƏMTQ adlı sənəd hazırlanmalıdır.
Azərbaycanda ƏMTQ haqqında ilk sənəd 1996-cı ildə UNDP-nin mütəxəssisi və yerli QHT tərəfindən yaradılmış Azərbaycanda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Prosesi Qaydalarıdır (ƏMTQ Qaydaları). ƏMTQ Qaydaları «qərb» tipli ƏMTQ prosesinin əsas prinsiplərini ölkəyə təqdim edir. Bu sənəd keçmiş Dövlət Ekologiya Komitəsi tərəfindən təsdiq və qəbul edilmişdir, lakin qanun statusu almamışdır. 1999-cu ildə, “Ətraf mühitin mühafizəsi” haqqında qanun qəbul olundu. ƏMTQ qaydaları bu qanunun 8-ci bəndində Dövlət Ekoloji Ekspertizası adı altında özünə yer aldı. 1175-VQ nömrəli bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə və 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə uyğun olaraq, təsərrüfat fəaliy­yətinin və başqa fəaliyyət növlərinin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin reallaşdırılmasının ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Lakin bu qanunun qəbul olunmasına baxmayaraq geniş bir şəkildə tətbiq olunmasına Prezident İlham Əliyevin 2018-ci il 12 iyun tarixində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanı imzalamasından sonra başlanılmışdır.

3. ƏMTQvə SEQ-inmüqayisəsi
ƏMTQ və SEQ ətraf mühitin mühafizəsi və ekoloji qiymətləndirmə iyerarxiyası içərisində iki fərqli pilləni təmsil etməkdədir. Bu iki anlayış arasında müxtəlifliklər olsa da təməldə bir-birini tamamlayan proseslərdir.
ƏMTQ və SEQ-in bir-birindən fərqli maraq dairələri və əhatələri vardır. ƏMTQ və SEQ arasındakı müxtəlifliklər aşağıdakı cədvəldə verilmişdir.
Planlaşdırma və SEQ arasındakı əlaqə
SEQ “screening” adlandırılan qiymətləndirmə ilə başlayır. Bu mərhələdə plan və ya proqramın SEQ-i tələb edib-etmədiyi müəyyənləşdirilir. Əgər SEQ gərəkdirsə onda ikinci mərhələ olan “scoping” mərhələsi başlayır. Bu mərhələdə qiymətləndirmədə təhlil ediləcək məsələlər müəyyənləşdirilir. Təsirlərin həcminin erkən mərhələdə müəyyən edilməsi yalnız tələb olunan məsələlərə diqqət yönəltməyə və müvafiq resursların səmərəli istifadəsinə kömək edir. Bu iki mərhələdən əldə olunan məlumatlar əsasında ekspertlər plan və ya proqramın ətraf mühit və insan sağlamlığına potensial təsirlərini təhlil edirlər. Təhlillərin nəticələri təfərrüatları ilə təsvir edilərək mənfi təsirləri azaldan tədbirlərin və alter­nativ planlaşdırma seçimlərinin hazırlanması üçün istifadə edilir. Əldə edilən bütün nəticələr sənədləşdirilməli və ətraf mühit üzrə hesabatda təqdim edilməlidir. Bu hesabat qərar qəbul etməli olan müvafiq quruma təqdim olunmalıdır. Buna baxmayaraq qərar qəbul edilməzdən əvvəl hesabatın nəticələri ictimaiy­yətlə və müvafiq təşkilatlarla müzakirə olunmalıdır. Transsərhəd nəticələr gözlənilərsə təsirə məruz qalacaq dövlətlərlədə müzakirələr aparılmalıdır. Son olaraq qəbul edilmiş qərarın təsirlərinin monitorinqi aparılmalı və monitorinqin nəticələri ictimaiyyətə açıqlanmalıdır.
SEQ, iqtisadi və ekoloji meyarları bir harmoniya içində qərarqəbuletmə mexanizminə daxil etməkdə və davamlılığı təmin edilməyə çalışılan inkişafın ətraf mühitə və təbiətə olan təsirlərinin minimuma endirilməsində və ya ortadan qaldırılmasında önəmli rol oynayır. Bu vəziyyətdə SEQ-in əlaqədar bütün tərəflərin prosesdə iştirakını təmin etməsi və proses içərisində birdən çox alternativin qiymətləndirilməsində də rolu vardır. SEQ prosesi, insan və ətraf mühit əlaqəsinin birinci planda tutulmasını təmin edir. Landşaft planlaşdırmanın yardımı ilə cəmiyyət öz ətraf mühiti haqqında geniş məlumatlanmaqda və bunun bir nəticəsi olaraq ətraf mühitlə əlaqədar qərarların qəbulunda önəmli bir yerə sahib olur. Landşaft planları qurluşuna görə ətraf mühiti və təbiəti nəzərə almağa məcburdur. SEQ də ətraf mühitə təsirlərin qiymətləndirilməsi mövzusunu araşdırdığından bu iki anlayış bir-birindən ayrı düşünülməməlidir.

4. Planlaşdırma, ƏMTQvə SEQfəaliyyətlərində landşaftmemarlığı
Landşaft planlaşdırma ümumi mənada landşaftların yaxşılaşdırılması, bərpası və idarə olunması üçün həyata keçirilən tədbirləri ifadə edir. Landşaft planlaşdırması, fiziki bir sahə olaraq təbiətin sahib olduğu ekoloji, təbii enerjinin, xüsusən də ideoloji-ictimai (mədəni) strukturun müəyyənləşdirdiyi mədəni həyatla əlaqədar ehtiyacları təmin etmək üçün ələ alınması, ən uzun müddətdə ən məhsuldar formada faydalanma yollarının araşdırılıb təkmilləşdirilməsi məqsədilə fiziki planlaşdırma fəalyyətində bu məqsədi araşdıran bir planlaşdırma fəaliyyətidir. Landşaft planlaşdırma prosesində landşaftın bütün xüsusiyyətlərinin vizual tərəfdən də qiymətləndirilməsi lazımdır. Landşaftın dəyəri yalnız onu formalaşdıran fiziki, bioloji və müxtəlif insan fəaliyyətləri kimi dəyərləri deyil, estetik və vizual dəyərləri də əhatə edir. Planlaşdırmada landşaftın ümumi xüsusiyyətlərini ortaya qoymaq, qoruma lazım olan hər hansı bir ərazini, ya da inkişaf edə biləcək ərazini müəyyən etmək məqsədilə həyata keçirilən layihələrdə vizual analizə ehtiyac yaranır.
Təsirli qiymətləndirmə vasitələri olan ƏMTQ və SEQ proseslərinin şərtləri landşaft planlaşdırmanın əhatə dairəsini gücləndirmək üçün istifadə edilir. Tənzimləyici meyarların, proqnozların hazırlanması və alternativ planların təşkili SEQ üçün ən vacib ünsürlərdir. SEQ mərhələləri landşaft planlaşdırmağa birbaşa yardım etdiyi halda landşaft planlaşdırma apardığı araşdırmalar və aldığı idarəetmə qərarları ilə SEQ prosesini də əhatə edir. Buradan da aydın olur ki, landşaft planlaşdırma və SEQ bir-birinə bələdçilik edən proseslərdir.
  Landşaft memarlığı ətraf mühiti, təbiəti bir bütöv olaraq sistematik bir şəkildə götürməklə landşaft komponentlərinin bir-birləri ilə əlaqələrini araşdırır. Landşaft memarlarının əsas vəzifəsi torpaqdan istifadə qərarlarında təbiətə olan təsirləri minimuma endirməkdir. Qəbul olunan bütün qərarların landşaftla uzlaşmasını təbiətlə həyata keçiriləcək layihələr arasında tarazlığı təmin edəcək önəmli peşə fəaliyyətlərindən biri landşaft ekologiyası əsasına malik olan landşaft memarlığıdır.


Tarix: 10-01-2019, 15:05

Xəbəri paylaş