Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ermənilik xisləti və erməni terroru

 
   
«Erməniləri (haylar) bir millət kimi Yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləycəklər»
Əmir Teymur

Tədqiqatçı alim Sövdayar Muradovun geniş oxucu kütləsinin ixtiyarına verdiyi bu yeni, samballı monoqrafiyaya dünya yazarlarının erməni məkr və hiyləgərliyinə qarşı əsl həqiqətləri əks etdirən fikirlər toplanmışdır.
Gərgin zəhmət bahasına başa gələn və yorulmaz tədqiqatların bəhrəsi olan bu əsərdə bir daha vurğulanır ki, dünya xalqları birmənalı şəkildə bədnam ermənilərə qarşı öz nifrətlərini gizlətmir və onları daim lənətləyirlər. Çünki ermənilər buna layiqdirlər. Çörəkləri dizləri üstə olan bu nankor qonşuların bizim lənətlərimizə daha çox layiqdirlər. Səbəbi isə gün kimi aydındır. Axı onlar zaman-zaman öz murdar niyyətlərini və məhz özlərinə məxsus xislətlərini davam etdirərək türk qanına susamış, Azərbaycan torpaq­larını zəbt etmiş, «Dənizdən-dənizə» kimi mənfur niyyətlərini həyata keçirmək üçün son 100 ildə ərazilərimizi işğala məruz qoymuş, 1906-cı ilin əvvəlindən başlayaraq Azərbaycana və Azərbaycan türklərinə qarşı çoxlu sayda terrorlar törətmiş, türkləri məhv etmişlər. Tədqiqatçı alim Sövdayar Muradov ermənilərin Azərbaycanda, Türkiyədə və bütövlükdə, dünya miqyasında törətdikləri ağlasığmaz vəhşilikləri və terror aktlarını, soyqırımları dəqiqləşdirilmiş faktlar əsasında geniş kütləyə çatdırmaqla bu möv­zunun müasir dövrümüz və gələcək nəsillər üçün çox aktual olduğunu bir daha sübuta yetirib.
Şübhə yoxdur ki, S.Muradovun tarixi mənbələrdən aşkara çıxardığı erməniliyi ifşa edən real faktlar nəinki Azərbaycanda, eləcə də beynəlxalq ictimaiyyətdə böyük maraq doğuracaq. Kitabda yer alan tükürpədici və ürək dağlayan fotoşəkillər dəlil-sübut kimi zaman-zaman ermənilərin xalqımıza qarşı törətdiyi təs­virəgəlməz dəhşətləri bütün çılpaqlığı ilə bir daha oxucu qarşısında dil açıb danışır. Yeni nəşr, eyni zamanda ermənilərin son 100 ildə türklərə və azərbaycanlılara qarşı apardıqları qanlı cinayətlərə, soyqırımı və etnik təmizləməyə, insanlığa sığmayan vəhşiliklərə faktların dili ilə bir növ güzgü tutur.
Görkəmli tarixçi alimlərin, tanınmış mütəxəssislərin monoqrafiyaya yazdıqları rəylər də kitabın samballığından xəbər verir. Belə ki mütəxəssislər vurğulayırlar ki, kitab müasir dövrdə Qafqazda millətlərarası ziddiyətlərin kəskinləşdiyi bir zamanda bütün oxucular, o cümlədən türk-müsəlman xalq­ları üçün çox dəyərli mənbədir.
Kitabın redaktoru, tarix elmləri namizədi Boran Əziz, rəyçiləri professor Qüdrət İsmayılzadə, tarix elmləri namizədləri qafqazşünas Rafiq Qurbanov və Atamoğlan Məmmədlidir. 280 səhifəlik kitabdakı tədqiqatlar 2 yarımbaşlıq altında verilir.
Professor Qüdrət İsmayılzadə «Ermənilik xisləti və erməni terroru» kitabına verdiyi rəydə yazır: «Müəllif Sövdayar Muradov son 15 ildə Azərbaycan tarix elminə mühüm töhfə verə biləcək silsilə əsərləri ictimaiyyətə təqdim etmişdir. Bu əsərlər təsnifatına görə Azərbaycan tarixinin müxtəlif dövrlərinə və müxtəlif problemlərinə həsr olunub. Onun xüsusən XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin əsl mahiyyətini üzə çıxarmaq baxımından apardığı elmi, publisistik araşdırmaları xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan müəllifin son illər respublikanın müxtəlif mətbuat orqanlarında çap etdirdiyi publisistik araşdırmaları özünəməxsusluğu ilə fərqlənir. Bu məqalələrdə erməni terror təcavüzü və onun türk dünyasına vurduğu zərərlərin miqyasının üzə çıxardığının şahidi oluruq. Müəllif tərəfindən məqalələrin ümumiləşdirilmiş top­lum şəklində nəşr olunması təqdirəlayiq bir haldır”. Kitab gələcəkdə «Erməni təcavüzü və onun nəticələri» problemi ilə məşğul olan tədqiqatçılara böyük kömək göstərəcək. 300 nüsxə tirajla buraxılan kitab «Heroqlif» mətbəəsində işıq üzü görmüşdür.

İdris Hacızadə


Tarix: 4-08-2017, 13:06

Xəbəri paylaş